1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 393,7 Kb.
səhifə3/48
tarix26.12.2023
ölçüsü393,7 Kb.
#197602
1   2   3   4   5   6   7   8   9   ...   48
1. Riyaziyyat n t drisi metodikas n n predmeti, m qs di, v zif l

RTM-in məqsədləri.


Riyaziyyat təlimi məqsədlərinin müəyyən edilməsinə xarici mühitin təsiri daha əhəmiyyətlidir. Ona görə metodik sistemin aparıcı komponentini riyaziyyat təliminin məqsədləri təşkil edir.
Riyaziyyat təliminin məqsədlərini aşağıdakı qruplara ayırmaq olar:
1) riyaziyyat təliminin ümumtəhsil məqsədləri;
2) riyaziyyat təliminin tərbiyə məqsədləri;
3) riyaziyyat təliminin praktik məqsədləri.
Orta məktəbdə riyaziyyat təliminin ümumtəhsil məqsədləri aşağıdakılar hesab olunur:
1) şagirdlərə riyaziyyatdan bilik, bacarıq və vərdişlərin müəyyən sistemini vermək;
2) şagirdlərin real aləmin riyazi metodlarla dərk olunmasına yiyələnməsinə kömək göstərmək;
3) şagirdləri riyaziyyatdan yazılı və şifahi nitqə alışdırmaq;
4) şagirdlərə fəal idrak fəaliyyəti üçün zəruri olan minimum riyazi informasiyaya yiyələnməkdə kömək göstərmək.
Orta məktəbdə riyaziyyat təliminin tərbiyə məqsədləri aşağıdakılar hesab olunur:
1) şagirdlərdə mütərəqqi dünya görüşü tərbiyə etmək;
2) şagirdlərdə riyaziyyatı öyrənməyə dayanıqlı maraq tərbiyə etmək;
3) şagirdləri mənəvi-estetik ruhda tərbiyə etmək;
4) şagirdlərin riyazi təfəkkürünü inkişaf etdirmək.
Orta məktəbdə riyaziyyat təliminin praktik məqsədləri aşağıdakılar hesab olunur:
1) şagirdlərdə qazanılmış riyazi bilikləri sadə praktik məsələlərin həllində tətbiq edə bilmək bacarıqları formalaşdırmaq;
2) şagirdlərdə riyazi cihaz və alətlərdən istifadə etmək bacarıqları formalaşdırmaq;
3) şagirdlərdə elmi və tədris xarakterli informasiyanı sərbəst əldə etmək bacarıqları formalaşdırmaq

RTM-in funksiyaları.


Riyaziyyat təliminin funksiyaları aşağıdakılardır:

  1. Təhsil funksiyası

  2. Tərbiyə funksiyası

  3. İnkişaf funksiyası

  4. Evristik funksiya

  5. Proqnostik funksiya

  6. Estetik funksiya


Yüklə 393,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin