1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r
Humanistik nəzəriyyə. Humanistik nəzəriyyənin yaradıcılarından biri Amerikan psixoloqu Q. Olportdur. Bu nəzəriyəyə görə, insanın doğulması ilə başlayan və ömrü boyunca davam edən təməl tələbatları vardır. Bu təməl tələbatların təmin olunması vacibdir. Əks təqdirdə təmin olunmamaq insanın şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Humanistik nəzəriyyəyə görə, qavrayışda insanın hisslərinin tələbatlarının, keçmiş yaşantılarının təsiri böyükdür. İnsan davranışlarını anlamaq üçün onun daxili dünyasını anlamaq lazımdır. Onlar eksperiment metodunun bu baxımdan yetərsiz olduğunu qeyd edirdilər. Bu nəzəriyyə tərəfdarları davranışçı və psixoanalitik nəzəriyyə tərəfdarlarına qarşı çıxmışlar. Onlara görə insan davranışlarını nəzarət altına almaq deyil, bu davranışlara müstəqillik verilməlidir. İnsanı xaricdən müşahidə etməklə onun davranışları analiz etmək mümkün deyil. Humanist psixologiyanın inkişafında Amerikan psixoloqu Abraham Masloımun rolu əvəzsizdir. Təsadüfi deyildir ki, onu humanist psixologiyanın atası adlandırırlar. Maslou insan tələbatlarının sxemini vermişdir. Özünütəsdiqlə bağlı geniş araşdırmalar aparmışdır. Bununla bağlı olaraq o, insan tələbatlarının yeddi səviyyəsini qeyd etmişdir. Humanist psixologiyanın digər görkəmli nümayəndəsi Kari Rocersdir. O, məşhur psixoterapevt olmuş və xəstələrinə hörmətlə yanaşmışdır. K.Rocers uzunmüddətli müşahidə və araşdırmalan nəticəsində belə qənaətə gəlmişdir ki, insanlara emosional və koqnitiv kömək həyatda daha yaxşı yaşamağa yardım edir, cəmiyyətdə müsbət davranışı artır.