1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r
2. Referent qrup anlayışı İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir fərd nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Burada insan birliyi xüsusi rol oynayır. Əgər insan tək, tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalahması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Məhz buna görə də bəşər tarixində insanlar daima müəyyən qruplarda birləşir və fəaliyyət göstərirlər.
Tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış, ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit birliyi qrup adlanır.
Psixoloji ədəbiyyatda kiçik qrupların bir növü kimi referent qrupları da qeyd edirlər (latınca referens sözündən götürülmüşdür). Özünün normaları, fikirləri, qiymətləri fərdin davranış motivlərinə çevrilən sosial birlik referent qrup adlanır. Bu termin ilk dəfə olaraq 1942- ci ildə Q.Xaymen tərəfindən irəli sürülmüş və sonralar R. Merton, Q. Nunkom, M.Şerif və b. tərəfindən istifadə olunmuşdur. Məlum olduğu kimi hər bir adam müxtəlif qrupların üzvü olur. Ayrı- ayrı adamlar üçün daxil olduğu həmin qrupların sırası özünəməxsus şəkildə, müxtəlif olur. Lakin bütün hallarda həmin sıranın müəyyənləşdirilməsi eyni prinsipə əsaslanır: birinci yerdə mütləq o qruplar dayanacaqdır ki, həmin qrupun normaları fərdin cəhd etdiyi normalara uyğun olsun. Sonrakı yerlərdə qruplar fərd üçün əhəmiyyətlilik dərəcəsi olan yerləri tutacaqdır. Yüksək ranqa malik olan qrup fərd üçün bir növ daxili forum təşkil edir (Q.Midin obrazlı ifadəsinə görə), fərd öz davranışını həmin normalarla tutuşdurur, tənzim edir. Qaydaları və normaları şəxsiyyətin qayda və normalarına çevrilən, fərdin statusunun artması üçün daimi imkanları olan bu cür referent qrupları çox vaxt etalon qrup adlandırırlar. V.B.Olşanskinin verdiyi tərifə görə etalon qrup real və ya təsəvvür olunan elə qrupdur ki, şəxsiyyət həmin qrupa cəhd göstərir və onun standartlarını öz davrvnışı üçün etalon qəbul edir. Bu baxımdan etalon qruplar real və təsəvvür olunan xarakter daşıya bilər.