Bu metoda bəzən əqli hücum da deyilir. Beyin həmləsi Şagirdlərin tamamilə fikir sərbəstliyini təmin edir. Bu zaman Bütün qrup hər hansı bir problemin həllinə cəlb edilir və qısa vaxt ərzində bütün fikir və təkliflər qeyd edilir. Müəllim sualla müraciət edirsə, sualı açıq qoymalıdır. Söylənilən fikirlərin hamısı qəbul olunur, bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir, yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil və düzəliş edilir. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamağa nail olmaqdır.
Auksion : Keyfiyyətcə eyni fikirlər , ortaq əlamətlər qruplaşdırılır. Ən doğru fikir söyləyən və ya daha dolğun fikir ifadə edənlər önə çıxarılır