Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix15.04.2020
ölçüsü0,63 Mb.
#30854
növüMühazirə
  1   2   3   4
6 2-Windows


Mövzu: 

Windows əməliyyat sistemi. İnternetdə işləmə qaydaları  

 

Mövzunun  tədrisinin  məqsədi:    Əməliyyat  sistemlərinin  təsnifatının, 

Windows əməliyyat  sistemi ilə işləmə qaydalarının öyrənilməsi, kompüterin işinin 

sazlanması, internetdə işləmə qaydaları ilə tanışlıq

 

 



Təlim saatlarının miqdarı: 2 saat 

 

Təlim metodu: Mühazirə, nümayiş,  sual-cavab, müzakirə, beyin hücumu 

 

Dinləyici auditoriyası: İlkin hazırlıq proqramı üzrə kursların iştirakçıları 

 

Mövzunun planı:  

 

1.  Əməliyyat sistemlərinin təsnifatı 

2.  Windows əməliyyat sistemi ilə iş  

3.  Xidməti proqramlar 

4.  Viruslar və antivirus proqramları 

5.  İnternetdə işləmə qaydaları 

 

Mövzunun məzmunu: 

 

 

Windows əməliyyat sistemi. İnternetdə işləmə qaydaları 

Əməliyyat sistemi anlayışı:  Əməliyyat sistemi kompüter resurslarını idarə 

edən,  tətbiqi  proqramların  işə  salınmasını  ,  onların  xarici  qurğular  və  digər 

proqramlarla  qarşılıqlı  əlaqəsini,  həmçinin  istifadəçi  ilə  kompüter  arasındakı 

dialoqu təmin edən proqram vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin 

istənilən komponenti- mərkəzi prosessor, əməli və ya xarici yaddaş , xarici qurğu, 

proqram və s. başa düşülür.  

Əməliyyat  sistemləri  –  informasiya  emalının  idarə  olunmasını    və  aparat 

vasitələri ilə istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. Əsas funksiyalarından biri 

informasiyanın  daxiletmə-xaricetmə  prosesinin  avtomatlaşdırılması,  istifadəçi 

tərəfindən  yerinə  yetirilən  tətbiqi  proqramın  idarə  edilməsidir.  Əməliyyat  sistemi 

lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun yerinə yetirilməsinə 

edir. 


Əməliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə 3 qrupa bölünür: 

-  birməsələli (biristifadəçili) 

-  çoxməsələli (çoxistifadəçili) 


-  şəbəkə 

Birməsələli  əməliyyat  sistemi  –  müəyyən  anda  konkret  bir  məsələ  ilə  bir 

istifadəçinin  işi  üçün  nəzərdə  tutulmuşdur.  Bu  tip  əməliyyat  sisteminin 

nümayəndəsi MS-DOS-dur.  

Çoxməsələli  əməliyyat  sistemi  –  kompüterdən,  multiproqram  rejimdə  vaxt 

bölgüsü ilə kollektiv istifadəni təmin edir. Bu tip əməliyyat sisteminə UNİX, OS/2, 

Windows və s. misal göstərmək olar.  

Şəbəkə  əməliyyat  sistemi  –  lokal  və  qlobal  şəbəkələrin  meydana  gəlməsi  ilə 

əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Bu 

əməliyyat  sisteminə  Novell  Net  Ware,  Windows  NT,  Unix,  Solaris  və  s.  misal 

göstərmək olar.  

Əməliyyat  sistemi  kompüterin  qoşulması  ilə  yüklənir  və  istifadəçi  ilə  hesablama 

sistemi  arasında  rahat  və  əlverişli  ünsiyyət  üsulu  (interfeys)  təqdim  edir. 

Funksiyalarına görə interfeysin aşağıdakı növləri var: 

  proqram  interfeysi  –  hesablama  sistemi  çərçivəsində  qurğu  və 



proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.  

  istifadəçi  interfeysi  –  istifadəçinin  kompüterlə  qarşılıqlı  əlaqəsi  üçün 



proqram  və  aparat  vasitəsidir.  Öz  növbəsində  istifadəçi  interfeysi  əmrli  və 

obyektyönlü ola bilər. 

 



Əmrli  interfeys  –  istifadəçiyə  kompüter  resurslarının  idarə  olunması  üçün 

əmrləri klaviaturadan daxil etməyə imkan verir 

  Obyektyönlü  interfeys  –  obyektlər,  yəni  fayl  ,  kataloq  (qovluq),  disk 



aparıcısı,  proqram  ,  sənəd  və  s.  üzərində  əməliyyatları  bilavasitə  həyata 

keçirən hesablama sisteminin resurslarını idarə edir.  

Əməliyyat  sisteminin  yeni  modifikasiyasının  adı  dəyişilmir,  amma  versiya 

(variant)  adını  alır.  Əməliyyat  sisteminin  versiyası  “onluq  kəsr”  şəklində 

işarə olunur. Versiya nömrəsinin böyük olması sistemin daha çox imkanlara 

malik olmasını göstərir.  



Əməliyyat sistemlərinin təsnifatı :  

 

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:  



  sistemlə  eyni  vaxtda  işləyən  istifadəçilərin  sayına  görə  :  biristifadəçili, 



çoxistifadəçili 

  sistemin  idarə  olunması  ilə  eyni  vaxtda  yerinə  yetirilən  məsələlərin  sayına 



görə : birməsələli, çoxməsələli 

 



prosessorların sayına görə - birprosessorlu, çoxprosessorlu 

  prosessorun  mərtəbələrinin  sayına  görə  :  8-mərtəbəli,  16-mərtəbəli,  32-



mərtəbəli, 64-mərtəbəli 

  interfeysin tipinə görə: əmrli və obyektyönlü 



 

informasiya  emalı  rejiminə  görə:  paket  emallı,  vaxt  bölgülü,  real  vaxt 



miqyaslı 

  resurslardan istifadənin tipinə görə : şəbəkə, lokal 



Windows  əməliyyat  sisteminin  yaranma  tarixi  və  inkişaf  mərhələləri:  

Windows  əməliyyat  sistemi  istifadəçilər  üçün  rahat  işləmə  mühiti  yaratmaq 

məqsədilə  meydana  gəmişdir.  Bu  əməliyyat  sistemi  meydana  gəlməmişdən  əvvəl 

istifadə  edilən  istənilən  əməliyyat  sistemi  istifadəçidən  kompüteri  idarə  edən 

əmrləri  bilməsini  tələb  edirdi.  Windows  əməliyyat  sisteminin  yaranması  sistem 

mühiti  və  burada  işləmə  qaydasını  dəyişməyə  imkan  verdi.  İstifadəçi  üçün  çox 

sadə işləmə qaydalarına malik olan qrafik interfeysin meydana gəlməsi istifadəçini 

əmrlər strukturunu öyrənməkdən azad etdi. Maraqlıdır ki, bu əməliyyat sisteminin 

ilk  versiyalarının  yaranması  istifadəçilər  tərəfindən  çox  soyuq  qarşılandı.  1985-

1990- ci illər ərzində bu əməliyyat sistemi çox da istifadə olunmadı. Yalnız 1995-

ci  ildən  sonrakı  beşillikdə  Windows  əməliyyat  sistemi  kompüter  dünyasının  ona 

qarşı  olan  münasibətini  tamam  dəyişdi.  İlk  versiyalarında  MS-DOS  sisteminin 

örtüyü kimi meydana çıxan bu yeni  əməliyyat sistemi Windows-95, Windows-98 

və  Windows-2000  kimi  versiyalarında  tam  hüquqlu  əməliyyat  sistemi  kimi  öz 

təsdiqini tapdı.  

İBM  PC  kompüterlərində  1981-ci  ildən  1995-ci  ilə  qədər  əsas  əməliyyat 

sistemi  kimi  MS-DOS  istifadə  edilmişdir.    Bütün  bu  illər  ərzində  MS-DOS 

əməliyyat sistemi MS-DOS 1.0-dan MS-DOS 6.22-ə qədər inkişaf yolu keçmiş və 

hər  dəfə  yeni  versiyanın  buraxılması  ilə  daha  çox  qurğularla  işləmək  mümkün 

olmuş  və  sistem  yeni  proqramlarla  gücləndirilişdir.  Bu    əməliyyat  sisteminin  ən 

zəif  yeri  əməli  yaddaşla  iş  prosesinə  aid  idi.  Belə  ki,  o  dövrdəki  əksər 

kompüterlərdə əməliyyat sisteminin həcmi 250 Kb-ı aşmırdı,MS-DOS isə 640 Kb 

əməli yaddaşla işləyə bilirdi.  

MS-DOS-un  ikinci  çatışmamazlığı  isə  ondan  ibarət  idi  ki,  bu  sistem  qrafik 

əməliyyat sistemi olmadığından , qrafik rejimdə işləmək mümkün deyildi.  

Nəhayət,  MS-DOSun  təkməsələli  əməliyyat  sistemi  olması  onun  növbəti 

çatışmamazlığı idi.  

Microsoft şirkətində İBM PC tipli fərdi kompüterlər üçün qrafik əməliyyat 

sistemlərinin  yaradılması  istiqamətində  aparılan  işlərə  başlanılmış  və  belə  bir 

sistemin  ilk  versiyası  1985-ci  ildə  Windows  1.0  adı  ilə  buraxılmışdır.  Bu  sistem 

diskdə 2 Mb-dan bir az artıq yaddaş sahəsi tuturdu.  Windows 1.0 ilə eyni vaxtda 

bu  sistemdə  işləyən  kalkulyator,  saat,  təqvim  kimi  bəzi  utilitlər,  Microsoft  Paint 

qrafik redaktoru, Notepad-sadə mətn redaktoru və buna nisbətən daha mükəmməl 


olan  Microsoft  Write  mətn  redaktoru  da  yaradılmışdı.  Bu  sistem  müstəqil 

əməliyyat sistemi deyildi, sadəcə MS-DOS üzərində qurulmuş örtük idi.  

Microsoft firması 1987-ci ilin oktyabrında sistemin Windows 2.0 versiyasını 

buraxdı.  Bu  sistem  əslində  Windows  1.0-  ın  təkmilləşdirilmiş  versiyası  idi.  Bu 

verisyada  qurğularla  bağlı  (məsələn,  yeni  yaradılmış  VGA  standartlarına  uyğun 

videokart, 

böyük 

həcmli 


sərt 

disklər, 

modemlər) 

proqram 


təminatı 

gücləndirilmişdi. Sistem İBM PC AT 386 kompüterləri üçün nəzərdə tutulmuşdu, 

bununla  yanaşı  əvvəlki  maşınlarda  da  normal  işləyirdi.  Windows  2.0  əməliyyat 

sistemi  üçün  Microsoft  Excel  cədvəl  prosessoru  və  Word  1.0  mətn  prosessoru 

işlənib hazırlanır. 80286 mikroprosessorlu kompüterlər üçün hazırlanan Windows 

versiyası  istifadəçilərə  genişləndirilmiş  yaddaşdan  istifadı  etməyə  ,  80386 

mikroprosessorlu  kompüterlər  üçün  hazırlanmış  Windows  versiyası  isə 

çoxməsələliyə imkan vermişdi.  

1990-ci  ilin  may  ayında  MS-DOS  əməliyyat  sisteminin  qrafik  örtüyü  olan 

Windows  3.0  versiyası  meydana  gəlir.  Bu  versiya  istifadəçilər  arasında  ilk 

mükəmməl 16 mərtəbəli sistem kimi öz təsdiqini tapır. Windows 3.0 nəinki qrafik 

interfeysə, həmçinin çoxməsələlik rejiminə də malik olmuşdur. Bu sistem İBM 386 

kompüterləri üçün nəzərdə tutulmuş və əvvəlki sistemlərdən Windows 3.1-ə keçid 

variantı kimi qəbul edilmişdi. Windows 3.0 sistemində işləyə biləcək proqramların 

sayı  xeyli  çoxaldı.  Belə  ki,  Notepad  və  Wordpad  mətn  redaktorları,  Paintbrush 

qrafiki redaktoru, şəbəkədə məsafədən (uzaqdan) idarəetmə vasitələri və başqa bir 

çox utilitlərlə yanaşı bir sıra müəyyən oyun proqramları da Windows 3.0 sisteminə 

daxil edildi.  

Bu  müsbət  keyfiyyətlərinə  baxmayaraq  Windows  3.0  əməliyyat  sisteminin 

işləmə etibarlılığı çox da böyük deyildi. Bu mənfi cəhət 1992-ci ilin aprel ayında 

buraxılan  Windows  3.1  versiyasında  aradan  qaldırılmışdır.  Bu  versiyadan 

başlayaraq  Microsoft  şirkəti  virtual  yaddaşın  təşkil  edilməsi  imkanına  malik 

əməliyyat  sisteminin  istehsalı  ilə  məşğul  olur.  O  cümlədən,  bu  sistemdə 

klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici 

mikrofondan  və  universal  səsgücləndiricilərdən  ,  eləcə  də  geniş  spektrli  səs 

kartlarından istifadə etmək mümkün idi.  

Windows əməliyyat sisteminin növbəti versiyası 1993-cü ildə Windows 3.11 

Workgroups adı altında buraxıldı. Sistemin bu versiyası əvvəlkilərdən fərqli olaraq 

lokal  şəbəkə  və  geniş  multimedia  imkanlarına  malik  idi.  Belə  ki,  sistem  lokal 

şəbəkə  yaratmağa  ,  internetlə  əlaqə  yaratmağa,  şəbəkə  printerlərindən  ,  lokal 

şəbəkədə  mətni  informasiya  mübadiləsi  üçün  alətlərdən  və  eləcə  də  faksların 

göndərilməsi və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi.  

Windows  3.11  sistemi  lokal  şəbəkədə  ,  eləcə  də  internetdə  işləmək  üçün 

istifadəçilərə geniş imkanlar verdiyindən, kompüterin aparat təminatı ilə bağlı çox 

yüksək tələblər qoyurdu. O cümlədən, İBM PC 386 kompüterləri və ən azı bir Mb 

əməli  yaddaş  tələb  olunurdu.  Sistemin  tətbiqi  proqramlar  paketinə  bir  sıra  yeni 



proqramlar  əlavə  edilmişdi:  Microsoft  Mail  poçt  proqamı,  Microsoft  İnternet 

Explorer  brauzeri, şəbəkə ilə işləmək üçün xüsusi Microsoft Chat utiliti və s.  

Korporativ istifadəçilərin tələbatını ödəmək üçün 1993-cü ildə Windows NT 

(New  Technology)  adlı  tamamilə  yeni  bir  əməliyyat  sistemi  buraxdı.  Bu  sistem 

tamamilə  yeni  nüvə  əsasında  qurulmuş  və  əsasən  korporativ  istifadəçilərin  lokal 

kompüter şəbəkələrində işləməsi üçün nəzərdə tutulurdu.  

Windows  NT  sisteminin  ilk  variantı  iki  versiyada  yaradılmışdı:  Windows 

NT  Server  və  Windows  NT  Workstation  .  Əslinə  qalsa  bunlar  eyni  əməliyyat 

sistemləri  idi,  fərq  isə  ondan  ibarət  idi  ki,  Windows  NT  Serverin  tərkibinə  ele 

proqramlar  daxil  edilişdi  ki,  həmin  proqramlar  bu  sistemlə  işləyən  kompüterləri 

həm  lokal  şəbəkələrin  serveri,  həm  də  İnternet  şəbəkəsində  HTTP  serveri  kimi 

istifadə  etməyə  imkan  verirdi.  Windows  NT  Workstation  sistemində  isə 

istifadəçilərin  tətbiqi  proqramlarına  daha  çox  üstünlük  verilirdi.  Windows  NT 

sisteminin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də, 

Windows  NT sistemi  32  mərtəbəli  çoxistifadəçili  əməliyyat  sistemi  idi. Windows 

NT  sistemi  buna  qədərki  Windows  sistemləri  ilə  müqayisədə  istifadəçilər 

tərəfindən ən stabil və ən etibarlı əməliyyat sistemi kimi qəbul edilmişdir.  

1995-ci ilin sentyabrında buraxılmış Windows 95 əməliyyat sistemi İBM PC 

kompüterləri  üçün  ilk  qrafiki  əməliyyat  sistemi  olmuşdur.  Bu  əməliyyat  sistemi 

böyük  üstün  cəhətlərə  malik  olduğu  üçün  o,  bütün  kompüter  dünyasında  geniş 

tətbiq  olunmağa  başlayır.  Beləliklə,  Windows  əməliyyat  sistemi  ilk  dəfə  olaraq 

MS-DOS  üzərində  qurulmuş  örtükdən  32  mərtəbəli  mükəmməl  qrafik  əməliyyat 

sisteminə çevrildi.  

Əvvəlki  versiyalardan  fərqli  olaraq  Windows  95  sisteminin  iş  stoluna  My 

Computer  və  Recycle  Bin  –  sistem  qovluqlarının  işarələri  və  üzərində  saat,  səs 

tənzimləyicisi,  müxtəlif  dillərə  keçidləri  tənzimləmək  üçün  göstərici  əks  olunan 

tapşırıqlar paneli daxil edilmişdir.  

Lakin bu  əməliyyat  sisteminin praktiki  istifadə  olunması  zamanı  aydın olur 

ki,  onun  bir  sıra  mənfi  cəhətləri,  o  cümlədən  çox  da  böyük  olmayan  işləmə 

etibarlılığı vardır.  

1998-ci ildə istehsal edilən Windows 98 əməliyyat sistemi əsasən gələcəkdə 

istifadə  olunmaq  üçün  buraxılır.  Burada  əvvəllər  ayrıca  satılan  bir  sıra  proqram 

məhsullarının 

daxil  olduğu  standart  proqramlar  komplekti,  həmçinin 

kommunikasiya imkanı da genişləndirilmişdir. Eyni konsepsiyaya malik olduqları 

üçün  Windows  95  və  Windows  98  əməliyyat  sistemləri  yerinə  yetirdikləri 

funksiyalara görə bir-birinə daha yaxın olub , istifadəçiyə eyni interfeyslər xidməti 

göstərirlər.  

Beləliklə,  Microsoft  şirkətində  bir-birinin  ardınca  MS-DOS  üzərində 

qurulmuş  bir  neçə  qrafik  örtük-  Windows  1.0,  Windows  2.0,  Windows  3.0, 

Windows 3.1, Windows 3.1.1 sistemləri buraxılmışdı. Bu qrafik örtüklər MS-DOS 


üzərində  qurulduğundan  və  deməli,  MS-DOS-un  idarəsi  altında  işlədiyindən, 

müstəqil əməliyyat sistemləri deyildilər. Buna baxmayaraq Windows-un meydana 

gəlməsi  ilə  kompüter  istifadəçiləri  üçün  bir  sıra  yeni  imkanlar  yaradıldığından, 

onun örtük yox, mühit (Windows mühiti) adlandırılması qəbul edildi.  

Microsoft  şirkəti  2000-ci  ilin  əvvəllərində  Windows  NT  sisteminin 

arxitekturası  əsasında  Windows  sisteminin  yeni  versiyasını  -  Windows  2000 

sistemini  yaratdı.  Windows  2000  sisteminin  yaradılmasında  Windows  NT  –  nin 

təkmilləşdirilmiş  texnologiyasından  istifadə  edilməklə  yanaşı  Windows  98 

sisteminin  mühüm  xüsusiyyətləri  də  nəzərdə  alınmışdır.  Odur  ki  ,  bu  əməliyyat 

sistemi  rahat  istifadə  olunan,  stabil  və  təhlükəsizlik  baxımından  etibarlı  olmaqla 

çox asan tənzimlənən sistemdir.  

Windows  95-98  sinfindən  olan  əməliyyat  sistemlərinin  sonuncu  inkişaf 

etdirilmiş variantı 2000-ci ildə geniş istehsala buraxılmış Microsoft Windows Me 

(Millennium  Edition)  sistemi  idi.  Bu  sistem  özündən  əvvəlki  Windows  sistemləri 

ailəsindən hər şeydən əvvəl onunla fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə 

imtina edir. 

NT texnologiyasının bazası əsasında Microsoft şirkətinin yaratdığı Windows 

ailəsindən olan daha bir yeni əməliyyat sisteminin yeni versiyası artıq 2000-ci ilin 

sonlarında  geniş  ictimaiyyətə  məlum  idi.  Bu  yeni  əməliyyat  sistemi  əvvəlcə 

Codename  Whistler  adı  altında  buraxılsa  da,  2001-ci  ilin  yayında  Windows  XP 

(ing. Experience-təcrübə,sınaq) adı altında istifadəçilərə təqdim edildi.  

Windows  XP  sistemində  gözlənilən  ən  mühüm  və  səbirsizliklə  gözlənilən 

yeniliklərdən  biri  ondan  ibarətdir  ki,  artıq  bu  sistem  təmiz  kompakt  diskləri  adi 

disketlər kimi işlətməyə imkan verir. Yəni sistemdə CD-R və CD-RW diskləri ilə 

işləmək mümkündür.  

Windows XP sisteminin yeni imkanlarının qısa xülasəsi:  Buna “Plug and Play” 

texnologiyası  əsasında  yeni  periferiya  qurğularının  qoşulması  aiddir.  MS-DOS 

əməliyyat  sistemləri  mühitində  yeni  periferiya  qurğularının  kompüterə  qoşulması 

üçün  istifadəçi  professional  biliklərə  malik  olmalıdır:  məsələn,  konfiqurasiya 

faylını  yazmağı  bacarmalı,  lazımi  drayverin  qoşulması  əmrinin  strukturunu 

bilməlidir. Windows mühitində isə bu məsələ çox asanlıqla həll olunur. Sistem özü 

konfiqurasiya  fayllarını  dəyişdirir,  konkret  texniki  qurğunu  aydınlaşdırır  və  onun 

avtomatik  sazlanmasını  təmin  edir.  Başqa  sözlə,  bu  prinsiplə  işləyən  əməliyyat 

sistemi kompüterə birləşdirilmiş yeni qurğunun işləməsi üçün lazım olan drayveri 

avtomatik olaraq özü seçərək yükləyir. Bu cür texnologiya Plug and Play (Qoş və 

istifadə et) adlanır. 

Virtual  yaddaşdan  istifadə:  Bildiyimiz  kimi,  kompüterdə  əsas  problem  kimi 

əməli  yaddaş  tutumunun  çatışmazlığıdır  ki,  Windows  95  mühitində  virtual 

(həqiqətdə olmayan) yaddaş vasitəsilə bu problem həll edilmişdir. Əgər cari (aktiv) 

proqramın işləməsi üçün əməli yaddaş kifayət etmirsə, bu zaman həmin proqramlar 

diskdə yüklənmə faylı (файл подкачки) adlanan fayl şəklində saxlanılır. Faylların 


bu  cür  yüklənmə  həcmi  əməli  yaddaşın  tutumundan  bir  neçə  dəfə  çox  ola  bilər. 

Virtual  yaddaşın  sazlanması  avtomatik  və  əl  ilə  yerinə  yetirilir.  Windows 

əməliyyat  sistemi  sərbəst  olaraq,  cari  məsələnin  real  tərkibindən  asııl  olaraq, 

virtual yaddaşın ölçüsünü seçir.  



Fayl  və  qovluqlar:  Bir  qayda  olaraq  kompüterin  yaddaşında  saxlanılan  istənilən 

informasiya  tipindən  asılı  olmadan  konkret  bir  ad  altında  qeydiyyata  alınır. 

Yaddaşın  müəyyən  hissəsində  bir  ad  altında  qeyd  olunaraq  saxlanılan  bu  cür 

verilənlər  yığımına  fayl  deyilir.  Kompüterdə  saxlanılan  bütün  informasiyalar  – 

mətnlər, sənədlər, proqramlar, qrafik təsvirlər və s. fayllarda saxlanılır.  

 

Fayllar müxtəlif tipli olurlar: 



icra  olunan  fayllar  –  sadəcə  olaraq  müəyyən  bir  əməliyyat  yerinə  yetirən 

proqramlar; 

sənədlər – istifadəçilər tərəfindən kompüterdə müyyən proqramın köməyi ilə 

yaradılan hər hansl informasiya toplusu, mətn və s.  

konfiqurasiya faylları – proqramların işi üçün zəruri olan xüsusi parametrləri 

saxlayır və s. 

Faylları  bir-birindən  fərqləndirmək  üçün  onların  adlarından  istifadə  edilir. 

Faylın tam adı 2 hissədən ibarət olur və bu hissələr bir-birindən nöqtə işarəsi 

ilə  ayrılır.  Birinci  hissə  faylın  adını,  ikinci  hissə  isə  onun  genişlənməsini 

göstərir.  Windows  əməliyyat  sistemində  faylın  adında  255-ə  qədər  simvol 

ola  bilər.    Aşağıdakılar  DOS-un  qurğularının  adları  olduğundan  ,  bu 

adlardan fayl və qovluqları adlandırmaq üçün istifadə etmək olmaz:  



PRN  - printer 

LPT1 - LPT4  - 1-4 paralel portlar 

COM1 – COM4  - 1-4 ardıcıl portlar 

AUX – ardıcıl porta birləşdirilən qurğu 

CON – giriş üçün - klaviatura, çıxış üçün - ekran  

NUL – “boş” qurğu 

Fayllar üzərində yerinə yetirilən əsas əməliyyatlar aşağıdakılardır:  



Faylların icrası – bu əməliyyat proqramlar üçün istifadə olunur

Faylın  açılması  –  bu  əməliyyat  əsasən  sənədlərə  (mətn,  şəkil,  cədvəl  və  s.) 

baxmaq  üçündür.  Bu  əməliyyatı  kontekst  menyudan  Open  (Открыть)  əmrini 

seçməklə,  faylın  üzərində  mausun  sol  düyməsini  1  dəfə  vurub,  Enter  düyməsini 

vurmaqla və ya mausun düyməsini iki dəfə sıxmaqla yerinə yetirmək olar.  



Faylın adının dəyişdirilməsi – bu əməliyyat faylın adının dəyişdirilməsi üçündür. 

Bunun üçün kontekst menyudan Rename (Переименовать) əmrini yerinə yetirib 

yeni adı klaviaturadan daxil etməliyik. Faylın adını dəyişdirmək üçün onun adının 

üzərində fasilə ilə iki dəfə mausla vurmaq, ya da həmin faylı seçib, klaviaturadan 

F2 düyməsini vurmaq lazımdır. 

Faylın  yerinin  dəyişdirilməsi  –  Əgər  biz  faylın  surətini  əvvəlki  qovluqda 

saxlamadan başqa bir yerdə saxlamaq istəyiriksə, onu həmin yerdən “kəsib” götürə 

bilərik: kontekst menyudan Cut (Вырезать) , (Ctrl+X) əmrini yerinə yetirdikdən 

sonra lazım olan yeri seçib, Paste (Вставить) , (Ctrl+V) əmrini yerinə yetiririk. 



Faylın  surətinin  çıxarılması  :  bu  əməliyyat  faylın  surətini  yaradıb  onu  başqa 

yerdə  yadda  saxlamaq  üçündür.  Bunun  üçün  həmin  faylı  qeyd  edib  kontekst 

menyudan Copy (Копировать) , (Ctrl+C)  əmrini yerinə yetirmək, sonra surətin 

yerləşəcəyi  qovluğu  və  ya  diski  açıb  kontekst  menyudan  Paste  (Вставить)  , 



(Ctrl+V) əmrini yerinə yetirmək lazımdır. 

Faylın ləğv edilməsi : bu əməliyyat lazımsız faylları silmək üçündür. Bunun üçün 

faylı qeyd edib, kontekst menyudan Delete (Удалить) , (Del) əmrini seçmək , və 

ya  klaviaturanın  Delete  düyməsini  sıxmaq  lazımdır.  Ləğv  edilmiş  fayllar  səbətə 

(Recycle  Bin,  Корзина  )  düşür.  Əgər  faylları  səbətə  göndərilmədən  ləğv  etmək 

lazımdırsa, Shift+Del kombinasiyasından istifadə edilməlidir.  



Faylı digər bir yerə göndərmək : faylı qeyd etdikdən sonra kontekst menyunun 

Send  To  (Отправить)  bölməsinin  əmrlərindən  birini  yerinə  yetirməklə  faylı 

elektron  poçtla  bir  ünvana  ,  “My  documents”  qovluğuna  ,  Flash  diskə  və  s. 

göndərmək olar.  

Faylı arxivləşdirmək və ya arxivdən çıxarmaqvə s. :  

Arxivləşdirmə  -  bir  və  ya  bir  neçə  faylın  sıxılmasıdır. Arxivləşdirmədən  faylların 

ehtiyat  nüsxəsinin  diskdə  saxlanması  üçün  istifadə  edilir.  Bunun  üçün  xüsusi 

xidməti proqramlardan  – arxivatorlardan istifadə edilir , bu proqram bir və ya bir 

neçə  faylın  yerinə  bir  arxiv  faylı  yaradır.  Arxiv  proqramının  əsas  xüsusiyyətləri 

aşağıdakılardır:  

 

Faylın sıxılma dərəcəsi (faylın ölçüsünün arxivləşmiş faylın ölçüsünə 



nisbəti) 

 



İşin sürəti 

 



Proqramın funksiyaları 

Əgər bir neçə faylı elektron poçtla göndərmək lazımdırsa, vaxta qənaət 

etmək üçün onları arxivləşdirmək olar. CD və ya DVD-də faylların ehtiyat 

nüsxələrini saxlayan zaman diskdə daha çox fayl yerləşdirmək üçün onları 

arxivləşdirmək lazımdır. Ən çox istifadə olunan arxivləşdirmə proqramlarına misal 


olaraq Winrar, Winzip Winarj göstərmək olar. Bu proqramlarla yaradılan 

sənədlərin genişlənmələri uyğun olaraq .rar, .zip, .arj – dir.  

Winrar proqramı aşağıdakı imkanlara malikdir:  

  Rar – arxivləri yaradır və onlardan faylları çıxarmaq mümkündür; 



 

Özüaçılan arxiv faylı yaradır. Bu zaman arxiv faylı .exe 



genişlənməsinə malik olur və adi proqram kimi yüklənir. 

  Çoxcildli arxivlər yaradır, bu isə bir neçə kiçik həcmli yaddaş 



vasitəsinə böyük ölçülü arxivin yerləşdirilməsinə imkan verir. 

  Arxivə parol vermək olar 



Faylı e-mail-lə göndərmək üçün onun ölçüsünü  95% -ə qədər azaltmaq 

mümkündür. Faylı arxivləşdirmək üçün onu qeyd edib, üzərində sağ düyməni 

vurub, açılan menyudan Send To – Zipped Folder (Сжатая zip папка) əmrini 

seçmək lazımdır.  

Faylın yaradılması və onda edilmiş dəyişikliklərin tarixi, tipi, ölçüsü, atributları 

haqqında məlumat əldə etmək üçün onu qeyd edib kontekst menyudan Properties 

(Свойства) əmrini yerinə yetirmək kifayətdir.  


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin