Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə4/4
tarix15.04.2020
ölçüsü0,63 Mb.
#30854
növüMühazirə
1   2   3   4
6 2-Windows


Web-portal – web-saytların toplusudur. Web-server verilənlər bölməsi olub

hər hansı təşkilat və şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün informasiyalarını 

Web-səhifə ilə əlaqəli çoxluq şəklində yerləşdirir. Saytın titul səhifəsindən istifadə 

edərək  göstərici  ilə  onun  müxtəlif  səhifələrinə  baxmaq  olar.  Web-sənədlərin 

formatı .htm, .html ola bilər.  

 

Web-saytlardan başqa  Wap-saytlar  da  mövcuddur. Bunlar  mobil  telefonda 



və ya hər hansı mobil qurğuda səhifələrin əks olunmasını təmin edir.  

 

Hosting  –  İnternetdə  informasiyanın  serverdə  fiziki  yerləşdirilməsi  üçün 

disk sahəsinin ayrılması xidmətidir. Server hər hansı təşkilata və ya şəxsə aid ola 



bilər. Adətən histing xidməti dedikdə saytın fayllarının serverdə saxlanılması başa 

düşülür.   

 Lazım  olan  informasiyanı  İnternetdən  almaq  üçün  ən  sadə  üsul  axtarılan 

resursun  ünvanını  göstərməkdir.  İnformasiyanı  İnternetdə  saxlamaq  üçün  URL 



(Uniform  Resource  Locator)  universal  ünvanlarından  istifadə  edilir.  URL  - 

ünvanı 2 hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu göstərir. 2-ci 

(sağ)  hissə  şəbəkənin  (uyğun  serverin  adı)  hansı  yerində  resursların  verildiyini 

bildirir: 



http://serverin adı/qovluq/fayl.html 

Ünvanın  sol  tərəfində    http://  müraciəti  göstərilir.  Bu,    HTTP  (Hyper  Text 



Transfer  Protocol)  –  hipermətnlərin  ötürmə  protokolu  kimi  oxunur.  Bu  tip 

əlaqələri istənilən WWW serverə müraciət edərkən göstərmək lazımdır.  

Bu gün insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur. Əslində 

WWW  İnternet  xidmətlərindən  biridir.  İnternetin  ilk  xidmətlərindən  fəqli  olaraq 

Web özündə mətn, təsvir, səs, videoklip, animasiya kimi multimedia elementlərini 

və  hətta  birbaşa  efirdə  xəbərlər  və  konsertlərin  yayımını  birləşdirir.  Web-

səhifələrdə  istifadə  edilən  təsvirlər  əsasən  .jpg  və  .gif  formatında  olur.  Web-

internetin  geniş  resurslarına,  şəkil,  musiqi  kliplərinə  və  filmlərə  müraciəti  təmin 

edir.  

Web-səhifələr əsasən hipermətnlərin yaradılma dili olan HTML (Hyper Text 



Markup  Language)  dilində  yığılır.  Bunun  üçün  html-in  kodlarını  (teqləri) 

Notepad proqramının pəncərəsində yığıb,  .htm və ya . html genişlənməsi ilə yadda 

saxlamaq  lazımdır.  Bu  halda  həmin  faylı  brauzer  vasitəsilə  açdıqda  ekranda 

yaratdığımız Web-səhifə görünəcək. Word proqramının köməyi ilə də yeni Web-

səhifə  yaratmaq  olar.  Bunun  üçün  File/Save  as  Web  Page  (Файл/Сохранить  как 

веб  страницу)  əmrini  yerinə  yetirmək  lazımdır.  Dinamik,  daha  gözəl  dizayna, 

əlavə  effektlərin  olduğu  saytların  təşkili  üçün  dhtml,  java,  javascript,  vbscript, 

actionscript və s. kimi proqramlaşdırma dillərindən istifadə edilir. 

Web-səhifələrin  təşkili  üçün  hazır  redaktorlar  da  var.  Bunlara  misal  olaraq 

Flash, Microsoft Frontpage, DreamWeaver və s. proqramları göstərmək olar.  



Hipermətn  (hypertext)  –  Daxilində  özünün  başqa  hissəsinə  və  ya  ayrı  bir 

mətnə keçmək üçün nişanlar olan struktur mətndir. İstənilən növ sənəd hipermətn 

ola  bilər.  Hipermətnlərdə  hər  hansı  bir  söz  ilə  digər  bir  informasiya  mənbəyi 

arasında əlaqə (hipermüraciət) yaradıla bilər.  



Hipermüraciət  (hyperlink)  –  İnternetin  müxtəlif  resursları  arasında 

müraciətdir. Hipermüraciətlər elektron sənəddə seçilirlər (digər rənglə (əsasən göy) 

,  qalın  şriftlə  və  s.  ).  İstifadəçi kursoru  həmin  sözün  üzərinə gətirdikdə kursor  əl 

formasına  çevrilir.  Bu  zaman  mausun  sol  düyməsini  sıxdıqda  ,  istifadəçi 

hipermətnə  müraciət  edir,  həmin  sözlə  əlaqədar  informasiya  olan  digər  səhifəyə 

keçir.  Hipermedia  –  hipermətnin  geniş  imkanlı  formasıdır.  Hipermedia  sənədi 

qrafika,  foto,  audio  və  video  yazılar  ilə  canlandırır.  Əlbəttə  ki,  hər  hansı  bir  şəxs 

tarixi  abidə  , elmi  əsər  və  s. haqqında  Web-səhifə  yaratdıqda  onun  istifadə  etdiyi 

qrafika, şəkil, musiqi həmin sənədi daha effektiv edir.  

Ana  səhifə  (Homepage)  –  Web-də  işləmək  üçün  başlanğıc  interfeysdir. 

Orada fayllara, sənədlərə və digər resurslara müraciət yerləşir.  



Çat  xidmətləri:    Dünyanın  ayrı–ayrı    yerlərindəki  insanlar  öz  aralarında  ən 

müxtəlif  mövzularda  söhbətləşir.  Bunun  üçün  onlar  çat  otaqlarından  istifadə  edir. 

Windows Live Messenger, İCQ, Skype, Google talk kimi proqramlar imkan verir 

ki , göndərilən məlumatlar ani olaraq istifadəçinin eranına çıxsın.  



Telnet, FTP, Gopher, WAİS- kimi sistemlər mövcuddur.  

Telnet  –  İnternet  şəbəkəsinə  qoşulan  digər  kompüterlə  daxil  olmaq  üçün 

istifadə  olunur.  TELNET  kompüterlərin  klaviaturası  arxasında  əyləşib  uzaq 

məsafədə  şəbəkə  sistemlərinə  (əgər  uzaq  məsafədəki  kompüterlərin  parolu 

məlumdursa)  və  ya  kitabxana  kataloqları  və  müxtəlif  növ  verilənlər  bazası  daxil 

olmaqla açıq serverlərə müraciət etməyə imkan verir.  

FTP (File Transfer Protocol) – İnternetdə faylların bir kompüterdən digərinə 

ötürülməsini  təmin  edir.  Bu  fayllar  sənəd  ,  fotoşəkil  ,  proqram  təminatı  ola  bilər. 

Fayl-serverin ünvanı ftp:// ilə başlayır. Dialoq pəncərəsi qarşısında DIR yazılanlar 

kataloqlar, file yazılanlar isə fayllardır. Kataloqlar üzərində mausun sol düyməsini 

basdıqda  alt  kataloq,  mətn  tipli  faylın  üzərində  basdıqda  isə  onun  məzmunu  üzə 

çıxır.  


USENET  –  sistemi  (telekonfrans)  informasiya  mübadiləsində  ümumi 

maraqları  olan  insanları  telekonfrans  vasitəsilə  birləşdirir.  Lakin  burada  elektron 

poçtunun əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi yeniliklərin oxunması xüsusi 

əlavəsindən də istifadə olunur.  



Gopher  –  sənədlərin  axtarışı  və  ötürülməsi  üçün  istifadə  edilən  şəbəkə 

protokoludur. Burada ünvan gopher:// sözü ilə başlayır. Gopher sistemi şəkilsiz və 

hipermətnsiz WWW -yə oxşayır. WWW-dən əvvəl bu sistem istifadə edilmişdir.  


Web-sənədlərə baxış proqramları: bu proqramlar brauzer adlanır. Brauzer - 

xüsusi  müştəri  proqramı  olub,  Web  qovşaqlarda  yerləşən  informasiyaları  və 

HTML  sənədlərini  göstərmək  üçün  nəzərdə  tutulub.  İlk  brauzer  1993-cü  ildə 

yaradılmış Mozaic proqramı hesab olunur. 1995-ci ildə Microsoft İnternet Explorer 

meydana çıxdı. Tanınmış brazuserlər işərisində Google Chrome, Mozilla, Opera və 

s. misal göstərmək olar. Brauzer Web sənədlərin əsas formatı olan HTML (Hyper 

Text  Markup  Language)  kodunun  dinamik  işlənməsi  və  Web-səhifənin 

göstərilməsini təmin edir. 



Axtarış  sistemləri  :  İnternetdə  müxtəlif  mövzularda  informasiyalar 

yerləşdirilir.  Lakin  lazımi  informasiyanın  axtarılıb  tapılması  elə  də  asan  proses 

deyil.  Buna  görə  də  İnternetdə  lazımi  informasiyanın  əldə  olunmasının 

asanlaşdırılması  üçün  axtarış  sistemlərindən  istifadə  edilir.  Bu  axtarış  sistemləri 

güclü və geniş əlaqə kanallarına malik kompüterlərdə yerləşdirilir.  

      Axtarış sistemlərindən aşağıdakıları göstərə bilərik :  

  http://www.google.az 



  http://www.rambler.ru 

  http://www.yahoo.com 



  http://www.yandex.ru 

  http://www.bing.com 



  İstifadəçi  İnternetdə  hər  hansı  bir  informasiyanı  axtarırsa  axtarış 

sistemlərində açar sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz və ya ifadə 

üzrə  icra  olunur.  Axtarış  zamanı  sistem  hər  Web-səhifədə  rast  gəldiyi  açar 

sözlərinin  sayını  qeydə  alır.  Və  nəhayət  ekrana  sizin  verdiyiniz  şərtlərə  daha  çox 

üyğun olan qovşaqların siyahısı çıxarılır.  

İnternet  ticarət:  bu  xidmət  vasitəsilə  online  rejimində  İnternet  vasitəsi  ilə 

müştərilərdən mal və xidmətlər üzrə sifarişlər qəbul edilir. Bu xüsusi saytda mal və 

xidmətlər  üçün  ödənişlər  elektron  ödəmə  sistemi  vasitəsi  ilə  həyata  keçirilir.  Hər 

bir  mal  və  ya  xidmətin  əsas  xüsusiyyətləri  bir  çox  hallarda  isə  fotoşəkli  ilə 

müşayiət  olunur.  Bir  çox  hallarda  sifariş  telefon,  İCQ,  elektron  poçtu  və  s.  –lə 

qəbul edilir.  

          Əgər indiyə qədər deyilənlər ümumdünya hörümçək torundakı (World Wide 

Web)  qlobal  Internet-ə  aid  idisə,  qeyd  etmək  lazımdır  ki,  TCP/IP  protokolları  ilə 

lokal korporativ şəbəkə də qurmaq olar. Bu şəbəkədə də İnterneti-də olduğu kimi 

HTML  səhifələri, istinadlar,  URL  ünvanları, Web-saytlar  yerləşdirmək  olar  və  bu 

şəbəkənin  Internet  şəbəkəsinə  qoşulmağı  o  qədər  də  vacib  deyil.  Belə  şəbəkə 

Intranet  (İntraşəbəkə)  adlanır  . Internet-dən  fərqi ondan  ibarətdir ki, xaricdən bu 


şəbəkəyə  müraciət  mümkün  deyil.  İntranetin  köməyi  ilə  informasiya  mübadiləsi 

təşkilat daxilində aparılır ki, bu da həm vaxta, həm də pula qənaət deməkdir. 

 

Nəzarət sualları: 

 

1. Əməliyyat sistemləri nə üçün istifadə olunur? 

2. Bütün informasiya kompüterdə nə formada saxlanılır? 

3. Hansı faylların yerləşmə cədvəli informasiyanın təhlükəsizliliyini daha    

    yaxşı təmin edir? 

4. İş masasının alt tərəfindəki sətir necə adlanır? 

5. Kompüterin diskinin, qovluğunun və ya fayllarının lokal şəbəkədə ümumi    

    istifadəsini təmin etmək üçün hansı əmri yerinə yetirmək lazımdır? 

6. Mausun sağ düyməsini basdıqda açılan menyuya nə deyilir? 

7. Kompüterin işinin sazlanması hansı bölmənin əmrləri vasitəsilə həyata  

    keçirilir? 

8. Sistem yükləndikdən sonra alınan ekran təsvirinə nə deyilir?   

9. Əməliyyat sistemində hansı proqram diskin fayl strukturunu yoxlayaraq, bu  

    və ya digər səbəbdən baş verən pozuntuları aradan qaldırır? 

10. İdarəetmə panelində hansı nişanın dialoq pəncərəsi yeni proqramların  

      yüklənməsi və yüklənmiş olan proqramların silinməsini mümkün edir? 

11. Xidməti proqramlar hansılardır? 

12. Kompüter virusları əsasən hansı proqramda yazılır? 

13. Web-sənədlərə baxış proqramları hansılardır? 

14. Domen adları necə təsnif olunur?   

15. İnternetdə daxilində özünün başqa hissəsinə və ya ayrı bir mətnə keçmək    

      üçün nişanlar olan struktur mətn necə adlanır?

 

 

Müstəqil öyrənmə üçün tapşırıqlar: 



 

1. Əməliyyat sisteminin yüklənmə etapları hansılardır? 

2. Əməliyyat sisteminin arxivləşdirilməsi necə həyata keçirilir? 

3. Hansı nişanın dialoq pəncərəsi vasitəsilə kompüterin aparat təminatı ,   

     əməliyyat sisteminin versiyası haqqında məlumat, qurğuların drayverləri,    

     sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişmək mümükündür? 

4. Outlook proqramı necə qurulur? 

5. Hosting xidməti necə təşkil olunur?  



 

Ədəbiyyat: 

 

1.  Abbasov  Əli,  Əlizadə  Mətləb,  Seyidzadə  Etibar,  Musayev  İsa.  İnformatika 



və kompüterləşmənin əsasları . Bakı , 2012 

2.  Əhmədov  M.,  Mahmudova  A,  Əlizadə  A.,  Musayev  İ.  Windows  7.    Baki  , 

2013.  


3.  Ə.  Mətləb,  Ə.  Nuran.  Windows    7  və  Office  2012  .  Bunları  noutbookda   

öyrənməyə nə varki. Bakı , 2012   

4.  Qurbanov İsabala, Qurbanov Azad , Abdullayeva Rəhilə . İnformatika. Bakı 

, 2012  


5.  Зелинский  Сергей.  Самоучитель  работы  на  компьютере  в  вопросах  и 

ответах.  Харков  , 2013 



6.   Таненбаум Э. Архитектура компьютера   Питер , 2003  

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin