1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


Psixikanın filogenezdə inkişafı



Yüklə 134,17 Kb.
səhifə3/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   2   3   4   5   6   7   8   9   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

3. Psixikanın filogenezdə inkişafı
Psixikanın yaranması və inkişafının öyrənilməsitəbiət elmlərinin, o cümlədən psixologiyanın qarşısında duranmürəkkəb, mühüm vəzifələrdən olmuşdur. Hələ eramızdanəvvəl psixikanın (ruh) yaranması, mahiyyəti ilə bağlı iki fərqlidünyagörüşü: idealist və materialist dünyagörüşü barədəfikirlər irəli sürmüşdülər. İdealistlər hesab edirdilər ki, psixika(ruh) bədəndən asılı olmayaraq mövcuddur və materiyadanəvvəl yaranmışdır. Materialistlərə görə isə materiya obyektivgerçəklikdir, bizim şüurumuzdan asılı olmayaraq mövcuddurvə daim dəyişir, hərəkətdə olur, inkişaf edir. Psixika yüksəksurətdə təşəkkül tapmış materiyanın məhsuludur.Müasir insanların psixi xüsusiyyətləri heç də insanpsixikası üçün əbədi olan bir keyfiyyət deyildir. Onlar ictimaimühitin, şəraitin inkişafı nəticəsində dəyişir. Sosial-iqtisadi şərait insan psixikasında əvvəlkilərdən fərqli yeni keyfiyyətləryaradır. Cansız, qeyri-üzvü materiyadan başlamış ən alimürəkkəb materiya olan insan beyninə qədər hər cür materiyamaddi aləmin ümumi keyfiyyəti olan inikas (əksetdirmə),başqa sözlə, təsirə cavab vermə qabiliyyətinə malikdir. İnikasınforması materiyanın varlıq formasından asılıdır.Cansız maieriyada baş verən keyfiyyət dəyişikliklərinəəsasən canlı materiya yaranır və o, daha mürəkkəb xassəyə -qıcıqlanma xassəsinə malik olur. Bu xassə canlıların xaricitəsirlərə fəal reaksiyalarına imkan verir. Qıcıqlanmanın inkişafıhəyat şəraitinin mürəkkəbləşməsi və orqanizmin anatomik quruluşunun təkmilləşməsi nəticəsində həssaslıq artmış, tədricənduyğular yaranmışdır.Psixikanın filogenezdə inkişafı əksetdirmənin tropizm,instinktiv, həyatda qazanılan və intellektual davranışformalarında təzahür etmişdir. Elementar qıcıqlanma sadə,birhüceyrəli orqanizmlərdə özünü göstərir və onların mühümtəsirinə hərəkətlə cavab verirlər. Mühit canlı orqanizmə biolojitəsir göstərə bilər ki, bunun nəticəsində həmin orqanizmin58protoplazmasının xassəsi dəyişir.Bioloji amillərə özünəməxsus cavab vermək üsulları tropizmlər və ya taksislər adlanır. Canlılarda psixikanın təşəkkül tapması onların mühitəuyğunlaşa bilmələri ilə bağlı olan dəyişikliklərdən yaranır. Onların mühitə uyğunlaşması anatomik dəyişikliklərəsəbəb olmur, sadəcə olaraq onun davranışı dəyişir. Mühitin müəyyən şəraitinə, təsirinə qarşımürəkkəb anadangəlmə reaksiya forması instinktlər adlanır.İnstinktiv davranış müəyyən bir növün hamısı üçün xarakterik olan anadangəlmə davranışdır. Bir çox alimlər hesabedirlər ki, instinktlər dəyişməzdir. Lakin beləyanaşma səhvdir. İ.P. Pavlov göstərir ki, canlıların inkişafının bütün dövrlərində fərdi uyğunlaşma olmuşdur. şərti reflekslər yaranır canlılarda. Məsələn,kağız parçasını aktiniyaya yaxınlaşdırsaq onu tutub udar, lakinbir neçə təkrardan sonra hətta, kağızı ağız boşluğuna almadankənara atır. Lakin yaranan bu cür əlaqələr qısamüddətli olur,tezliklə sönür. Canlıların davranış xüsusiyyətləri inkişafın ilkmərhələsində müxtəlif xassəli şeylərin təsirindən yaranırdı.Məsələn, məlumdur ki, həşərat tora düşən kimi hörümçəkdərhal onun yanına qaçır və tikanını ona batırır. Hörümçəyinbelə davranışı nə ilə bağlıdır? Aparılmış xüsusi təcrübələrgöstərir ki, torun tərpənməsi həşəratı öz ovuna doğru çəkir. Hərəkət olmadıqda isə «ovuna» tərəf getmir. Bunlar isə qidalanma tələbatı ilə bağlıdır. Yəni bioloji tələbatdan doğur. Lakinbu həyat şəraitinin dəyişməsilə, tələbatın ödənilməsilə dəyişir.Yaşayış şəraitinin mürəkkəbləşməsi canlıların davranıştərzini də dəyişdirir. Yəni o, bu və digər şəraitə uyğunlaşır.Məsələn, əgər məməli heyvanlarla yem arasında sədd çəkilərsə,o həmin səddi necə olsa keçib yem əldə etməyə cəhd edir. Səddgörürüldükdən sonra isə birbaşa yeməyə doğru gedir.Həyat şəraitinin təsiri altında heyvanlarda davranışındəyişməsi ciddi şəkildə onlarda anatomik-fizioloji dəyişikliyəsəbəb olur. İlk növbədə, iy və görmə üzvlərində dəyişiklik başverir. Görmə onun həyatında vacib amilə çevrilir, iy duyğusuisə tədricən zəifləyir. Bununla yanaşı hərəkət üzvləri də inkişafedərək cəld, mürəkkəb hərəkətləri icra etməyə uyğunlaşır:qaçmaq, sürünmək, ovunu tutmaq və s. Bu isə baş beyindəhərəkət sahəsinin genişlənməsi, hərəkətinin inteqrasiyaolunması ilə bağlıdır.Ali heyvanlarda, xüsusilə məməlilərdə yeni, daha plastikdavranış forması yaranır. Heyvanların bir növündə müvəqqətiəlaqələrin yaranması sahəsində fərdi fərqlər tez, daha kəskin,digərlərində isə gec baş verir. Bu, heyvanların təkamülsəviyyəsindən asılıdır. Ali heyvanlarda instiktiv davranış forması ilə yanaşı,fərdi, dəyişkən formalı davranış - vərdişlər və intellektualhərəkətlər də mövcuddur. Vərdişlər inkişafın ən aşağıpilləsində belə özünü göstərir. Lakin açıq-aşkar ifadə olunanvərdişlər yalnız baş beyin qabığına malik olan heyvanlarda60müşahidə edilir.Heyvanların vərdişləri həm anadangəlmə, həm dətəsadüfi hərəki siqnalların təkrarı prosesində möhkəmlənir.Məsələn, pişik yeşikdən çıxmaq üçün pedalı basmalıdır. O bunun üçün bir neçə uğursuz cəhd edir. Lakin təsadüfən pedalatoxunur, qapı açılır. Sonrakı təcrübələrdə o getdikcə daha azsəhv edir. Beləliklə, onda vərdiş yaranır.Ali heyvanlarda davranışın ən yüksək səviyyəsi intellektual davranışdır. İntellektual davranışın əsasını ayrı-ayrıcisimlər arasındakı mürəkkəb münasibətləri əks etdirmək təşkiledir. Lakin heyvanların intellektual və ya əqli davranışı təbii ki,insan ağlından fərqli keyfiyyətə malikdir.Ali heyvanların, məsələn, insanabənzər meymunların intellektual davranışı müxtəlif esperimentlər yolu iləöyrənilmişdir.Meymun (şimpanze) qəfəsdə yerləşdirilir. Qəfəsin çölündə isə banan, portağal və s. Qəfəsin içərisinə isə çubuqqoyulur. Meymun meyvələri yalnız çubuğun köməyi ilə götürəbilər. Meymun ilk növbədə meyvələri əlləri ilə götürməyəçalışır. Təbii ki, bu cəhdlər heç bir nəticə vermir. Sonra meymun sakitləşir. Bu dəfə o, meyvələri gözünə sataşan çubuğunköməyi ilə əldə etmək istəyir: ağacla meyvələri qəfəsəyaxınlaşdırır. Nəhayət o meyvələri götürür.Digər eksperimentlər də eyni üsulla aparılır. Heyvanın intellektual davranışının inkişafı nəticəsində onda anatomik-fizioloji dəyişiklikbaş verir. Bu ilk növbədə baş beyində gedən dəyişikliklərləbağlıdır. İnkişaf daha çox beynin alın nayihəsində müşahidəolunur. Meymun beyninin bu sahəsi götürüldükdə o hətta ikimərhələli əməliyyatı yerinə yetirə bilmir.İntellektual davranış insanabənzər meymunlarda özününən yüksək səviyyəsinə çatır. Onu heyvanların psixi inkişafınınson həddi, insan şüurunun başlanğıc sərhəddi də hesab etməkolar.Yuxarıda deyilənlərdən göründüyü kimi ən yüksək intel-lektual davranışa malik olan heyvanların da davranışı bilavasitəmaddi tələbatların ödənilməsi ilə bağlıdır. İnsan fəaliyyəti isəonlardan keyfiyyətcə tamamilə fərqlidir.


Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin