1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə85/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   80   81   82   83   84   85   86   87   88
RTM KONSPEKT-1

7. Dialoji təlim prinsipi. Məsələlərin birgə həlli gedişində özünün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini bölüşə bilmək və bundan qarşılıqlı faydalanmaq məqsədi ilə hər bir şagirdin müzakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir.

8. Demokratikləşdirmə-təhsil prosesinin demokratikləşdirilməsində maraqlı olan bütün tərəfləri, dövlət strukturları və ictimaiyyət nümayəndələrini (müəllimləri, şagirdləri, valideynləri) təhsil prosesinə fəal iştirak etməyə cəlb etmə deməkdir tədris müəssisəsinin “şəffaflığı” prinsipinin həyata keçirilməsidir.

9. Humanistləşdirmə–təhsilin humanistləşdirilməsi şagirdə münasibətin dəyişilməsini nəzərdə tutur, o cümlədən yaradıcı inkişaf qabiliyyətli və humanist yönümlü şəxsiyyətin formalaşdırılması; əqli və fiziki imkanlarından, öyrənmə qabiliyyətindən asılı olmayaraq şagirdin şəxsiyyətinə hörmətlə yanaşma; şagirdin qabiliyyət və təmayüllərinin aşkar edilməsi və onların inkişafı üçün şəraitlərin yaradılması.

10. Diferensiallaşdırma–təlimin diferensiallaşdırılması şagirdlərin imkanlarının nəzərə alınması ilə qurulur.

11.Fərdiləşdirmə–təhsilin fərdiləşdirilməsi şagirdlərin fərdi maraq və tələbatlarının nəzərə alınmasıdır.

12. İnteqrasiya–təhsilin inteqrasiyası fənlərin öyrənilməsi zamanı fənlərarası əlaqələrin aşkar edilməsi əsasında qlobal təfəkkürün formalaşdırılmasının vəcibliyini nəzərdə tutur.

13. Humanitarlaşdırma–təhsilin humanitarlaşdırılması

şəxsiyyətin yaradıcı inkişaf prosesinin şərti kimi çıxış edir və

təhsilin məzmununun formalaşmasına yeni yanaşmanı nəzərdə

tutur. Bu ümumbəşəri dəyərlərin yaradılması ilə bağlı fənlərin

rolunun artmasını, öz xalqının mədəniyyətinə birləşmə və dünya

mədəniyyətinin dəyərləri ilə tanışlığı ifadə edir.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin