18.Təlim strategiyaları. Təlim strategiyaları - müəllimin təlim prosesində istifadə etdiyi forma, üsul
və texnikaları əhatə edir. Yeni kurikulumlarda təlim strategiyaları anlayışının işlənməsi və pedaqoji
prosesin təşkilində ondan daha səmərəli şəkildə istifadə olunması, ilk növbədəəsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından izahını tələb edir. Başqa sözlə, təhsilə təkcə nəticə, yaxud sadəcə proses kimi deyil, daha geniş məna çalarına malik ifadə tərzi kimi yanaşılması lazım gəlir. Xüsusən təhsilin şəxsiyyətyönümlü xarakteri ona bir neçə mövqedən yanaşmağı tələbedir: təhsil dəyərdir, təhsil sistemdir, təhsil prosesdir, təhsil nəticədir. İlk növbədə, təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənələri
ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin
istiqamətləndirilməsi, mədəniyyətlilik, kollektivcililik, sistemlilik, bütövlük əsas aparıcı prinsiplər kimi çıxış edir.
Özünəməxsus sistemə malik olan təhsil, pillələri ilə mövcuddur. Gözlənilən nəticələri ilə fərqlənən bu pillələr birbirini tamamlayır və ardıcıl sıralanmaqla təhsilin ümumi sistemini təşkil edir. Ona görə də təhsilə bir sistem kimi baxılır. Bu zaman
1.demokratikləşmə, 2.humanistləşdirmə, 3.differensasiya, 4.fərdiləşmə, 5.sosiallaşdırma,6.variativlilik,7.inkluzivlik aparıcı prinsiplər kimi əsas rol oynayır.Təhsil insanın sosiallaşma prosesində ümumbəşəri və milli dəyərlərə yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə etdiyindən ona həm də proses kimi yanaşılır.Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin yekunu
olduğundan ona nəticə kimi baxılır. Təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
Pedaqoji prosesin təşkili prinsipi
Fənn üzrə təlimin planlaşdırılması
Təlimin təşkilində istifadə olunnan forma və üsullar.