1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə17/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

Psixopatiya nədir? Psixopatiya da yunan sözü olub, «psiche» - beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s. qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, «patos» isə pozuntu, iztirab deməkdir. Psixopatiya dedikdə, şəxsiyyətin patalogiyası nəzərdə tutulur.
I qrupa təfəkkür sferasına məxsus dəyişikliklər qeyd olunan psixopatlar aid edilirlər. II qrupa təəssürat sferasına məxsus pozuntuları olan psixopatlar daxildirlər.III qrupa iradi pozuntuları olanlar aid edilirlər. IV qrup qarışıq forma psixopatları birləşdirir. Bu qrupa aid edilən psixopatlarda polimorf əlamətlərin dəyişkənliyi əsas sindromu təyin etməyə imkan vermir. Psixopatiyanın müxtəlif tipləri var:
Astenik tip - onlarda uşaqlıqdan ümumi zəiflik, yorğunluq olur, sadəlövhlük, hissiyyata qapılma, tez yorulma, diqqətin zəifləməsi, cüzi bir səbəbdən təlaş keçirmək.
Psixoastenik - özlərinə qarşı inamsız, kövrək, daima aciz və köməksiz olduqlarını hiss etmək.
Şizoid tip - Təkliyi sevirlər, qeyri-adi məşğuliyyətlərə daha çox maraq göstərirlər.
Paranoid (paranoyal) tip - öz şəxsi keyfiyyətlərini, bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy göstərirlərOnlar üçün yalnız özlərinin fikirləri mövcuddur.
Affektiv tip - bu tip psixopatların başlıca xüsusiyyətləri əhval-ruhiyyələrinin bir-birinə zidd qütblər arasında (distimiya və hipertimiya) tez-tez dəyişməsidir. Distimiya - pessimistlərdir, hipertimiya - onun əksidir.
İsterik tip - nəyin bahasına olursa - olsun diqqət mərkəzində olmaq istəyənlərdir. Yalançı və gopçu.
Davamsız tip - dözümsüz, cüzi bir səbəbdən əsəbiləşən, ərköyün, diqqətin davamsızlığı, liderliyə can atmaq, lakin iradənin zəifliyi onların yumşaq xasiyyət və təşəbbüssüzlüyünü büruzə verir.


17.Müasir elmlər sistemində psixologiyanın yeri və əsas sahələri və 24. Psixologiyanın başqa elmlərlə əlaqəsi

hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixologiya elmi oraya nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. B.M.Ked­rova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur (bax şəkil 2).


P sixologiya bu elmlərin məlumatlarını özündə birləşdirir və eyni zaman­da onlara təsir etməklə insan haqqında elmlərin modelinə çevrilir.
İnsan psixikası və davranışını onun təbii və sosial möv­cudluğu haqqında biliklər olmadan başa düşmək müm­kün deyildir. Ona görə də psixologiyanın öyrənilməsi insan biologiyası, onun ali sinir sisteminin quruluşu və fəaliyyəti haqqında biliklərə yiyələnməyi tələb edir. Psixi hadisələr və mərkəzi sinir sisteminin fəaliyyəti arasındakı əlaqə haqqında biliklər ali sinir fəaliyyətinin fiziologiyasında öz konkret ək­sini tapmışdır.
Psixologiya cəmiyyətin tarixi və mədəniyyəti ilə sıx bağlıdır.
İnsan psixikasının dərindən öyrənilməsinə, onun başa düşülməsinə sosiologiyanın əsasları haqqında biliklər də imkan yaradır. Psixologiya fəlsəfə elmi ilə ciddi qohumluq əlaqəsinə malikdir. Bu təsadüfü deyildir. Məlum olduğu kimi psixologiya müstəqil bir elm kimi fəaliyyət göstərənə kimi fəlsəfənin daxilində formalaşmağa başlamışdır. Şüur, təfəkkür və digər psixi hadisələr insanlara anadangəlmə, hazır şəkildə verilmir. Bunlar ontogenezdə (fərdi inkişaf prosesində) insanın təlim və tərbiyəsi prosesində əldə edilir. Buradan isə psixologiyanın pedaqogika elmi ilə əlaqəyə malik olduğu özünü göstərir. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Psixologiya və pedaqogika elmlərinin mühüm qarşılıqlı əlaqəsini göstərən amillərdən biri də onların tədqiqat üsullarındakı eyniyyətdir.
Müasir dövrdə psixologiya və dilçilik arasında da sıx əlaqə özünə geniş yer tutmağa başlamışdır. Bunun aydın təzahürünü psixolinqvistikanın meydana gəlməsində görürük.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin