82. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?
“Pəncərəmə hicran yazır
Damcıların naxış-naxış”. ( B . Vahabzadə )
A) Fonetik və qrammatik B) fonetik C) leksik və qrammatik D) qrammatik E) leksik və fonetik
83. Nümunədə ədəbi dilin hansı norması pozulmuşdur?
“Göylər çənə büründükcə
Ürəyimi bürüyür qəm”. ( B. Vahabzadə )
A) leksik və qrammatik B) fonetik C) qrammatik D) fonetik və qrammatik E) leksik və fonetik
84. “Körpə quzu” birləşməsində asılı tərəfi “gənc” sözü ilə əvəz etsək, ədəbi dilin hansı norması pozulmuş olar?
A) qrammatik B) leksik C) fonetik D) leksik və qrammatik E) fonetik və qrammatik
85. Filologiya fakültəsinin müəlliminin bədii təsvir vasitələri barədə mühazirəsi natiqliyin hansı sahəsinə aiddir?
A) inzibati-idarə B) işgüzar C) bədii D) siyasi E) akademik
86. “Bir neçə məsələlər hələ də öz həllini tapmamışdır” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) həm orfoqrafik, həm də leksik B) orfoqrafik C) qrammatik D) leksik E) həm qrammatik, həm də leksik
87. “Bıçağın üstündə cinayətkarın əlinin şəkli qalmışdı” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur?
A) leksik və qrammatik B) qrammatik C) leksik D) fonetik E) fonetik və leksik
Dostları ilə paylaş: |