1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r
9) Ali hislər Ali hisslər bütünlüklə sosial amillərin təsiri ilə şərtlənir və inkişaf edir. İnsanın təbiət hadisələrinə, cəmiyyətə və cəmiyyətdəki əxlaq normalarına, qanunlara, başqa insanlara, millətlərə, eləcə də təbiət və insan gözəlliklərinə, bir sözlə gerçəkliyə olan münasibəti onun ali hisslərinin obyektini təşkil edir. Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır. Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intellektual, estetik və praksis hisslər. Əxlaqi hissləri həm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. müəyyən cəmiyyət daxilində qəbul olunmuş əxlaq normaları əsasında sosial gerçəkliyin hadisələrinin qavranılması zamanı insanın keçirdiyi hisslərdir. İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik, borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər. Bəzən də elə olur ki, insan mövcud olan əxlaq normalarına uyğun olaraq hərəkət etmir. Belə olan halda həmin şəxs müvafiq normalara müsbət münasibət bəsləmədiyi üçün, mənfi hisslər keçirir. Düşmənçilik, paxıllıq, fərdiyyətçilik, məsuliyyətsizlik, həyasızlıq, vicdansızlıq, namuzsuzluq və s. bu cür hisslərdir. Estetik hisslər. İnsanın estetik hisslərinin obyektini ətraf aləmin cisim və hadisələri, təbiət gözəllikləri, insan yaradıcılığının bədii məhsulları, musiqi, başqa adamların, eləcə də şəxsin özünün rəftar və davranışı ola bilər. İnsan üçün ən birinci estetik zövq mənbəi elə insanın özüdür. Psixoterapiyada məhz insanın estetik hisslərinə təsir göstərməklə onun psixi sağlamlığını bərpa etməyə, müalicəyə çalışırlar. Estetik hisslər insan şəxsiyyətinin həm mənəvi, həm də psixi sağlamlığının əsas şərtini təşkil edir. Yumor, satira, təbəssüm, gülüş, həzz, heyran, həsəd və s. estetik hisslər hesab olunur. Praksis hisslər – insanın öz fəaliyyətinə bəslədiyi emosional münasibəti ilə bağlıdır. Fəaliyyət prosesi insanda həm müsbət, həm də mənfi emosional reaksiya əmələ gətirir. Fəaliyyət prosesində, sərf edilmiş sayda yaranan razılıq və ya narazılıq duyğusu praksis hisslər adlanır. İnsan fəaliyyətinin hər bir forması praksis hisslərin obyekti ola bilər. Hər hansı fəaliyyət prosesində qarşıya çıxan maneələri aradan qaldırdıqca, işin uğurla yerinə yetirilməsindən alınan razılıq hissi praksis hisslərə aiddir. ali hisslər bir – birindən təcrid olunmuş halda deyil vəhdətdə təzahür edir. Odur ki, insanın mənəvi aləmini, idrak fəaliyyətini və şəxsiyyətini təzahür etdirən ali hisslərin tərbiyə edilməsi və inkişaf etdirilməsi gənc nəslin tərbiyəsi işinin mühüm tərəflərindəndir.