Rollar üzrə oyun-Hər hansı bir problemə müxtəlif nöqteyi nəzərdən yanaşmağı tələb edir. Müəllim rollu oyundan istifdə edərkən əldə etmək istədiyi məqsədi və oyunda iştirak edəcək obrazları əvvəlcədən müəyyənləşdirir.
Venn diaqramı-Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir. Kəsişən dairələr çəkilir, I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur. Şagirdlər təlimatlandırılır. Müqayisə olunan obyektlər təsvir edilir. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir
Layihələrin hazırlanması-Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seşmək imkanı verir. Problem həmçinin sinif tərəfindən "əqli hücum ” üsulu ilə seçilə bilər.Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir.Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.