1. Riyaziyyatın tədrisi metodikasının predmeti, məqsədi, vəzifələri və funksiyaları



Yüklə 1,05 Mb.
səhifə76/88
tarix10.05.2022
ölçüsü1,05 Mb.
#57300
1   ...   72   73   74   75   76   77   78   79   ...   88
RTM KONSPEKT-1

26.Riyazi isbatların təlimi yolları.


Birinci priyom. Müəllim teoremin isbatını şərh edərək sinfi fəallaşdırmaq məqsədilə evristik söhbətdən istifadə edir. Bu priyom məktəbdə riyaziyyat müəllimləri tərəfindən heç də uğurla tətbiq olunmur. Uğursuzluğun səbəbləri isə bunlardan ibarətdir:

1) Evristik söhbətin analitik-sintetik və sintetik növlərini bütün müəllimlər düzgün tətbiq etmir. Teoremin isbat yolunu şagirdlərin özlərinin tapmasına kömək edən müəllimin sualları analitik-sintetik mühakimənin gedişinə uyğun olmalıdır. İsbat yolunu şagirdlərin özlərinin necə tutması şagirdlərə aydın olmadıqda müəllimin sualları sintetik mühakimənin gedişinə uyğun olmalıdır

Evristik söhbəti sintetik üsulla apararaq müəllimlər adətən teoremin dərslikdə verilən isbatmı dəyişirlər. Şagirdlərə onları əsaslandırmağı təklif edərək müəllimlər yalnız bu isbatı hissələrə ayırırlar. Evristik söhbəti analitik-sintetik üsulla apardıqda müəllim dərsə daha diqqətlə hazırlaşmaqla dərslikdə verilmiş mühakimənin strukturunu dəyişməli olur.

2) Evristik söhbət çox vaxt müəllimlər arasında yayılmış adət kimi çox sözlülüyə yol verdiyindən düzgün aparılmır.Suallar hədsiz dərəcədə çox verilir, onlar çox sadə olurlar.

3) Evristik söhbətin aparılmasındakı uğursuzluqların yaranması həm də müəllimin tədris prosesinin təşkilində bir sıra mühüm hissələri bacarmaması üzündən və ya dərsə kifayət qədər diqqətlə hazırlaşmamaqdan yaranır.

İkinci priyom. Müəllim teoremin isbatını qısa hekayət şəklində, onu suallarla kəsmədən şərh edir. Teoremin isbatı həcm etibarilə böyük olduqda, teoremin isbat üsulu şagirdlər üçün yeni olduqda, şagirdlər bir nəticəyə gələ bilmədikdə və isbatın başa düşülməsi şagirdlər üçün çətin olduqda teorem isbatının hekayə şəklində şərhi faydalıdır. Müəllimin sərəncamında həmçinin şagirdlərin sadəcə dinləməsini deyil, həm də müəllimin hekayəsi prosesində fəal düşünməsinə nail olmağa imkan verən kifayət qədər vasitələr var.

Üçüncü priyom. Şagirdlərin teoremə aid çertyoju yerinə yetirməsi, teoremin şərti və nəticəsini ayırmasından (birinci tapşırıq) sonra teorem hazır çertyoj üzərində məsələyə çevrilir. Əgər bu məsələ şagirdlərin gücünə uyğundursa, onda müəllim onu müstəqil həll etməyi tapşırır. Müəllim şagirdlərə hazır plan verdikdə teoremin müstəqil isbatı asanlaşır.

Dördüncü priyom. Teoremin isbatını dərslikdən müstəqil öyrənmək şagirdlərə təklif olunur. Sonra isə şagirdlərdən biri həmin an dərsdə yeni teoremi isbat edir. Belə iş şagirdlərin gücünə uyğun olduqda onlar tərəfindən çox maraqla qarşılanır. Şagirdlərin çoxu lövhəyə gəlmək istəyir və çağırılan şagirdi sinif çox diqqətlə izləyir.



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin