DİLİMİZDƏ ÖZLƏŞMƏ MEYİLLƏRİ
Özləşmə alınma sözlərin yerində milli sözlərdən istifadə meylidir. Müasir Azərbaycan dilinin lüğət tərkibində XX əsrin 60-cı illərindən üzübəri özləşmə meyilləri müşahidə olunmaqdadır. Bu meyillərin özünü həmişə doğrultmaması onların təbii və düzgün proses olmadığına dəlalət etmir.
Özləşmə: a) ədəbi dili etnik yaddaşına qaytarır; b) ədəbi dili başqa dillərin təsirinə məruz qalmadan bu və ya digər dərəcədə xilas edir.
İstənilən yaradıcılıq özləşmə adlana bilməz. Özləşmə daha çox mövcud alınma sözlərin işlədilməsi əleyhinə yönələn və həmin sözlər üçün qarşılıq tapmaq cəhdindən ibarət olan bir prosesdir.
Dostları ilə paylaş: |