1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə32/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   29   30   31   32   33   34   35   36   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

b) İdrakın formaları
İdrak obyektiv aləmin, onun qanun və qanunauyğun­luqları­nın insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır. İd­rakın mənbəyi insanı əhatə edən xarici aləmdir. Xarici aləm insana təsir göstərir və onda müvafiq duyğular, təsəvvürlər, anlayışlar doğurur. Uzun illər Sovet fəlsəfi ədəbiyyatında idrakın hissi və məntiqi idraka bölünməsi ehkam kimi qəbul edilmişdir. Biz əvvəlcə hissi idrak və məntiqi idrak mərhələləri haqqında məlumat verək, sonra isə indiyə qədər fəlsəfi ədəbiyyatda olmayan idrak formalarından da danışacağıq.
Hissi idrakın əsas forması duyğudur. Duyğu predmetin ayrı– ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin inikasıdır. Predmet­lər isti və soyuq, tünd və açıq, hamar və kələ– kötür ola bilər. Onla­rın bütün bu və ya bir çox başqa xassələri bizim hiss üzüvlərimizə təsir göstərərək müəyyən duyğular yaradır. Duyğulardan başqa, qavrayış və təsəvvür də hissi idrakın formalarıdır. Bununla belə, qavrayış hissi idrakın daha yüksək formasıdır. Qavrayış predmeti onun bilavasitə hissi bütövlüyü halında, onun xarici tərəflərinin, xüsusiyyətlərinin məcmusu halında əks etdirir. Təsəvvür əvvəlcə qavranılanın insan şüurunda bərpasıdır.
Məntiqi idraka gəldikdə isə o, hissi idrakın gördüyü işi bir növ tamamlayır. Hiss üzvlərinin verdiyi bilik son dərəcə zəngin və rən­garəngdir. Lakin o tam deyil, məhduddur. Hissi bilik bizə şeylərin yalnız ayrı– ayrı xarici tərəfləri haqqında təsəvvür versə də, onların daxili təbiətini, onların mahiyyətini, onların inkişaf qanunlarını aşkara çıxara bilməz. İdrakın əsas vəzifəsi isə məhz bundan iba­rətdir. Məntiqi idrak idrakın inkişafında keyfiyyətcə yeni, ən yüksək mərhələdir. Onun rolu predmetin başlıca xassələrini və əlamətlərini aşkara çıxarmaqdan ibarətdir. Məntiqi təfəkkür pilləsində gerçək­liyin inkişafının insana öz əməli işlərində son dərəcə zəruri olan qanunları dərk edilir. Anlayış predmetlərin bütün tərəflərini deyil, yalnız mühüm, ümumi tərəflərini əks etdirir, ikinci dərəcəli əlamət­ləri nəzərə almır, bunları kənara atır. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir: 1. Əvvəlki anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya səviyyəsinə qaldırılır; 2. Yeni anlayışlar meydana gəlir. Anlayışlar əsasında təfəkkürün başqa formaları– mühakimələr, əqli nəticələr formalaşır.
Mühakimə elə bir idrak formasıdır ki, bunda nə isə iqrar edi­lir və ya nə isə inkar edilir. Mühakimənin tərkibinə müəyyən an­layış­lar daxildir. Bundan başqa hipotezlərdən də idrak prosesində istifadə edilir. Hipotezlər hadisələr, vaqiələr, qanunlar haqqında ehtimaldır. Həmçinin idrakda elmi nəzəiyyələrdən də istifadə olunur. Elmi nəzəriyyələr gerçəkliyin hər hansı müəyyən prosesləri və ya sahələri haqqında dərin, hərtərəfli bilikdir.
Yuxarıda hissi ilə məntiqinin vəhətindən danışdıq. Onlar bir– birini tamamlayır. Lakin idraka müxtəlif münasibətlər mövcuddur. Onlardan biri də empirizmdir. Empirizmin (yunanca «empiriya»– təcrübə sözündəndir) nümayəndələri idrakda abstrakt təfəkkürün rolunu lazımınca qiymətləndirmir və hesab edirlər ki, yalnız hissi təcrübə insana dünyanın həqiqi mənzərəsini verir. Empiriklər iddia edirlər ki, gerçəklikdə anlayışlara heç bir şey uyğun gəlmir, an­layışlar insan fantaziyasının məhsuludur. Empiriklərdən fərqli olaraq, rasio­nalizmin (latınca «rasionalist»– ağla uyğun sözündəndir) nü­ma­yəndələri hiss üzvlərinə inanmır və zəkanı, abstrakt təfəkkürü həqiqi biliyin yeganə mənbəyi hesab edirlər. Rasionalistlər hissi idrakın rolunu lazımınca qiymətləndirmir və güman edirlər ki, insan dünyanı xalis intuitiv surətdə, hər hansı təcrübədən kənarda dərk edə bilər. Anla­yışları və təfəkkürün başqa formalarını duyğulardan və qavrayış­lardan ayırmaq son nəticədə realistləri idealizmə aparıb çıxarır. Rasionalizmin fəlsəfi mahiyyəti əqlin, varlığın, idrakın, əxlaqın əsasıdır. Rasionalizm termini də XIX əsrdə geniş yayılmışdır. Rasionalizm ontoloji və qnoseoloji hissələrə bölünür. Qnoseologiya idrak haqqında təlimdir. Ontologiya varlıq haqqında təlimdir. On­toloji rasionalizm– varlıqda əqli başlanğıcı qəbul edir. Qnoseoloji rasionalizm əqli idrakın baş forması hesab edir.
Hazırda biliyi empirik və nəzəri səviyyələrə bölürlər.



Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin