1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


H.Selyenin stress nəzəriyyəsi: stress və distress



Yüklə 134,17 Kb.
səhifə14/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   10   11   12   13   14   15   16   17   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

14. H.Selyenin stress nəzəriyyəsi: stress və distress.
Stress – insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni işlər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qarşısında qaldıqda keçirdiyi psixi vəziyyətdir. stress halı bəzi vaxtlarda insanın məqsədyönlü fəaliyyətinə pozucu təsir göstərir, bəzən isə əksinə qüvvə və enerjini artırır, fikrin cəmləşməsinə müsbət təsir göstərməklə, çətin məsələnin tez və asanlıqla həll olunmasına şərait yaradır. Bu mənada görkəmli Kanada fizioloqu H.Selye stressi «ümumi adaptasiya sindromu» adlandırmış və onun üç mərhələdən ibarət olduğunu göstərmişdir: 1. həyəcanlanma. 2. müqavimət. 3. əldən düşmə və üzülmə. H.Selye stressi – hər hansı fövqaladə təsirə qarşı qeyri-spesifik müdafiə reaksiyası adlandırmışdır. Deməli psixi proseslərin diqqətin, qavrayışın, hafizənin, təfəkkürün gedişinə dolaşıqlıq yaradan psixi vəziyyəti distress adlandırmaq olar. Uzunmüddətli distress vəziyyəti insanda bəzi xəstəliklərin (infarkt, beyin insultu, keçəllik, diş tökülməsi və s.) yaranmasına səbəb olur. Psixoloji stress emosional və informasion stressə bölünür. Emosional stress təhlükəli, çətin, qorxulu şəraitdə özünü biruzə verir. İnformasion stress isə informasiya gününün həddən ziyadə çoxluğu nəticəsində tapşırığın öhdəsindən gələ bilməkdə özünü göstərir. Stressin bir forması da eustressdir. Eustress – xoş xəbər, yaradıcılıq müvəffəqiyyəti, xoşa gələn fiziki iş və s. nəticəsində yaranan müsbət gərginlik vəziyyətidir. Eustress – əmək fəaliyyətini artırır və bədənin xəstəliklərə qarşı müqavimətini gücləndirir.
+əlavə Frustrasiya - (latınca frustrasio – aldanma, nahaq gözləmə, əhval pozuntuluğu) – insanın düşdüyü psixi vəziyyət formasıdır. İnsanın öz məqsədinə çatmasına maneçilik törədən real və ya xəyali maeələrlə rastlaşması nəticəsində keçirdiyi emosional hal – frustrasiya adlanır. Onun mahiyyətini daha yaxşı başa düşmək üçün aşağıdakı nümunə ilə tanış olaq: İmatahan olduğu üçün, gecə saat 3-ə qədər yatmayıb suallara hazrlaşmısınız. Gec yatdığınıza görə, otaq yoldaşınızın da nə vaxt oyandığını və evdən çıxdığını da bilməmisiniz. Zəngli saatı da qurmağı unutmusunuz. Belə olan halda, imtahana gecikdiyiniz üçün bir fincan çay da içməyib tələsik avtobus dayanacağına yollanırsınız. Dayanacağa çatan kimi universitetin yanından ötən avtobusun elə indicə uzaqlaşdığını görürsünüz. İmtahana gecikməmək üçün universitetə qismən yaxın gedən başqa avtobusla getməyə qərar verirsiniz. Əl qaldırmağınıza baxmayaraq, onlar da dolu olduğu üçün sizi götürmək üçün saxlamırlar. Artıq sınağa yarım saat qalıdığı üçün məcbur olub taksi saxlayırsınız. Yolda tıxac olduğu üçün taksi sizin zənn etdiyinizdən də ləng getməyə məcburdu. Elə universitetə azacıq qalmış arxadan gələn maşın sizin maşınla toqquşur. Sürücü maşını yolun kənarında saxlayaraq, həmin sürücü ilə mübahisə etməyə başlayır. Bu halda siz həyəcanla saata baxıb imtahana 8 dəqiqə qaldığını görürsünüz. Sürücü «Mən gedə bilmərəm» – deyib, yol polisinin gəlməsini gözləyir. Sürücünün haqqını ödəyib, qalan yolu piyada getməyə məcbur olursunuz. Auditoriyaya girəndə müəllimin sizi soruşduğunu eşidirsiniz. Bileti çəkib əyləşəndə, qələmi unudub evdə qoyduğunuz məlum olur. Belə bir şəraitdə başınızı əlləriniz arasına alaraq durur və yaxında olan tələbə yoldaşınızdan qələm istəyirsiniz. Yuxarıda göstərdiyimiz misalda, tələbənin düşdüyü psixi vəziyyət onun keçirdiyi emosional hal, frustrasiya halıdır. Beləliklə, insanın qarşısına qoyduğu məqsədə nail olmasına, onu əldə etməsinə real və xəyali surətdə əngəllər törədən cisim və hadisələrlə qarşılaşdığı zaman keçirdiyi hisslər frustrasiya və ya əngəllənmə hissi adlanır. Frustrasiya özünü itirmək, qəzəb aqressiya, küskünlük, həyəcan, inamsızlıq və s. şəkildə təzahür edir. Həyəcan – frustrasiyanin katalizatorudur. Həyəcan – mövcud vəziyyətin və davranışın gələcəkdə ortalığa çıxaracağı nəticə ilə bağlı olaraq yaranır. Bu hiss insanı gələcəkdə arzu etmədiyi bir durumda olmaqdan qorunmasına yönəldir. Frustrasiya həyəcan və aqressivliklə müşayət olunan prosesdir. Frustrasiya şəraitində narazılıq səviyyəsi üstünlük təşkil etdiyi üçün ətrafda baş verən hadisələri qavrayarkən və qiymətləndirərkən emosional qiymətləndirmə ön plana keçir. Sosial frustrasiya yalnız ayrıca götürülmüş bir şəxsdə deyil, həm də ayrı-ayrı qrup və zümrələrdə, hətta xalqın böyük əksəriyyətində özünü biruzə verən psixoloji vəziyyətdir. Frustrasiya müxtəlif səbəblərlə bağlı şəkildə meydana gəlir. frustrasiyanın mərkəzində əsasən gecikmə, ləngimə, sosial və ya etnik qadağanın, konfliktin və s. səbəblərin dayandığı qeyd olunur. Şəxsiyyətdaxili konfliktlər frustrasiyanın daha tez təzahür etməsinə səbəb olur. Frustrasiya ilə bağlı 3 cür konflikt müəyyən edilmişdir.
1. İnsanın istədiyi iki arzudan birini seçmək zəruriyyəti qarşısında qalması.
2. İnsanın istəmədiyi, lakin birini seçmək məcburiyyəti qarşısında qaldığı zaman düşdüyü konflikt şərait.
3. Bu tip konflikt arzu etdiyiniz, gerçəkləşdirmək istədiyiniz müəyyən hərəkət qorxu, ağrı ilə nəticələnən və ya müşaiət olunan halda meydana çıxır.
Qeyd etdiyimiz konfliktlər frustrasiya törədən amillərdir. Frustrasiya həm də insanın özünü reallaşdıra bilməməsi, özünü aktuallaşdırma tələbatını ödəməməsi ilə də bağlı olaraq yaranır və inkişaf edir. Belələri ömrünün qalan hissəsində psixoloji müdafiə vasitəsi kimi şəraitin olmamasını, maddi vəziyyətin çətinliyini, ailə qayğısının çoxluğunu və başqa bir bəhanə gətirərək özlərindən başqa hamını və hər şeyi günahlandırırlar.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin