1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Ənənəvi riyaziyyat təlimi “ikimərhələli” modelə əsaslanmışdır



Yüklə 1,05 Mb.
səhifə87/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   80   81   82   83   84   85   86   87   88
RTM KONSPEKT-1

Ənənəvi riyaziyyat təlimi “ikimərhələli” modelə əsaslanmışdır. Birinci mərhələdə müəllim yeni anlayış və ya riyazi metodu nümayiş etdirir, şagirdlər isə müşahidə edirlər. İkinci mərhələdə şagirdlərin müstəqil işi təşkil olunur ki, burada məqsəd çalışmaların yerinə yetirilməsi və yeni biliklərin tətbiqidir. Müəllim isə şagirdlərin fəaliyyətini müşahidə edərək nəticələr çıxarır. Bu model nəzərdə tutulmuş materialın tez bir zamanda qavranılmasını və müstəqil tətbiq olunmasını tələb edir.

Daha səmərəli təlim “üçmərhələli model”ə əsaslanır. Birinci mərhələdə müəllim yeni anlayış və ya metodu təqdim edir və ya şərh edir, suallar verir və onun başa düşülüb-düşülmədiyini araşdırır. Şagirdlər isə sadəcə müəllimin şərhini müşahidə etmir, onlar bu mərhələdə fəal iştirak edirlər. Şagirdlərin fəallığı birinci mərhələdə təlimin səmərəliliyinin mühüm şərtidir. Təlimin bu mərhələsində bir neçə şagirdin bilik nümayiş etdirməsi bütün şagirdlərin materialı mənimsəməsinə zəmanət vermir.

İkinci mərhələ aralıq mərhələdir və burada yeni anlayış və ya strategiyanın müstəqil tətbiqi nəzərdə tutulur. Bu addım şagirdlərın müəllimin tənzimləyici iş rejimindən, özünütənzimləmə iş rejiminə keçidindən sonra baş verir. Bu mərhələnin təlim üsulları şagirdlərin bilik səviyyəsindən və tədris olunan materialın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu üsullar şagirdlərə yardım edir, müəyyən istiqamət verir. Bu mərhələdə müəllim şagirdlərin fəaliyyətini və irəliləyişini müşahidə edir və monitorinqin nəticələrindən asılı olaraq müstəqil və ya tənzimlənən iş rejimini təşkil edir.

Üçüncü mərhələdə şagirdlər müstəqil işləyirlər. Bununla belə, ənənəvi dərslərdən fərqli olaraq, üçüncü mərhələ dərsin əsas vaxtını əhatə etmir və qismən qısamüddətli olur. Bu mərhələ çox vaxt şagirdlərin bilik səviyyələrinin və riyazi kontekstlərdə onlardan istifadə etmək bacarıqlarının qiymətləndirilməsinə xidmət edir.

Əgər şagirdlər təlimin tənzimlənən mərhələsində yaxşı nəticə əldə etmirlərsə, müəllim geri qayıdır, daha aydın və asanlıqla başa düşülən təlim təşkil edir. Əgər şagirdlər müstəqil işləyərkən gözlənilən nəticəni nümayiş etdirə bilmirlərsə, o zaman onların daha çox tənzimlənən praktik işlər üzrə çalışmaları təşkil edilir.

Riyaziyyat dərsinin gedişatı zamanı yeni dərsin keçirilməsi nəzərdə tutulmalı Keçirilmiş mövzuya əsasən müəllim şagirdlərin mövzunu necə mənimsəməsinə dair fikirləri söyləməsi üçün şagirdlərlə müəyyən nümunələr işləməlidir . Bu zaman müəllim ya şagirdlərlə ya kollektiv , ya qruplarla iş , cütlərlə iş ya da fərdi iş edərək onların necə mövzunu dərk etməsini aydınlaşdıra bilər. Buda təlimin təşkilində istifadə olunan üsullardı. Bu üsullarla müəllim dərsin necə mənimsənilməsinə dair fikir söyləyib sonda meyar üzrə qiymətləndirə bilər .

Təhsil proqramında (kurikulumda) müəyyənləşdirirlmiş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün riyaziyyat təlimində ənənəvi təlim metodları ilə yanaşı, aşağıdakı interaktiv üsulların istifadəsi tövsiyə olunur:

- Beyin həmləsi (əqli hücum);

- BIBÖ;

- Müzakirə;

- Venn diaqramı;

- Klaster;

- Anlayışın çıxarılması;

- Suallar;

- Problemli vəziyyət və s.

BİBÖ– Bildiklərimiz. İstəyirik bilək. Öyrəndiklərimiz.



BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:

  1. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir:

– Bilirəm. İstəyirəm bilim. Öyrəndim.

2. Problem müəllim tərəfindən elan edilir.

3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.

4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.

5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir.

Beyin həmləsi

Bu metoda bəzən əqli hücum da deyilir. Beyin həmləsi şagirdlərin tamamilə fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı bir problemin həllinə cəlb edilir və qısa vaxt ərzində bütün fikir və təkliflər qeyd edilir. Müəllim sualla müraciət edirsə, sualı açıq qoymalıdır. Söylənilən fikirlərin hamısı qəbul olunur, bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir, yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil və düzəliş edilir. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamağa nail olmaqdır.




Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin