Detektorlar əməli yaddaşda və xarici qurğularda virusların axtarışını təmin edir.
Həkim antivirus proqramları virusların aşkar edilməsinə və zərərsizləşdirilməsinə
imkan verir. Bunlara Doctor Web, Norton Antivirus və s.aiddir.
Müfəttiş adlanan proqram kataloqların, proqramların, faylların və sistem
sahələrinin məzmununu yadda saxlamaqla dövri olaraq cari vəziyyətlə ilkin
vəziyyəti müqayisə edir. Müqayisə bir çox parametrlərə görə yerinə yetirilə bilər.
Müfəttişin üstünlüyü ondadır ki, o proqramda dəyişiklik edən virusları tapmaq
xüsusiyyətinə malikdir.
İmmunizator özü rezident proqram olmaqla , bir çox virusları vaksinləşmə yolu
ilə yoluxmanın qarşısını alır. Vaksinləşmənin mahiyyəti ondan ibarətdir ki,
proqram və ya diskin modifikasiyasında proqramın normal yerinə yetirilməsində
əks olunmur. Eyni zamanda viruslar onu yoluxmuş kimi qəbul edir və ona görə də
yayılmaya təkid etmir. Bu proqramların çatışmayan cəhəti çoxlu sayda müxtəlif
viruslara yoluxmanın qarşısını alınmağın imkanlarının məhtudluğudur.
Qeyd etmək lazımdır ki, virus bazası daim yenilənməlidir. Hər bir istifadəçi
vaxtaşırı olaraq antivirus proqramlarının yeni versiyalarını almalıdır. Çünki vaxt
keçdikcə köhnə proqramın "tanımadığı" və ona görə də məhv edə bilmədiyi yeni
viruslar peyda olur. Virus bazasının yenilənməsi avtomatik, əllə və ya şəbəkədə
server mühitində yenilənməni serverdən götürməsi üçün yolu göstərməklə
mümkündür.
Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim
etdiyi təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və
sistem təzə yükləndikdə aktiv rejimdə olur.İlk dəfə Windows XP SP2
versiyasında buraxılmışdır. Brandmauer özündə kompleks şəkildə proqram
təminatı cəmləşdirir ki, bu da kompüterə internetdən və lokal şəbəkədən daxil
olan bütün məlumatları yoxlayır, proqramın parametrindən asılı olaraq bəzi
məlumatları kompüterə buraxır, bəzilərinə isə qadağa qoyur. Brandmouer
antivirus proqramlarından fərqli olaraq kompüterə müdaxiləni də bloklaşdırır.
Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması zəruridir.
Kompüter şəbəkəsi.
Kompüter şəbəkəsi kompüter və bu tip sistemlər (printer və s.) arasında
müəyyən protokolların köməyi ilə informasiya mübadiləsinə imkan verən bir
sistemdir. Kompüterlər bir-biri ilə telekommunikasiya vasitələri (kabellər, şəbəkə
adapterləri, modemlər və s.) ilə birləşirlər.
Kompüter şəbəkələri ərazi əlamətinə görə, yəni şəbəkənin əhatə etdiyi
ərazinin ölçüsünə görə aşağıdakı kimi təsnif edilə bilər:
1. Lokal şəbəkələr (LAN - Lokal Area Network). Lokal kompüter şəbəkələri
eyni mühitdə və çox böyük olmayan ərazidə (bir otaq, bir bina, bir müəssisə və s.
daxilində) qurulan şəbəkədir. Bu şəbəkələrdə kompüterlər arası məsafə adətən 1-2
km-dən çox olmur.
2. Qlobal şəbəkələr (WAN - Wide Area Network)
3. Regional və ya şəhər şəbəkələri (MAN – Metropolitan Area Network).
Şəhər şəbəkələri (Metropolitan Area Networks, MAN) az yayılmış şəbəkələr
növüdür. Bu şəbəkələr nisbətən yaxın vaxtlarda yaranıblar. Onlar böyük şəhərin
ərazisinə xidmət etmək üçün nəzərdə tutulub. Şəhər şəbəkələri lokal və qlobal
şəbəkələr arasında aralıq yer tutur. Bu şəbəkələr şəhər miqyasında lokal
şəbəkələrin birləşməsi və lokal şəbəkələrin qlobal şəbəkələrə qoşulması üçün
nəzərdə tutulub
Lokal şəbəkələrdə istifadə olunan kabellər
Lokal şəbəkələrdə aşağıdakı tip kabellər istifadə olunur:
- Koaksial kabellər
- Burulmuş cütlü kabellər. Bu kabellər kompüter şəbəkələrində istifadə olunan
ən ucuz kabellərdir.
- Optik kabellər
Korporativ şəbəkə - korporasiyada istifadə olunan müxtəlif tətbiqi
proqramlar arasında informasiya mübadiləsini təmin edən sistemdir.
Modem sözü Modulator Demodulator sözlərindən əmələ gəlib. Modem kabel
və ya telefon xətti vasitəsi ilə iki kompüteri birləşdirmək üçün qurğudur. Modemin
əsas xarakteristikası verilənləri ötürmə sürətidir. Bir saniyə ərzində ötürülən
informasiyanın miqdarı bitlərlə (bit/san. və ya bps – bits per second) ölçülür.
Modemlər həm kompüterin daxili, həm də xarici qurğuları sırasına daxil edilə
bilər.
ADSL (ing.. Asymmetric Digital Subscriber Line — asimmetrik rəqəmsal
abunəçi xətti) — adi analoq telefon xətlərini yüksək sürətli qoşulma xətlərinə
çevirən modem texnologiyasıdır.
GPRS (General Packet Radio Service — ümumi istifadə üçün paketli
radiorabitə) GSM mobil şəbəkələrində paketləri ötürmək üçün istifadə edilən
texnologiyadır.
OSI (Open System Interconnection) - Qarşılıqlı əlaqəli açıq sistem modeli
müasir kompüter şəbəkələrinin əsasını təşkil edir.
1983-cü ildə Beynalxalq standartlaşma institutu tərəfindən yaradılmışdır. OSI
modeli acıq sistemlərin qarşılıqlı əlaqələrinə xidmət edərək, sistemin müxtəlif
əlaqə səviyyələrini təyin edir, onlara standart adlar verərək hər bir səviyyədə hansı
funksiyanı yerinə yetirməsini göstərir.
OSI modelində səviyyələr
OSI modelində hər bir qarşılıqlı əlaqə vasitələri 7 səviyyəyə bölünür.
Fiziki səviyyə (Physical layer)
Kanal səviyyəsi (Data Link)
Şəbəkə səviyyəsi (Network layer)
Nəqliyyat səviyyəsi (Transport layer)
Seans səviyyəsi (Session layer)
Təqdimetmə səviyyəsi (Prezentation layer)
Tətbiqi səviyyə (Application Layer)
Qlobal kompüter şəbəkələri WAN (Wide Area Network) – bir-birlərindən
çoğrafi uzaq (yer kürəsinin istənilən hissəsindəki) kompüterləri, printerləri və digər
qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən
yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompüter
şəbəkələri əsasən kliyent- server texnologiyası əsasında fəaliyyət göstərir.
Şəbəkənin proqram təminatı əsasən iki hissədən ibarət olur: Kliyent və Server.
Şəbəkədə istənilən 2 obyektin qarşılıqlı əlaqəsi zamanı iki tərəf iştirak edir:
müəyyən resurs imkanlarını ayıran və ondan istifadə edən tərəflər. Resurslardan
istifadə edən adətən kliyent adlanır, resursları təmin edən tərəf isə server adlanır.
İnternet dünyanın bütün şəbəkələrini birləşdirən qlobal şəbəkədir.
İnternetdə vahid idarəetmə mərkəzi yoxdur. Buna baxmayaraq şəbəkənin belə
təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə
Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin bölməsi olan ARPA (Advanced
Research Project Agency – Elmi Araşdırmalar Agentliyi) tərəfindən işlənmişdir.
Şəbəkə bir tərəfdən hərbi-sənaye sahəsində elmi tədqiqatlara təkan verməli , digər
tərəfdən , məsələn aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu
şəraitdə normal fəaliyyətini davam etdirmək gücünə malik olan şəbəkələrin
qurulması idi. Bu layihə ARPANET adlandırıldı. Bu layihə çərçivəsində iş
paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılmasına əsaslanır. Bu şəbəkə
növündə informasiya böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin
olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq
müxtəlif şəbəkələrdə yerii dəyişir. Bütün paketlər son nöqtəyə çataraq yenidən
birləşərək ilkin formanı alır. Bütün kompüterlərin eyni hüquqlu olması
informasiyanın
konkret
bir
kompüterdən
asılılığını
aradan
qaldırır.
Kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər
işləyən xətlərə ötürülə bilər. Sistem inkişaf edərək 1983 – cü ildə iki şəbəkəyə -
ARPANET və MİLNET şəbəkələrinə bölünür. MİLNET şəbəkəsi hərbi məqsədlər,
ARPANET şəbəkəsi isə elmi tədqiqatlar üçün nəzərdə tutulurdu. İki şəbəkə
arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə İnternet adı ilə
tanınır.
Şəbəkələrdə müxtəlif texniki və informasiya təminatı istifadə edilir və buna
görə də şəbəkələrin abonentləri arasında hamı üçün eyni olan ümumi qaydalar
qəbul edilməlidir. Bu qaydalar təyin edilmiş standartlarda öz əksini tapır. Belə
standartlar şəbəkə protokolları adlanır.
Müxtəlif protokolardan istifadə edən şəbəkələrin (məsələn lokal və qobal)
əlaqələndirilməsi üçün şlüz (gateway) istifadə edilir.İnternetdə əsas protokol
TCP/IP (Transmission Control Protocol / Internet Protocol) - verilənlərin nəqlinə
nəzarət/İnternet protokoludur.
TCP/IP protokolu öz adını 2 rabitə protokolundan – verilənlərin
ötürülməsinə nəzarət edən protokol (Transmission Control Protocol - TCP) və
müxtəlif şəbəkələrdə qurğular arasında informasiyanın ötürülməsi zamanı
şəbəkədə paketlərin marşrutlaşdırılmasını həyata keçirən protokoldan (IP)
ibarətdir. İP protokolu ötürülən informasiyanı paketlərə bölür, onları nömrələyir.
Bu zaman kiçik informasiya panelində həmin panelin ünvanlandığı kompüterin İP
ünvanları göstərilir ki, bunun koməyi ilə informasiya müəyyən olunmuş ünvana
çatdırılır. İP ünvan bir-birindən nöqtələrlə ayrılan 4 nömrədən ibarətdir: Məsələn :
192.168.1.30 . Bu ünvanlarda istifadə edilə biləcək ən kiçik rəqəm 0, ən böyüyü
isə 255-dir. İP ünvanlar üçün yaddaşda 32 bit sahə ayrılır. TCP protokolu isə
paketlərin lazımı nöqtəyə düzgün çatdırılmasına xidmət edir. Bu protokol aşağı
səviyyədə fiziki və kanal səviyyəsini, yuxarı səviyyədə isə tətbiqi səviyyənin
protokollarını (FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn xidməti və s.
təşkil edir).
Aşağıdakı şəbəkə protokollarından istifadə edilir:
ARP (Adress Resolution Protocol – ünvanların məyyən edilməsi protokolu)
32 mərtəbəli İP ünvanları lokal şəbəkələrin ünvanlarına, məsələn Ethernet
ünvanlarına çevrilir.
FTP (File Transfer Protokol – Faylların ötürülmə Protokolları) – faylların bir
kopmüterdən digər kompüterə ötürülməsinə xidmət edir.
SMTP (Simple Mail Transfer Protocol – Elektron poçtla mübadilənin sadə
protokolu) : Bu protokoldan məktubun istifadəçidən serverlərə göndərilməsi üçün
və məktubun bir serverdən digərinə göndərilərək alıcıya çatdırılması üçün istifadə
olunur. Məktubların qəbulu üçünsə poçt müştərisi POP3 (Post Office Protocol) və
ya İMAP (İnternet Message Access Protocol) protokollarından istifadə edilir. Poçt
müştərisi (poçt proqramı) – elektron poçtla işləmə üçün istifadəçinin kompüterində
quraşdırılmış proqram təminatıdır. Məsələn, Microsft Outlook, Outlook Express və
s.
İCMP (İnternet Control Mesage Protocol) : İP marşrutizatorlara və şəbəkənin
əsas kompüterlərinə səhvlər haqqında məlumatların , idarəedici informasiyanın
göndərilməsinə xidmət edir.
Provayder: İnternetə qoşulmanı, məktubların göndərilməsini, alınmasını və
qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-
provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. Internetdə informasiyanın
mübadilə sürəti Mbit/san ilə ölçülür. İnformasiya serverlərdə saxlanılır. Serverlərin
öz ünvanları olur və onlar xüsusi proqramlar vasitəsilə idarə olunurlar. Onların
köməyilə poçtu və faylları göndərmək, verilənlər bazasında informasiya axtarışı
aparmaq və s. həyata keçirmək mümkündür. Serverlər arasında informasiya
mübadiləsi yüksək sürətli rabitə kanalları ilə həyata keçirilir. Ayrı-ayrı
istifadəçilərin İnternetin informasiya resurslarına daxil olması adətən telefon
şəbəkəsi ilə provayderlər və ya korporativ şəbəkələr vasitəsilə həyata keçirilir.
Provayder kimi klientlərlə əlaqə saxlaya bilən və ümumdünya şəbəkəsinə çıxışı
olan hər hansı bir təşkilat iştirak edə bilər.
İnternetdə IP ünvanının seçilməsini və müştərinin şəbəkədə öz düyününə
qoşulmasına şərait yaradan təşkilat “İnternet Servis Provayder” (İSP) adlanır.
Təşkilat belə işləri müştəri ilə müqavilə əsasında həyata keçirir Xəttin buraxma
qabiliyyəti onun mahiyyətindən asılı olur və saniyədəki bitlərin sayı ilə ölçülür.
Azərbaycanda provayderlərdən “AzEvroTel”, “AzTelecom”, “Bakinter.net”,
“İntrans”, ” Azeronline” , “ Superonline ” və s. misal göstərmək olar. Əsasən
abonentlər şəbəkəyə öz provayderlərini telefon xətti ilə əlaqələndirməklə
qoşulurlar.
Internetdə resursların ünvanlanması. Domen adlar xidməti (DNS) : Əgər
şəbəkədə ayrı-ayrı kompüterlər və istifadəçilər üçün identifikasiya sistemi mövcud
olmasaydı, milyonlarla qovşaq kompüteri və milyonlarla istifadəçi arasında xaos
baş verərdi. İnternetdə hər bir qovşaq kompüteri və istifadəçi şəxsi ünvana
malikdir. İnternetdə informasiya paket adlanan hissələrə bölünür. Hər bir paketdə 4
Kbaytdan artıq olmayan informasiya ötürülür. İnternetin ayrı-ayrı hissələri
marşrutizatorlarla bir – biri ilə əlaqələndirilir. Marşrutizatorlar paketlərin haraya
göndərilməsi barədə qərarlar qəbul edir. Şəbəkələr arası İP protokolu
ünvanlaşdırmaya cavabdehdir və şəbəkədə paketlərin hərəkətini (yalnız
ötürülməsini) təyin edir. Bütün prosesi isə TCP protokolu idarə edir. Qəbuledici
tərəfdə TCP protokolunun proqra təminatı paketi toplayaraq onu düzgün
ardıcıllıqla yerləşdirir. Əgər xəbər qısadırsa, TCP protokolundan başqa UDP (User
Datagram Protocol) protokolundan da istifadə edilir.
Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/İP
stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat ünvanı da adlanır), İP (İnternet
protocol) və domen adlar DNS (Domain Name Service). İnternet şəbəkəsinə
qoşulmuş hər bir komputer unikal ünvana malikdir. İnternetdə verilənlərin
ötürülməsi üçün rəqəm və ad tipli ünvanlardan istifadə edilir. Şəbəkə səviyyəsində
paketlər İP ünvanlar vasitəsilə ötürülür. Bu ünvanın uzunluğu 32 bit olub, hərəsi 8
bitdən ibarət oktet adlanan 4 hissədən təşkil olunur. Hər bir hissə 0-dan 255-ə
qədər ədədləri qəbul edə bilir və o biri hissələrdən ayırmaq üçün ədəddən sonra
nöqtə yazılır. Məsələn: 110.30.74.200. Belə yazılış İP-ünvan adlanır. Ünvanın 1-ci
hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın nömrəsini təyin edir. Şəbəkə nömrəsi
xüsusi internet mərkəzinin (İnternet Network İnformation Center İnternic)
zəmanəti ilə təyin edilir. Başlanğıc ünvan marşrutizatora kompüterin hansı
şəbəkəyə aid olduğunu göstərir.
Rəqəm ünvanı kompüterlərin mübadiləsi zamanı istifadə olunur. İnsanlar
arasında çox zaman ad ünvanlarından istifadə olunur. Ona görə də şəbəkədə
kompüterlərə adlar verilir.Internetdə kompüterlərin ünvanı Domain Name Service
(DNS) domen adlar xidmətində istifadə olunur. Bu zaman kompüterə müraciət
edərkən qovşağın rəqəm ünvanlarını yadda saxlamaq lazım gəlmir. Ümumdünya
hörümçək torunda DNS standartı ilə yazılmış ünvanlar nöqtə ilə ayrılmış bir neşə
elementdən ibarət olurlar. Bu elementlər domen adlanır. DNS ünvanı 3 hissəyə
bölünür. Əsas hissəsi birinci səviyyəli domen adlanıb, təşkilat üzrə təsnif olunur:
.com - kommersiya təşkilatları
.edu - təhsil müəssisələri
.org – qeyri-kommersiya təşkilatları
.gov - hökumət qurumları
.mil - hərbi qurumlar
.int - beynəlxalq təşkilatlar
.net - şəbəkə xidmətləri göstərən təşkilatlar və ya provayderlər
Məsələn: www.wikipedia.org . Birinci səviyyəli təşkilat domenlərindən
başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var. Birinci
səviyyəli coğrafi domenlər:
.az - Azərbaycan
.de - Almaniya
.fr - Fransa
.se - İsveç
.ru - Rusiya
.jp - Yaponiya
.us - Amerika Birləşmiş Ştatları
.tw - Tayvan
.tr - Türkiyə
.ua - Ukrayna
.ro - Rumıniya
.kz - Qazaxıstan
.tk - Takilao
.ge - Gürcüstan
.uk - Böyük Britaniya
Məsələn: www.google.az; yandex.ru
Lokal ünvanlar: alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması
üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır. Lokal ünvanlar şəbəkə
adapteri istehsalçıları tərəfindən təyin edilir. Bütün mövcud lokal şəbəkə
texnologiyalarında MAC ünvanlar 6 baytlıq formata malik olur. Məsələn: 11-AO-
17-3D-bc-01
İnternet xidmətləri
Elektron poçt (e-mail) : Hazırda e-mail ən geniş yayılmış rabitə xidmətidir. İlk
elektron poçt 1971-ci ildə BBN firmasının mühəndisi Rey Tomlinson tərəfindən
yaradılmışdır. O, ilk elektron məktubu göndərmək üçün SNDMSG proqramını
işləyib hazırlamışdır. Tomlinson istifadəçi adını domen adından ayırmaq üçün “@”
simvolundan istifadə etmişdir , ingilis dilində bu “at” (-da, -də şəkilçiləri)
deməkdir. Başqa sözlə, istifadəçinin hansı domendə olduğunu bildirirSNDMSG
proqramının köməyi ilə ARPANET-də ilk elektron məktub göndərilmişdir.
Elektron poçt vasitəsilə bir neçə saniyə ərzində Internet şəbəkəsinin yerləşdiyi
istənilən yerə mətn, şəkil, audio və video yazılar kimi informasiya göndərilir və
əldə edilir. Elektron məktub hazırlamaq üçün istifadəçi offline rejimində işləyir. O,
poçt müştəri-proqramının köməyi ilə məktubun mətnini formalaşdırır, alıcının
ünvanını göstərir və məktuba müxtəlif əlavələr edir. Bundan sonra istifadəçi online
rejiminə keçir, daha dəqiq desək, poçt serveri ilə əlaqə yaradır və məktubun
göndərilməsi üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış məlumat
serverə ötürülür və məktubu alan istifadəçi fərdi kompüterində öz ünvanına
baxmaqla onu qəbul edir. Poçt qutusundan alınmış məktub ya saxlanılır, ya da ləğv
edilir. Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil olmuş
məlumatların göndərilməsini təşkil edir. Elektron ünvanla işləyərkən SMTP
(Simple Mail Transfer Protocol) və POP3 (Post Office Protocol 3)
protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3
protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt «elektron
poçt qutusuna» yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və
ona yalnız həmin poçt yeşiyinin abonenti daxil ola bilər. Abonent serverə müraciət
edərkən poçtu oradan çıxarır, poçt yeşiyindən çıxarılan məktub serverdə
saxlanılmır.
Windows əməliyyat sistemi üçün Microsoft Outlook elektron poçt proqramı
geniş istifadə olunur. Poçt ünvanı aşağıdakı quruluşa malikdir:
istifadəçi @ qovşaq kompüteri, altdomen, I səviyyəli domen,
(info@taxes.gov.az)
İstifadəçi-bu, istifadəçinin adıdır. @ - kommersiya işarəsi istifadəçinin adını
qovşaq kompüterinin adından ayırır. Ünvanın 2-ci hissəsi (@ işarəsindən sonra)
istifadəçinin İnternetə qoşulduğu kompüterin ünvanını göstərir. Kompüter ünvanı
bir-birindən nöqtə ilə ayrılan bir neçə hissədən ibarətdir.
Elektron məktubun qəbul edilmiş formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan) : məktubu göndərən tərəfin elektron ünvanı
To (hara) : məktub göndərilən şəxsin elektron ünvanı
Cc (nüsxə) : məktub göndərilən şəxsin digər elektron ünvanı
Subject : məktubun müvzusu
Date (tarix) : məktubun göndərilmə tarixi və zamanı (bu sətr avtomatik
doldurulur)
Reply To : məktubuna cavab verilən abonentin elektron ünvanı
WWW (World Wide Web) – ümümdünya hörümçək toru adlanır.
İnternetin əsas xidmətlərindən biridir. Son zamanlar WWW və onun proqram
təminatı İnternet universal informasiya xidmətləri vasitələrini müəyyənləşdirir.
Onlar istifdəçinin praktik olaraq FTP, e-mail, WAİS, Gopher və s. resurslarından
istifadə etməsini təmin edir.
Web-səhifə - html dilində yazılmış hipermətn resursudur. O, digər səhifələrə
tez keçid etmək üçün özündə hipermüraciətləri, mətn və qrafiki informasiyanı
saxlaya bilər. .htm veb-səhifə formatıdır. Ümumi mövzu və dizayna görə bir-
biriləri hiperkeçidlər vasitəsi ilə əlaqələndirilmiş , bir Web-serverdə yerləşən bir
neçə Web-səhifə Web-sayt adlanır. Veb Server istifadəçilərin Internetdəki Veb
səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlarla
təmin olunmuş kompüterdir.
Dostları ilə paylaş: |