1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


) Şəxsiyyətin formalaşmasında fəaliyyətin rolu



Yüklə 134,17 Kb.
səhifə7/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   2   3   4   5   6   7   8   9   10   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

7) Şəxsiyyətin formalaşmasında fəaliyyətin rolu
Şəxsiyyətin formalaşması prosesi vasitəli xarakter daşıyır. Fərd, ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Fəaliyyətin müxtəlif növləri vardir. Çağalıq dövründən gənclik yaşı dövrünə qədər aşağıdakı fəaliyyət növlərinə daha çox təsadüf olunur: a) vasitəsiz emosional ünsiyyət; b) əşyavi-manipulyativ fəaliyyət; v) rollu oyunlar; q) təlim fəaliyyəti; d) intim-şəxsi ünsiyyət (ünsiyyət fəaliyyəti); e) tədris-peşə fəaliyyəti. Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur. Uşaq anasının ağuşunda özünü sakit aparır, onun nəvazişini duyur, ətrini hiss edir və bundan xoş-hallanır. Rollu oyunlar isə mahiyyət etibarilə insan münasibətlərinin mənimsənilməsi prosesidir: uşaqları heyvanxanaya aparıb, heyvanların həyati ilə tanış etdilər. Tərbiyəçilər belə güman edirdilər ki, uşaqlar ekskursiyadan qayidan kimi heyvanxana mövzusunda maraqlı oyunlar oynayacaqlar. Lakin nə qədər təəccüblü olsa da, onlar ekskursiyadan sonra həmin mövzuda heç bir oyun oynamadılar, özlərinin adi işləri ilə məşğul oldular. Psixoloqlar məsələnin mahiyyətini asanlıqla başa düşdülər və ekskursiyanın planını dəyişdilər. Onların məsləhətilə uşaqları yenə də heyvanxanaya ekskursiyaya apardilar. Lakin bu dəfə uşaqların, birinci növbədə, heyvanxanada işləyən adamların-kassirin, nəzarətçinin, həkimin və s. fəaliyyəti ilə tanış etdilər. Uşaqlar ekskursiyadan qayidan kimi heyvanxana mövzusunda oyun oynamağa başladılar: biri kassir, biri həkim, biri isə nəzarətçi roIunda çıxış etməyə başladı. Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişləri yiyələndikcə, uşaqların həyatinda yoldaşın rolu artir. Fəaliyyətin vəzifələri tədricən dəyişilir, о, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir. Nəzərdən keçirdiyimiz fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar: Birinci qrupa о fəaliyyət növləri daxildir ki, onların əsasinda insan fəaliyyətinin mənasi mənimsənilir- vasitəsiz emosional fəaliyyət; - rollu oyunlar; - intim-şəxsi ünsiyyət. Ikinci qrupa о fəaliyyət növləri daxildir ki, onların əsasinda əşyalarla əməliyyat vasitələri, əşyalarda bu və ya digər cəhəti fərqləndirmək imkan verən etalonlar mənimsənilir. Bu qrupa aşağıdakılar daxildir: - əşyavi-manipulyativ fəaliyyət; - təlim fəaliyyəti; - tədris-peşə fəaliyyəti. Birinci qrupa aid etdiyimiz fəaliyyət növləri şəxsiyyətin inkişafında xüsusilə mühüm rol oynayır. Bu prosüsdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyirlərİkinci qrupa aid etdiyimiz fəaliyyət növlərində isə uşaqlar və yeniyetmələr əşyalarla əməliyyat vasitələrini mənimsəyirlər. Bu prosesdə uşaq və yeniyetmələrdə idrak prosesləri, intellektual əməliyyatlar inkişaf edir. Uşaqların əməliyyat-texniki imkanları inkişaf etdikcə, onlarda öz qabiliyyətlərini dərk olunmasi zəminində tədricən mənlik şüuru təşəkkül edir və şəxsiyyətin mühüm bir sahəsinə çevrilir. Həmin prosesin ikinci tərəfı də vardir. Biz fəaliyyətin özünün inkişafında şəxsiyyətin rolunu nəzərdə tuturuq. Şəxsiyyət formalaşdıqca fəaliyyətin xarakteri köklü surətdə dəyişilir. Yəni şəxsiyyətin tələbatları əsasinda fəaliyyətin motivləri formalaşır, «motivməqsəd» vektoru əmələ gəlir və о fəaliyyətin əsas struktur vahidinə çevrilir.Fəaliyyət prosesi bütünlükdə şəxsi məna kəsb edir. Bundan asılı olaraq fəaliyyətin tərkibinə daxil olan bütün idrak proseslərinin də xarakteri dəyişilir. Onlar şəxsiyyətin xüsusiyyətləri ilə şərtlənməyə başlayırlar. Beləliklə də fəaliyyət prosesində şəxsiyyətin tələbat-motivasiya. emosiya və idrak sahələri birbirinə nüfuz edir, onlar tədricən qarşılıqlı əlaqədə inkişaf etməyə başlayırlar.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin