75. Nitq etiketlərinin məntiqi ardıcıllığını tamamlayın
Həmişə ayaq üstdə! Allah köməyiniz olsun!
A) Allah razı olsun! B) Allah amanında! C) Çox mübarəkdir! D) Salamat qalın! E) Hələlik!
76. Normalara tabe olmayıb, fəaliyyət sahəsinin genişliyi ilə seçilir
A) şivə və dialekt B) ədəbi dil C) cənub dialekti D) xalq danışıq dili E) bədii əsərlərdə yazıçıların dili
77. “Allah amanında, uğur olsun” kimi nitq etiketləri aşağıdakılardan hansına aiddir?
A) müraciət etiketinə B) görüş etiketinə C) təbrik etiketinə D) alqış (xeyir-dua ) etiketinə E) ayrılma etiketinə
78. “Anam başımın yanında dua deyirdi” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) fonetik B) leksik C) qrammatik D) leksik, qrammatik E) orfoqrafik
Dostları ilə paylaş: |