1. Şagirdlərin əqli və nitq inkişafında mütaliənin rolu (Giriş üçün)


Nitq mədəniyyəti mövzusuna aid sual-cavab



Yüklə 245 Kb.
səhifə41/42
tarix02.01.2022
ölçüsü245 Kb.
#41077
1   ...   34   35   36   37   38   39   40   41   42
Nitq mədəniyyəti mövzusuna aid sual-cavab
1. Azərbaycan milli mədəniyyətinin, o cümlədən nitq mədəniyyətimizin əsas qoruyucusu, daşıyıcısı kimdir?

Azərbaycan xalqı

2. Nitq mədəniyyətinin əsas şərtləri nədir?

Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliliyi

3. Tələb olunan sözü, cümləni, ifadəni tapmaqla nitq mədəniyyətinin hansı şərti müəyyən edilir?

Nitqin dəqiqliyi

4. Nitqin düzgünlüyünün əsas şərti nədir?

Fonetik, leksik, qrammatik qayda-qanunlara əməl edilməsi

5. Nitqin ifadəliliyi dedikdə nə başa düşülür?

Müvafiq dil vahidindən ən uğurlusunu işlətmək

6. “Hamı danışdılar” cümləsində nitqin hansı tələbi pozulub?

Ümumi, qrammatik norma pozulub. “Hamı danışdı” şəklində ifadə olunmalıdır. Çünki mübtəda təkdir, xəbər də təkdə olmalıdır.

7. Dil ünsiyyət vasitəsi olmaqla nədən ibarətdir?

Mücərrəd işarələr sistemindən

8. Nitq nədir?

Ünsiyyət prosesidir.

9. Nitq necə yaranır?

Məlumatın tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.

10. Nitq nədən törəyir?

Dildən


11. Tarixən dil çox dəyişir, yoxsa nitq?

Nitq


12. Ədəbi dilin hansı formaları var?

Yazılı və şifahi

13. Nitq nələrin qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir?

İctimai, psixoloji və fizioloji tərəflərin

14. Nitqin hansı təzahür formaları var?

Dinləyib anlama, danışma, oxu və yazı

15. Azərbaycan ədəbi dili nəyin əsasında fəaliyyət göstərir?

Ədəbi dil normalarına uyğun fəaliyyət göstərən danışıq dili əsasında

16. Ədəbi dilin hansı normaları var?

Fonetik , leksik,qrammatik

17. Müasir şifahi ədəbi dil nəyin hesabına formalaşır?

Radio və televiziyanın

18. Ədəbi dildə işlənməyən sözlərə nə deyilir?

Normativ olmayan sözlər

19. Ədəbi dilin hansı normaları var?

Fonetik, leksik, qrammatik

20. Sözlərin semantik tutumu nə deməkdir?

Sözlərin leksik mənası

21. Dilin fonetik quruluşuna hansı normalar daxildir?

Orfoepik və orfoqrafik

22. Leksik normanın əsas tələbi nədir?

Sözün yerində düzgün işlənməsi

23. Semantika nə deməkdir?

Məna, məzmun

24. Dildə özləşmə meyli nə deməkdir?

Alınma sözlərin yerində millisini – öz sözlərimizi işlətmək

25. İstənilən söz yaradıcılığı dildə “özləşmə” adlana bilərmi?

Xeyr


26. Azərbaycan ədəbi dilində özləşmə üçün əsas şərait nə vaxt yarandı?

Azərbaycan xalqı müstəqillik qazanandan sonra

27. Ədəbi dildə özləşmə necə yaranır?

Üç yolla: 1) qədim mənbələrdən, xalq dilindən söz götürülməsi, yaxud mövcud oxşarlıq yaradılması yolu ilə ( bəy, bildiriş, məlumat, başqan – sədr );

2) Cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı .“Söz partlayışı” yolu ilə (soyuducu, əyləc );

3) Türk dillərinin təsiri ilə (olay – hadisə, durum – vəziyyət, çağdaş – müasir)

28. Leksik vahidlərin dildə qeyri-türk mənşəli qarşılığı ilə paralel işlənməsi nə adlanır?

Sinonimlik (dublet)

29. Qrammatik normanın əsas tələbi nədir?

Sözlər və cümlələr arasındakı əlaqələrin düzgün qurulması

30. “Qrammatik norma” dedikdə nələr nəzərdə tutulur?

Miqdar sayından sonra gələn isimlər tək şəkildə işlənir, adlara əvvəlcə kəmiyyət, sonra mənsubiyyət, hal və xəbərlik şəkilçisi artırılır.

31. Cümlə üzvlərinin sırası necədir?

Mübtəda, tamamlıq, təyin, zərflik, xəbər

32. Bəs cümlədə təyinin yeri haradadır?

İzah etdiyi üzvün əvvəlində

33. Dildə söz sırasının pozulması nə adlanır?

İnversiya

34. Nitq normaları necə kateqoriyadır?

Tarixi


35. “Kateqoriya” sözünün mənası nədir?

Anlayış


36. Ədəbi dilin hansı normalarında dəyişmə ləng gedir?

Fonetik və qrammatik normalarında

37. Sabitliyin az olduğu norma hansıdır?

Leksik norma, yəni bəzi sözlər köhnəlir, yeni sözlər əmələ gəlir.

38. Nitq normalarının tarixiliyi nəyin nəticəsidir?

Ədəbi dilin inkişafının

39. Kimə natiq demək olar?

Düzgün, dəqiq, ifadəli nitqə malik olanlara

40. Natiqlik sənətinin əsas tələbləri nədir?

1. Düzgün, dəqiq və ifadəli danışmaq

2. Dinləyicilərin səviyyəsini nəzərə almaq

3. Nitqin intonasiyasına fikir vermək

4. Yığcam danışmaq

5. Çıxışa əvvəlcədən hazırlaşmaq, sonra onu təhlil etmək

41. Ən qədim (antik) dövrün natiqlərindən kimi tanıyırsınız?

Aristotel, Platon, Demosfen, Siseron və başqalarını

42. XI əsrdə Bağdad mədrəsəsində kitabxana müdiri işləmiş Azərbaycan natiqi kimdir?

Xətib Təbrizi

43. Natiqlik sənətinin hansı mühüm şərti jest adlanır?

Nitqin intonasiyasına, ritminə uyğun əl-qol hərəkətləri etmək

44. Nitq prosesində üz əzələlərinin mənalı hərəkətlərinə nə deyilir?

Mimika


45. Nitqdə mimika və jestlərin əhəmiyyəti nədir?

Nitqi təsirli və emosional edir.

46. Alimin nitqi hansı natiqliyə aiddir?

Akademik natiqliyə

47. Prezidentin BMT-də çıxışı hansı natiqliyə aiddir?

Siyasi natiqliyə

48. Məktəbin pedaqoji yığıncağında direktorun çıxışı hansı natiqliyə aiddir?

İnzibati-idarə natiqliyinə

49. Televiziyada aparıcı elan oxuyur. Bu, hansı natiqlikdir?

İşgüzar natiqlik

50. Nitq etiketləri, yaxud yarlıqlar nəyin göstəricisidir?

Nitq mədəniyyətinin



Yüklə 245 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin