Mühazirə, nümayiş, sual-cavab, müzakirə, beyin hücumu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix15.04.2020
ölçüsü0,63 Mb.
#30854
növüMühazirə
1   2   3   4
6 2-Windows


Qovluq : Windows əməliyyat sisteminin əsas obyektlərindən biridir. Qovluq 

vasitəsilə sənədlərin nizamlanması yerinə yetirilir. Fayl kimi qovluğa da eyni 

qaydada adlar verilə bilər, lakin MS-DOS mühitində qısa adlardan istifadə 

edilməlidir. Faylların üzərində yerinə yetirilən əməliyyatlar qovluqlar üçün də 

eynidir.  

 

Hır  hansı  bir  obyekti  daha  asan  və  qısa  yolla  açmaq  üçün  onun  nişanını 



(yarlıkını)  yaratmaq  olar,  yarlıkı  istənilən  qovluqda,  o  cümlədən  iş  masasının 

üzərində yarada bilərik. Obyektlə yarlıkın fərqi ondadır ki , yarlıkın işarəsinin sol 

aşağı küncündə ox işarəsi olur. 

Qovluğun (faylın)  işçi stola  yarlıkını  yaratmaq  istəyiriksə,  onu qeyd  edib  siçanın 

sağ düyməsini sıxıb açılmış kontekst menyunun Send to (Отправить) – Desktop 

(Create  Shorcut),  Рабо

́ чий  стол  (Создать  ярлык)  əmrini  yerinə  yetirməliyik 

(və  ya  ctrl+shift+mausla  obyekti  çəkməklə  yaratmaq  olar.  Yeni  yarlık  yaratmaq 

üçün aşağıdakı ardıcıllığı da yerinə yetirmək olar:  

1.  Maus-un  sağ  düyməsini  vurmaqla  açılan  kontekst  menyudan  New  – 

(Создать) – Shortcut (Ярлык) əmrini seçirik, bu zaman Create Shortcut 

(Создание ярлыка) başlıqlı pəncərə açılacaq.  

2.  Type  the  location  of  the  item  (Укажите  размещении  объекта)  yerinə 

obyektin  (qovluğun  ,  faylın,  proqramın)  adını  yazmaq  da  olar,  ya  da 



browse...(  обзор)  düyməsini  vurmaqla  açılan  pəncərədə  bələdçinin 

köməyilə yarlıkını yaratmaq istədiyimiz obyekti seçib, ok düyməsini vurmaq 

lazımdır.  



3.  Next (Далее) düyməsini vurub , açılan pəncərədə yarlıkın adını qeyd edib , 

Finish (Готова) , əmrini veririk.  Faylın qısayolunu (shorcut) sildikdə ancaq 

qısayol silinir, fayl silinmir. 

Disk haqqında informasiya əldə etmək üçün əvvəlcə sol paneldə My computer 

qovluğunu açıb sağ paneldə kompüterin disklərindən tələb olunanı qeyd edir və 

mausun  sağ  düyməsini  sıxırlar.  Açılmış  menyu  pəncərəsində  Properties 

(Свойства) əmrini yerinə yetirirlər. Açılmış pəncərədə diaqram şəklində diskin 

ümumi tutumu və onun nə qədər informasiya ilə dolu olduğu əks olunur. Diski 

formatlaşdırmaq  tələb  olunursa,  My  computer  qovluğunu  açıb  paneldə 

kompüterin disklərindən tələb olunanı qeyd edir və kontekst menyunun Format 

komandasını  yerinə  yetirib,  açılmış  pəncərədə  formatlaşmanın  növünü 

göstərmək lazımdır.  

 

Kompüterin  diskinin,  qovluğunun  və  ya  fayllarının  lokal  şəbəkədə  ümumi 



istifadəsini  təmin  etmək  üçün  onları  qeyd  edib  kontekst  menyudan  Sharing 

and  security  (Общий  доступ  и  безопасность)  əmrini  yerinə  yetirmək 

lazımdır.  



Verilənlərin  mübadiləri:  Verilənlərin  mübadiləsi  dedikdə,  verilənlərin  bir 

obyektdən  digər  obyektə  ötürülməsi  başa  düşülür.  Windows  mühitində 



verilənlərin  mübadiləsi  ya  mübadilə  buferi  vasitəsilə  ,  ya  da  qeyd  edilmiş 

obyekti  maus  vasitəsilə  çəkməklə  həyata  keçirilir.  Bufer  vasitəsilə  verilənlərin 

mübadiləsi  standart  əmrlərin  –  Cut  (Вырезать),  Copy  (Копировать)  və  Paste 

(Вставить)  köməyi  ilə  həyata  keçirilir.  Xüsusi  yerləşdirmə  -  Paste  Special 

(Специальная  вставка)  əmri  verilənlərin  ötürüldüyü  formatı  seçməyə  imkan 

verir.  


Mürəkkəb  sənəd  anlayışı  :  sənədi  təşkil  edən  zaman  ,  digər  proqram 

mühitlərində  yaradılmış  sənədlərdən  müəyyən  fraqmenti  həmin  sənədə  daxil 

etmək lazım gəlir. Məsələn, Word – mətn redaktorunda yaradılmış mətnə Paint 

qrafiki  redaktorunda  çəkiliş  hər  hansl  bir  şəkli  ,  ya  da  Excel  cədvəl 

prosessorunda yaradılmış hər hansı bir cədvəli daxil etmək olar. Bu cür sənədə 

mürəkkəb sənəd və ya inteqrasiya olunmuş sənəd deyilir.  

 

NTFS  Faylların  yerləşmə  cədvəli  informasiyanın  təhlükəsizliliyini  daha 



yaxşı təmin edir.  

 

Windows əməliyyat sistemi verilənlərin ele bir mübadilə mexanizmini təmin 

edir  ki,  bunun  vasitəsilə  istənilən  tətbiqi  proqram  öz  sənədi  daxilinə  praktiki 

olaraq  istənilən  verilənləri,  hətta  işləyə  bilməyəcəyi  verilənləri  də  daxi  edə 

bilər.  Bu  universal  mexanizm  OLE  (Object  Linking  and  Embedding  – 

Obyektlərin  əlaqələndirilməsi  və  yerləşdirilməsi  )  texnologiyası  əsasında 

təmin  olunur. Bu  zaman  sənədə  daxil  edilən obyekt  OLE-server, sənədin  özü 



isə  OLE-klient  adlanır.  OLE-serverlərin  siyahısına  baxmaq  üçün  İnsert 

(Вставка) menyusunun Object (Объект) əmrini yerinə yetirmək kifayətdir.  

 

Ole texnologiyasında verilənlərin mübadiləsi 2 variantda həyata keçirilir: 



  obyektin  yerləşdirilməsi  –  bu  halda  obyekt  qəbuledici-sənəddə 

yerləşdirilir 

  obyektin  əlaqələndirilməsi  –  bu  halda  qəbuledici-sənəddə  obyektin  özü 



yox, mənbə-sənədə olan istinad daxil edilir.  

  obyektin  daxil  edilməsi  –  obyekt  daxil  edilən  zaman  qəbuledici-sənədə 



obyekt  özü  daxil  edilir.  Bu  halda  obyektlə  onun  surəti  arasında  heç  bir 

əlaqə  yaradılmır.  Bu  əməliyyatı  Paste  (Вставить)  ilə  bərabər  ,  Paste 

Special  (Специальная  вставка)  əmrinin  vasitəsilə  də  yerinə  yetirmək 

mümkündür.  

Obyekti sənədə aşağıdakı üsullarla daxil etmək olar: 

 



açıq  sənəddən  (Paste  (Вставить)  və  ya  Paste  Special  (Специальная 

вставка) əmrləri vasitəsilə) ; 

 

fayldan (faylın daxil edilməsi və faylın xaric edilməsi xüsusi əmrləri 



vasitəsilə) ; 

  bilavasitə  OLE-serveri  çağırmaqla  (İnsert  (Вставка)  –  Object 



(Объект)). 

Maus  vasitəsilə  verilənlərin  mübadiləsi:  Bir  çox  tətbiqi  proqramlarda 

verilənlərin mübadiləsi maus vasitəsilə də yerinə yetirilə bilər. Bu üsulla həm surət 

çıxarmaq,  həm  də  obyektin  yerini  dəyişdirmək  mümkündür.  Yerdəyişmə 

əməliyyatı dedikdə, mausun sol düyməsini basılı saxlayaraq , obyekti çəkib lazım 

olan  yerə  aparmaq  başa  düşülür.  Surət  çıxarmaq  əməliyyatı  isə  Ctrl  düyməsini 

basılı  saxlayaraq  yerdəyişmə  əməliyyatı  kimi  həyata  keçirilir.  Bu  texnologiya 



Drag and Drop da adlanır.  

Windows əməliyyat sistemi ilə iş : 

 

Sistemi  yükləmək  üçün  sistem  blokdan  Power  düyməsini  basmaq  lazımdır. 

Kompüter  sönülü  olduqda  Windows  əməliyyat  sistemi  Sərt  diskdə  (HDD) 

saxlanılır  Adından  da  göründüyü  kimi  Windows  sistemində  işləyən  bütün 

proqramlar,  qovluqlar,  sənədlər  və  s.  pəncərə  şəklində  açılır.  Hər  bir  pəncərənin 

yuxarı sağ küncündə aşağıdakı işarələr vardır: 

   Pəncərəni ekranın aşağı hissəsinə qoyur 

   Pəncərəni ekran boyu böyüdüb-kiçildir 



   Pəncərəni bağlamaq üçün istifadə olunur (Alt+F4). 

 

Windows normal yüklənmirsə əvvəlcə "Last good configure mode" rejimini 



seçmək lazımdır.  

 

Pəncərənin 4 növü vardır: 



1.  Qovluq pəncərəsi – bu pəncərədə qovluqlar və fayllar ıks olunur 

2.  Proqram  pəncərəsi  –  bu  pəncərə  də  öz  görünüşünə  görə  qovluq 

pəncərəsindən  az  fərqlənir.  Hər  iki  pəncərə  sərlövhə  sətrinə,  standart 

menyu  sətrinə  alətlər  panelinə  və  cari  vəziyyətlər  sətrinə  malikdir. 

Pəncərənin  ümumi  görünüşü  Görünüş  (View  -  Вид)  menyusu  ilə 

tənzimlənir.  

3.  Dialoq  pəncərəsi  -  əməliyyat  sisteminin  bu  və  ya  digər  parametrlərinin 

dəyişdirilməsini və ya əlavə edilməsini , istifadəçi ilə dialoqu xəbərdarlıq 

funksiyalarını yerinə yetirir.  

4.  Məlumat pəncərəsi – yardımçı məlumatlar almağa xidmət edir. 

İş  masasının  alt  tərəfindəki  sətir  Tapşırıqlar  sətri  (Taskbar,  Панель 

задач) adlanır. Tapşırıqlar sətrində aşağıdakılar yerləşir : 

 



Sistemin Baş menyusunu açmaq üçün nəzərdə tutulmuş Start (Пуск) 

düyməsi 


  Hal-hazırda iş üçün açılmış sənədlərin , qovluqların və s. nişanları 

 

Əlavə informasiya (saat, dil, səs və s. göstəriciləri). 



Əsas qovluqların adlarını qeyd edək: 

 



İş masası (Desktop, Рабо́чий стол ) 

  Mənim kompüterim (My computer, Мой компьютер)  



  Məntiqi disklər (3.5 Floppy A:, Local Disk C:, Local Disk D:, ...;) Bu 

disklərlə işləmək üçün My computer qovluğunu açmaq lazımdır).  

Sistem  yükləndikdən  sonra  alınan  ekran  təsvirinə  işçi  stol  (Desktop,  Рабо

́ чий 

стол)  deyilir.  Adətən  standart  olaraq  işçi  stolun  üzərində  aşağıdakı  nişanlar 



yerləşir: 

1.  Mənim kompüterim (My computer, Мой компьютер) 

2.  Zibil qutusu (Recycle Bin, Корзина)  

3.  Şəbəkə  göstəricisi  (My  network  places,  Сетевое  окружение).  

Şəbəkədə olan kompüterlər bu obyektdə yerləşir.  


4.  Mənim  sənədlərim  (My  documents,  Мои  документы).  Kompüterdə 

yaradılan  istifadəçi sənədləri bu qovluğa yazılır. 

 

5.  İnternet Explorer 



İşçi  stol  2  idarəedici  elementlə  :  Başla  (Start  (Пуск))  düyməsinə  və  Məsələlər 

paneline  (Taskbar,  Панель  задач)  malikdir.  Başla  düyməsini  sıxdıqda  sistemin 

Baş (Əsas) menyusuna daxil ola bilərik. Baş menyu - əməliyyat sisteminin bütün 

imkanlarından  istifadə  etməyə  imkan  verən  əmrlər  siyahısından  ibarətdir. 

Aşağıdakı  cədvəldə  baş  menyunun  əmrlərinin  siyahısı  və  funksiyaları  öz  əksini 

tapmışdır: 

 

Proqram  disklə  ,  qovluqlarla  və  fayllarla  işi  təmin  edir.  Qovluq  yaratmaq 



üçün  onun  yerləşəcəyi  diski  və  ya  qovluğu  açırıq.  Sonra  mausun  sağ  düyməsini 

basırıq.  Bu  zaman  açılan  menyuya  kontekst  menyu  deyilir.  Açılan  menyudan 



New (Создать) – Folder (Папку)  əmrini yerinə yetirib, sonra qovluğa ad verib 

Enter düyməsini basırıq. 

 

Əgər hər hansı bir sənədi və ya qovluğu kompüterdə axtarmaq istəyiriksə , 



aşağıdakı əmrləri yerinə yetirməliyik: Start (Пуск) – Search (Найти) – For Files 

And  Folders  (Файл  и  папки).  Açılan  pəncərədə  axtardığımız  faylın  adını  və 

axtarış üçün lazım olan parametrləri qeyd edib, Search (Найти) əmrini veririk. 

 

Əmrlər 

Funksiyaları 

Proqramlar (Programs, Программы) 

Proqramlar  siyahısından bu və ya digər 

proqramı yükləyə bilərik 

Sənədlər (Documents, Документы) 

İstifadə  edilmiş  axırıncı  15  sənədin 

siyahısından  bu  və  ya  digər  sənədi  aça 

bilərik 


Axtarış (Search, Найти) 

Qovluğu, 

faylı, 

elektron 



poçt 

məlumatını, 

şəbəkəyə 

qoşulmuş 

kompüteri axtarıb tapmağa imkan verir 

Sazlama (Settings, Настройка) 

Kompüteri 

öz 


zövqümüzə 

və 


tələbatımıza  görə  sazlamaq  imkanı 

yaradır 


Arayış (Help, Справка) 

Windovs 


əməliyyat  sisteminin  iş 

prinsipi  haqqında  məlumat  almağa 

imkan verir 

Yerinə yetirmək (Run, Выполнить) 

Adı ilə proqramı yükləmək, sənədi və ya 

qovluğu açmağa imkan verir 



İşi bitirmək (Shut Down , Выключить 

компьютер) 

Kompüteri  söndürmək  və  ya  yenidən 

yükləməyə imkan verir 



 

Kompüterin  işinin  sazlanması  :    Baş  menyunun    (Start  (Пуск)    Sazlama 

(Settings,  Настройки)  bölməsinin  əmrləri  vasitəsilə  həyata  keçirilir.  Sazlama 

bölməsinin İdarəetmə paneli (Control Panel , Панель управления) qovluğunu 

açdıqda qovluğun işçi sahəsində kompüterin qurğularının və əməliyyat sisteminin 

bir  sıra  parametrlərini  öz  zövqümüzə  və  tələbatımıza  uyğun  sazlamağa  imkan 

verən  nişanların  yerləşdiyini  görərik.  Bu  nişanların  sayı  kompüterin 

konfiqurasiyasından,  ona  qoşulmuş  qurğularının  sayından  və  proqram 

təminatından  asılıdır.  Kompüterdə  dili,  ekran  parametrlərini  dəyişmək  üçün  bu 

qovluqdan istifadə olunur.Onlardan bir neçəsi ilə tanış olaq: 



Tarix  və  vaxt  (Date  and  time,  Дата  и  время)  –  Bu  bölmə  cari  tarixi  və  vaxtı 

göstərir. Müəyyən dəyişikliklər tələb olunursa, müvafiq ay və il siyahıdan keçirilir, 

gün isə kursoru təqvim çərçivəsində müvafiq ədədi seçməklə müəyyən edilir. Vaxtı 

isə,  kursoru  vaxt  göstəricisi  sətrinin  üzərinə  qoyub,  cari  vaxtı  klaviaturadan 

müəyyən olunmuş formata uyğun daxil etməklə dəyişmək olar.  

Klaviatura  (Keyboard,Клавиатура)  –  vasitəsilə  klaviatura  dəyişdiricisinə 

mənimsədilən düymələri  tənzimləmək,  yeni  dil  əlavə etmək  və s. mümkündür.  



Siçan (Mouse, мышь) – bir neçə bölmədən ibarət dialoq pəncərəsi açır və siçan 

qurğusunun (manipulyator) müxtəlif iş rejimini tənzimləməyə imkan verir.  



Sistem  (System,  Система)  –  nişanının  dialoq  pəncərəsi  kompüterin  aparat 

təminatı , əməliyyat sisteminin versiyası haqqında məlumat, qurğuların drayverləri, 

sistem ehtiyatlarının və virtual yaddaşın ölçüsünü dəyişməyə imkan verir. 

Proqramların 

yüklənməsi 

və 

silinməsi 

(Add/Remove 

Programs, 

Добавить/Удалить  Программы)  –  nişanının  dialoq  pəncərəsi  yeni 

proqramların  yüklənməsi  və  yüklənmiş  olan  proqramların  silinməsini  mümkün 

edir.  

Yeni qurğuların qoşulması (Add New Hardware, Установка оборудования) 

–  nişanının  dialoq  pəncərəsindəki  təlimat  əsasında  kompüterə  qoşulmuş  əlavə 

qurğuların proqram təminatını yükləmək olar. 



Monitor  (Display,  Экран)  –  nişanının  dialoq  pəncərəsi  aşağıdakı  funksiyaları 

tənzimləyən  bölmələrdən  ibarətdir:  Fon  (Background,  Фон).  Bu  bölmədə  işçi 

stolun  üzərindəki  şəkli  zövqümüzə  görə  dəyişə  bilərik.  Ekran  qoruyucusu 

(Screensaver,  Заставка)  –  Bu  bölmədə  siyahıda  ekran  qoruyucusunun  adını, 


işləməsi  üçün  Vaxt  intervalını  (Wate,  Интервал)  ,  monitorun  enerjiyə  qənaət 

funksiyalarını  və  s.  müəyyən  etməyə  imkan  verir.  Baxış  (Preview,  Просмотр

düyməsi  seçilmiş  ekran  qoruyucusuna  tanışlıq  məqsədilə  baxışı  təmin  edir. 

Parametrlər (Settings, Параметры) düyməsini sıxmaqla ekran qoruyucusu kimi 

istifadə olunan şəkli və ya mətnin hərəkət sürətini , rəngini tənzimləmək olar.  

Kompüterdə  yüklənmiş  şriftlərə  baxmaq  üçün  Şriftlər  (Fonts,  Шрифты) 

qovluğunu açmaq lazımdır. Açılmış pəncərədə istədiyimiz şriftin üzərində iki dəfə 

mausun sol düyməsini vurmaqla onun formasına baxa bilərik. Yeni şrift yükləmək 

üçün  Fayl  (File,  Файл)  menyusuna  girib  ,  Yeni  şrift  yükləmək  (İnstall  New 



Font,  Установить новый  шрифт)  yerinə  yetirmək  kifayətdir.  Açılmış  növbəti 

pəncərədə  şriftin  yerləşdiyi  diski  və  ya  qovluğu  göstərib  OK  düyməsini  sıxmaq 

lazımdır.  

Xidməti proqramlar :  

Kompüter  qurğularının  və  əməliyyat  sisteminin  optimal  iş  rejimini  təmin 

etmək üçün aşağıdakı xidməti proqramlardan istifadə olunur:  

Diskin  yoxlanılması  (Scandisk,  Проверка  диска)  –  Bu  proqram  diskin  fayl 

strukturunu  yoxlayaraq,  bu  və  ya  digər  səbəbdən  baş  verən  pozuntuları  aradan 

qaldırır.  Bunun  üçün  proqramı  yükləyib  (My  computer  pəncərəsini  açıb 

yoxlanılacaq diski seçirik və üzərində sağ düyməni vurub açılan menyudan Scan... 

əmrini veririk), açılmış pəncərədə yoxlanılacaq diskin adını seçib Start düyməsini 

sıxmaq lazımdır.  



Diskin  defraqmentləşməsi  (Disk  Defragmenter,  Дефрагментация  диска)  – 

Proqram    diskinin  müxtəlif klasterlərində ayrı-  ayrı  fraqmentlər  şəklində  yazılmış 

faylları  tam  şəklə  gətirir.  Bunun  nəticəsində  faylın  diskdən  oxunması  sürətlənir. 

Proqram yükləndikdən sonra Defragment düyməsi sıxılır.  



Verilənlərin  arxivləşdirilməsi  (Backup,  Архивация  данных)  –  Diskdəki 

informasiyanın  ehtiyat  nüsxəsinin  saxlanması  məqsədilə  sıxılması  üçün  istifadə 

edilir.  

Diskin  təmizlənməsi  (Disk  Cleanup,  Очистка  диска)  –  Lazımsız  faylların 

pozulmasına xidmət edir. 



Sistem  haqqında  məlumat  (System  İnformation)  –  Sistem  fayllarının 

vəziyyətini təhlil edir və yeri gəldikdə onları bərpa edir. 



Təyin  olunmuş  tapşırıqlar  (Sheduled  Tasks,  Назначенные  задания)  – 

Avtomatik  yerinə  yetirilən  xidməti  proqramların  siyahısına  baxmağa,  yerinə 

yetirilmə vaxtını dəyişməyə və yeni tapşırıq müəyyənləşdirməyə xidmət edir.  

 

Kompüter virusları və antivirus vasitələri:  

  «Kompüter  virusu»  termini  1984-cü  ildə  ABŞ-da  keçirilən  informasiya 

təhlükəsizliyi  üzrə  7-ci  konfransda  Fred  Koen  tərəfindən  işlədilmişdi.  Kompüter 

virusu  -  elə  proqramdır  ki,  özünü  təxminən  bioloji  virus  kimi  aparır:  çoxalır, 

maskalanır və ziyanlı təsirlər göstərir (əməliyyatlar yerinə yetirir).  

Virusu  olan  proqramlar  yoluxmuş  proqramlar  adlanırlar.  Bu  proqramlar 

işləməyə  başlayan  kimi,  əvvəlcə  virusu  idarəedən  proqramlara  ötürür,  sonra  isə 

virus başqa proqramları tapıb yoluxdurur və çox ziyan verən ( məsələn: faylları və 

onların yerləşdiyi cədvəlləri, operativ yaddaşda olan informasiyaları sıradan çıxarır 

)  əməliyyatlar  yerinə  yetirir.Virus,  ona  lazım  olan  əməliyyatı  aparandan  sonra 

idarəetməni  yerləşdiyi  (  sıradan  çıxarmaq  istədiyi  )  proqrama  verir  və  həmin 

proqram adi qaydada işləyir və ilk baxışdan onun virusla yoluxması hiss olunmur. 

Kompüterdə  çox  sayda  proqramları  sıradan  çıxarmayınca,  virusun  varlığı 

hiss olunmaya bilər. Lakin  o kompüterdə  uzun müddət qalarsa orada qəribə, aydın 

olmayan vəziyyətlər  əmələ gətirər. Məsələn: 

1.  Bəzi proqramlar ya ümumiyyətlə işləmir və ya səhv işləməyə başlayır; 

2.  Ekranda  başa  düşülməyən  məlumatlar  və  simvollar  görünməyə 

başlayır; 

3.  Kompüterdə  işləmək  vaxt  etibarı  ilə  çox  çətinləşir,  yəni  maşın  ləng 

işləyir. 

4.  Bəzi fayllar sıradan çıxır və s.  

Hər gün  yeni növ viruslar meydana çıxır. Virusların miqdarı həndəsi silsilə 

üzrə  artır.  Bunu  statistika  və  real  həyat  təsdiq  edir.  1990-cı  ildə  təxminən  500 

virus,  1992-ci  ildə  -  3 000,  1994-cü  ildə  -  5 000,  1996  –  9 000,  1999  –  30 000, 

2001  –  50 000,  2004-cü  ildə  112 000-dən  çox  virus  məlum  idi.  1999-cu  ildə  ilk 

dəfə dünya miqyasında virus epidemiyası yaranmışdı. Melissa virusu on minlərlə 

kompüteri yoluxdurmuş və 80 milyon dollar ziyan vurmuşdu. Bu insidentdən sonra 

dünyada  antivirus  proqramlara  böyük  tələb  yarandı.  2000-ci  ilin  mayında 

Melissanın rekordunu bir neçə saat ərzində milyonlarla kompüteri yoluxdurmuş I 

Love You! virusu təzələdi.  

Praktik  olaraq  virusla  "yoluxdurmaq"  mümkün  olmayan  fayl  növü 

qalmamışdır. Artıq mobil telefonları və proqram təminatından istifadə edən digər 

qurğuları yoluxduran viruslar da sürətlə yayılır.  

Virus  proqramının  aşkar  edilməməsi  üçün  həmin  proqram    kiçik  həcmli 

olmalıdır.  Ona  görə  də  bu  proqramlar  Asembler  dilində  yüksək  təcrübəyə  malik 

olan proqramçılar tərəfindən yazılır. 



Viruslar,  proqramçılar  tərəfindən  yaradılıb  yayılır.  Bir  çox  ölkələrin 

cinayət  məcəlləsində  virus  yaradıb  yaymaqla  məşğul  olanlara  qarşı  cinayət 

məsuliyyəti nəzərdə tutulmuşdur. 

Viruslardan qorunma üsulları: 

♦       Faylların surətinin daşına bilən yaddaşlarda saxlanması. 

♦       İcazəsiz əldə edilmiş proqramlardan istifadə edilməməsi. 

♦       Antivirus proqramların tətbiq edilməsi. 

 

     Viruslar aşağıdakı əlamətlərinə görə təsvir olunur: 



 

yerləşdiyi mühitə görə 



 

yerləşdiyi mühitdə yoluxma üsuluna görə 



 

aktivləşmə üsuluna görə 



 

destruktiv imkanlarına görə 



 

alqoritmin xüsusiyyətlərinə görə 



Viruslar  yerləşdiyi  mühitə  görə  fayllı,  yükləyici  və  şəbəkəli  olur.  Fayllı 

viruslar  əsasən  icra  olunan  fayllar,  mətn  və  cədvəl  prosessorunun  fayllarına 

yayılır.  Yükləyici  viruslar  diskin  yükləyici  sektoruna  və  ya  sərt  diskin  sistem 

yükləyici sektoruna yayılır. Şəbəkəli viruslar kompüter şəbəkələri üzrə yayılır. 

Həmçinin  fayl  və  yükləyici  sektorlara  yoluxan  fayllı  yükləyici  viruslar 

mövcuddur.  

  Yerləşdiyi mühitdə yoluxma üsulu mühitin özündən asılıdır.  

  Verilənləri  məhv  olmaqdan  qorumaq,  kompüteri  ziyanverici  və  məhvedici 

proqramlardan qorumaq üçün nəzərdə tutulan proqramlar antivirus proqramları 

adlanır.  Symantec,  Avira,  Avast,  Kaspersky,  Dr  Web,  Nod32  kimi  antivirus 

proqramları vardır. Antivirus proqramlarının aşağıdakı tipləri mövcuddur:  

 



filtr və ya keşikçi 

  detektorlar 



 

həkimlər və ya faqi 



 

müfəttişlər 



 

immunizatorlar və vaksinlər 



Filtr  rezident  proqram  olmaqla  təhlükəli  əməliyyatlara  nəzarət  edir.  Bu 

əməliyyatlara aşağıdakılar aiddir: 

 

icra olunan proqram fayllarının dəyişməsi 



 

rezident proqramların yerləşdirilməsi 



 

mütləq ünvana görə diskə birbaşa yazmaq 



 

diskin yükləyici sektoruna yazmaq 



 

diskin formatlaşdırılması 



Filtr  proqramların  əsas  üstünlüyü  ondan  ibarətdir  ki,  onlar  təhlükəli 

əməliyyatları daim  izləyir  və  virusların  ayrılmamışdan  əvvəl  tapılması  ehtimalını 

yüksəldir. 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin