1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları


Planın köməyi ilə teoremin öyrədilməsi



Yüklə 1,05 Mb.
səhifə77/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   73   74   75   76   77   78   79   80   ...   88
RTM KONSPEKT-1

27. Planın köməyi ilə teoremin öyrədilməsi.


Plan tərtib etmə fəaliyyəti materialı daha şüurlu ,diqqətli və daha yaxşı öyrənməyə imkan yaradır. Plan tərtib etməyi şagirdlərə hələ ibtidai siniflərdən öyrətməyə başlayırlar. Planın tərtib edilməsi ilə teoremin öyrədilməsi iki mərhələdə aparılır:

I mərhələ. Yeni teoremin hazır isbat planı şagirdlərə verilir və planın köməyi ilə onu şagirdlərin özlərinin isbat etməsi təklif olunur. Bu zaman isbatın öyrənilməsinə maraq artır , çünki :

1. Plan teoremin isbatını şagirdlərin həll edə biləcəyi bir sıra sadə elementar məsələlərə ayırmağa imkan verir.

2. Şagirdlər planın köməyi ilə yeni teoremi isbat edə biləcəklərini hiss edirlər. Dinləmədən və xatırlamadan müstəqil isbat etmək şagirdləri heyrətləndirir.

3. Plan bütün isbatı əhatə etməyə imkan verir ki, bu da şagirdlərdə dərhal tamlığın duyulması baş qaldırır. Bu da şagirdlərdə öz işlərinə inamın yaranmasına, öyrənmək istəyinin yüksəlməsinə səbəb olur.



II mərhələ. Artıq isbat olunmuş teoremə və ya həll olunmuş məsələyə aid plan tərtib etmək öyrədilir. Əvvəlcə bu iş kollektiv şəkildə, sonra isə müstəqil yerinə yetirilir. Burada həmçinin müəllim bir neçə dəfə plan tərtib etməyə aid nümunələr göstərə bilər. Şagirdlər hazır planı sərbəst qavrayırlar. Bununla yanaşı şagirdlərə dərslikdə teorem isbatı daxil olmayan materialı oxuyaraq plan tərtib edilməsi də öyrədilir. Burada plan tərtib edilməsi mətni daha yaxşı başa düşməyə və yadda saxlamağa, xatırlamağa imkan verir. Bu məqsədlə şagirdlərə mətni oxumaq və onu danışmaq təklif edilir. Onların çətinlik çəkdiyi hallarda müəllim plan tərtib etməyi tövsiyə edir.

Bu mərhələrin sonunda ev tapşırıqları verilir və bu tapşırıqlar müxtəlif olur. Bir çox hallarda teoremin isbat planını tutmaq və həllini evdə yazmaq şagirdlərə təklif edilir. Belə tapşırığı onlar yüksək fikri fəallıq yolu ilə hökmən yerinə yetirir, başlanğıcdan dərinləşmiş biliklərin əldə edilməsinə nail olurlar. Bütün bu işlər şagirdlərin təfəkkür imkanlarına müsbət təsir göstərir. Bir neçə teoremi isbat etmək üçün bir ümumi plan verildikdə təlimin səmərəsi yüksəlir. Ümumi ideya ilə birləşən belə teoremlər xüsusi məhsuldarlıqla mənimsənir. Belə ki, bu hallarda bir neçə dəfəlik, fəal və rəngarəng təkrar aparılmış olur.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin