1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə16/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

Özünü ələ ala bilmək İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin situasiyada insan dözümlüyündə, soyuqqanlılıq və təmkinliyində ifadə olunur.
Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır.
İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir. İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və sosiallığının göstəricisidir. İntizamlılıq həm də əxlaqi qiymətdir.
İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub, başlanan hər hansı bir işi, fəaliyyəti tədriclə, ardıcıl olaraq, axıra qədər icra etməkdir. Tənbəllik – işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin təzahür formasıdır.
Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, göstəriş olmadan həyata keçirmək qabiliyyətidir. Müstəqil adam məsuliyyət hissinə, tənqidi ağıla, möhkəm əqidəyə və dərin inam hissinə malikdir. Müstəqilliyin əksini təqlidçilik təlqinə qapılma təşkil edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq,təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən başqalarının təsiri altına düşməkdir.
Səbrlilik. iradi güc, təkidlilik, özünü ələ almaq, inam, dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir. Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək niyyətlərin yoxluğudur. İradə «lazımdır», iradəsizlik isə «istəyirəm» motivi ilə hərəkətə gəlir.
16.Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: xarakter
İnsanları bir-birindən fərqləndirən, şəxsiyyətin davamlı xüsusiyyətlərindən biri də xarakterdir. mühüm və davamlı fərdi xüsusiyyətlərinin məcmusunu əks etdirir. Qabiliyyətlər insanın yaradıcılıq imkanlarını nəzərdə tutursa, xarakter insanın davranış və rəftarında özünü göstərən xüsusiyyətlərin cəmidir.
Temperament bioloji, xarakter isə sosial amillərlə şərtlənir. Xarakter fəaliyyət və ünsiyyət prosesində əmələ gəlir. Bütün bunlarla yanaşı insanın xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır.
Xarakter əlamətlərini aşağıdakı kimi təsnif etmək olar:
İnsanın özünə münasibətini ifadə edən xarakter əlamətləri (lovğalıq, şöhrətpərəstlik, təvazökarlıq).
İnsanın əməyə münasibətini ifadə edən xarakter əlamətləri (tənbəllik, əməksevərlik, məsuliyyətlilik).
İnsanın əşyalara münasibətini ifadə edən xarakter əlamətləri (pintilik, səliqəlilik).
İnsanın başqa adamlara münasibətini ifadə edən xarakter əlamətləri (qayğıkeşlik, kobudluq, tələbkarlıq, doğruculuq və s.)
İnsanın xarakterini dəyişmək üçün onun başqa adamlara, özünə, əməyə və əşyalara münasibətini dəyişmək lazımdır.
Xarakter əlamətlərini 2 yerə ayırmaq olar: tipik və fərdi əlamətlər. Eyni cəmiyyətdə yaşayan insanların həyat şəraitində tipik xüsusiyyətlərlə yanaşı özünə-məxsus cəhətlər də özünü göstərir. Bu xüsusiyyətləri ifadə etmək üçün makro və mikromühit terminlərindən istifadə edə bilərik. Etnik və milli xarakter əlamətləri makromühitdə formalaşır. Xarakterin tipik və fərdi əlamətləri həmişə qarşılıqlı əlaqədədir.
Aksentuasiya latınca vurğu deməkdir. Xaraktein aksentuasiyası dedikdə, onun ayrı-ayrı xarakter əlamətlərinin normadan artıq güclənməsi nəticəsində əmələ gələn kənar ifrat variantları nəzərdə tutulur. Burada normaya uyğun olan xarakter əlamətləri haqqında söhbət gedir. Xarakter aksentuasiyası tiplərini alman psixiatrı A.E.Liçko və K.Leonqard təsnif etmişdirlər. Liçkonun təsnifatı ilə gəlin tanış olaq:
1. Gipertim tip - əhvalları həmişə yüksək olur, bir işə həvəslə başlayır, ammaa axıra qədər çatdırmırlar, tək qala bilmirlər.
2. Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yaxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından və yoldaşlarından qaçır və tənbəl olurlar.
3. Labil tip - əhvalları həddən artıq tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.
5. Senzitiv tip - çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər. Dostları ilə mehribandırlar.
7.Şizoid tip - adamlardan qaçırlar, qaradinməzdirlər.
8. Epileptoid tip - özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.
9. İsteroid tip - yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar.
10. Səbatsız tip - indiki günlə yaşayırlar, gələcək barəsində fikirləşmirlər, tez təsir altına düşürlər, adamlarla tez dil tapırlar.
11. Konform tip - başqa adamların tələblərinə tez uyğunlaşırlar, hamı necə mən də elə.
12. Konform tipin konform gipertim variantı - qaydalara canla- başla riayət edir, gələcəyinə optimistcəsinə yanaşır, başqalarının istədiyi kimi hərəkət edirlər.
13. Qarışıq tip - davranışında müxtəlif tiplərin əlamətləri özünü göstərir.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin