Azərbaycan ədəbi dili
Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik (qrammatik) normalar əsasında fəaliyyət göstərən formasıdır. Ədəbi dil xalq dilinin cilalanmış təzahürüdür. Ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir.
Ədəbi dilin şifahi və yazılı olmaqla iki forması var:
Şifahi ədəbi dil ilkindir. Qədim dövrdə ədəbi dilin şifahi forması xalq yaradıcılığının dili kimi işlənmişdir. Dövrümüzdə ədəbi dilin şifahi forması daha çox radio, televiziya, nitq, çıxış, məruzə və mühazirələrin hesabına genişlənmişdir.
Dostları ilə paylaş: |