7.2. Ön Asiyanın dağlıq yaylaları.
Asiyanın ən böyük morfostruktur elementlərində olan Ön Asiya yaylaları cənub - şərqi Avropanın alp qırışıqlığı sahələri ilə Mərkəzi və Cənubi Asiya arasında dağlıq körpü təşkil edir. O, Ərəbistan platformasını, şimalda yerləşən Skif epihertsin platformasından və Turan tavasından ayırır.
Qərbdən şərqə doğru Ön Asiya yaylalarının iqlim, torpaq və bitki örtüyündə də ciddi dəyişiklik baş verir. Qərbdə özünü daha aydın göstərən Aralıq dənizi subtropik iqlimi şərqə getdikcə subtropik qurşağın kontinental iqlimi ilə əvəz olunur. Bu istiqamətdə də meşə və kolluqlar, dağ - çöl və dağ - çəmən bitkiləri, arid kolluqlar, yarımsəhra və səhra bitkiləri ilə əvəz olunur. Bütün bu xüsusiyyətlər Ön Asiya dağlıq yaylalarını aşağıdakı üç fiziki- coğrafi sahəyə ayırmağa imkan verir:
1. Kiçik Asiya ( Anadolu) yaylası və kənar dağlar.
2. Ermənistan vulkanik yaylası və kənar dağlar.
3. İran yaylası və kənar dağlar.
Dostları ilə paylaş: |