1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


İdrak prosesi psixi inikas kimi



Yüklə 134,17 Kb.
səhifə31/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

26. İdrak prosesi psixi inikas kimi
İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir. «İdrak nəzəriyyəsi» terminini ilk dəfə Ferrey 1854– cü ildə gətirmişdir.
İdrak vasitələrinin təkmilləşdirilməsi insanın fəaliyyət tari­xinin ayrılmaz hissəsidir. Keçmiş dövrlərin filosofları çoxsaylı idrak məsələlərinin həllinə diqqət yetirmişlər. Əvvəlcə idrak sadəlövh, bəzən isə hətta primitiv formada çıxış edir, yəni adi idrak kimi mövcud olur. Onun funksiyası bu günə qədər öz əhəmiyyətini itirməmişdir. İnsan praktikasının inkişaf səviyyəsi ilə əlaqədar olaraq onun ətraf aləmi qavramaq vərdişləri və bacarığı da təkmilləşmişdir. Nəticədə təkcə idrak vasitələri ilə deyil, elmin bu və ya digər növləri ilə gerçəkliyin öyrənilməsi davam etdirilmişdir. Bu zaman bütövlükdə dünyanı əhatə edən ümumfəlsəfi prinsiplərlə yanaşı, idrak sahəsi (insan idrakının dünyaya münasibəti), eləcə də xüsusi elmi təfəkkür prinsipləri və xüsusi elmi nəzəriyyələrin prinsipləri inkişaf etmişdir.
Ümumiyyətlə, XX əsrdə elm cəmiyyətin həyatını dəyişə bilən qüdrətli amillərdən birinə çevrilmişdir. Bu zamandan başlayaraq elm özünü tədqiqat obyektinə çevirmiş və onu tədqiq etməyə baş­lamışlar.
a) İdrakın subyekti və obyekti
İdrakın subyekti kimi ayrı– ayrı insanlar (fərdlər, eləcə də sosial qruplar), bütövlükdə cəmiyyət çıxış edə bilər. İdrakın subyek­ti ayrı– ayrı fərdlər olduqda o zaman həmin fərdin şüuru və özünü dərki (şəxsi «Mən») bəşər tarixi boyu yaradılmış bütün mədəniyyət dünyası ilə müəyyən olunur. Uğurlu idraki fəaliyyət yalnış idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür.
İdrak obyekti– subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir. Obyekt nə materiya, nə də obyektiv reallıqla eyni deyildir. İdrak obyekti həm maddi qurumlar (kimyəvi element­lər, fiziki cisimlər, canlı orqanizmlər), həm də sosial hadisələr (cəmiyyət, adamların qarşılıqlı münasibətləri, onların davranışı və fəaliyyəti) ola bilər. İdrakın nəticələri də (eksperimentin yekunu, elmi nəzəriyyələr, bütövlükdə elm) idrak obyekti ola bilər. Beləliklə, insandan asılı olmayaraq mövcud olan şeylər, hadisələr, proseslər və s. idrak obyekti hesab edilə bilər.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin