1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər


Şəxsiyyətin psixoloji strukturu



Yüklə 134,17 Kb.
səhifə34/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   29   30   31   32   33   34   35   36   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

28. Şəxsiyyətin psixoloji strukturu
İnsanın şəxsiyyətə çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas – ünsiyyət – fəaliyyətdir. Bu baxımdan şəxsiyyətin psixoloji strukturunun əsasında birinci növbədə onun idrak prosesləri durur. İnsan həyata gəldikdən sonra duyğu orqanları vasitəsilə ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa nail olur.
- Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ictimai mövqeyi, tələbatları, maraq və meylləri, əqidə və idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi və s. daxildir. Bu zaman yönəlişliyin komponentlərindən biri dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad rolunu oynayır. Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin bütün psixi fəaliyyətini müəyyənləşdirir. - Şəxsiyyətin strukturunda sonrakı mühüm yarımstrukturunu onun hazırlıq səviyyəsi təşkil edir. Buraya şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxildir. Şəxsiyyətin strukturunda mühüm yer tutan yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən qabiliyyətlər sistemindən ibarətdir. Şəxsiyyətin strukturunda mühüm yer tutan digər komponenti insanın həyatda qazandığı davranış forması, başqa sözlə onun xarakteridir. Nəhayət, bu komponentlərin hamısının üzərində şəxsiyyətin mənliyi, yəni özünü dərk edib anlaması, öz davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə etmək mümkündür. Bunun üçün birinci növbədə şəxsiyyətin strukturunun aşağıdakı qrafikinə nəzər yetirək:

Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur vəşüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir.Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti» və«şüursuzluğun istiqaməti» anlayışlarını aydınlaşdırmaqolduqca vacibdir. Bu məsələ bir çox psixoloji məktəb vəistiqamətlər tərəfindən qaldırılmış, görkəmli alim vətədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin bu vaxta qədərhəmin məsələ açıq qalmış, yönəlişlik onun istiqamətləndiyiobyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdəmövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nailolmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də bizinsanın şüur və şüursuzluğunu obyektə deyil, zamana«yönəltməyə» cəhd göstərməyi vacib bildik. Nəticədə şüurungələcəyə, şüursuzluğun isə keçmişə yönəlişliyininmümkünlüyünü zənn etmək imkanı yaranmışdır. Bununla daşüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindənqabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiyafenomeninin olması ilə də təsdiq olunur. Bununla yanaşışüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki,sıxışdırılmış, unudulmuş və arxetipik elementlər yalnızkeçmişə aid ola bilər.Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsirionun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa birşey deyildir. Bunun nəticəsi isə hal hazırda yaşayan konkretşəxsiyyətdir.Şəkildəki ikinci komponent şüursuzluq və şüurunstrukturundan ibarətdir. İlk baxışda belə görünə bilər ki, bu fenomenlərin strukturu üçlaylıdır. Şüursuzluq üçün bu laylar ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi şüur laylarıdır. Lakin bu belə deyildir. Şüursuzluq və şüurun strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv üstəgəl şəxsi şüursuzluğu və kollektiv və şəxsi şüurluluğu özündə əks etdirir. Bu başqa məsələdir ki, kollektiv şüursuzluğun, eləcə də kollektiv şüursuzluğun daxilində həmmütləq olanı («kölgə» - bizim şəxsiyyətimizin heyvaniəcdadlarımızdan gələn ən tutqun, arzuolunmaz cəhdlər və ənarzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərinneotipləri), həm də nisbi olanı (konkret növ, sotsiumarxetipləri və konkret millətə, xalqa, sinfə, mədəniyyətəmənsub olan qiymətlər) mövcuddur. Kontinuumda mövcudolan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmazvə şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusiad vermək mümkündür. Bunlara əsaslanmaqla şəxsiyyətinmüxtəlif tiplərini xarakterizə etmək mümkündür. Onlarınəzərdən keçirək.
1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, bizi insani sifətdən məhrum edən ənənələr – İblis.
2. Bizdə nəsldən, etnosdan gələn, dərk etmədiyimiz, lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.
3. Şəxsi şüursuzluğun məzmununu təşkil edən unudulmuş, aktual olmayan, bizim tərəfimizdən rədd edilən hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.
4. Özümüz, bizi əhatə edənlər, yaşadığımız aləm haqqında şüurun koqnitiv elementləri - Mən.
5. Mövcud sosial mühitdə, xalqda, cəmiyyətdə qəbul olunmuş qiymətlərin, əxlaq normaları, mənəvi əsasların insan tərəfindən dərk edilməsi – Peyğəmbər.
6. Bütün insanlar üçün eyni olan və real şəkildə onlarınşüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənənümumbəşəri keyfiyyətlər – Allah.İnsan şəxsiyyətində yuxarıda qeyd olunan strukturyaradıcı elementlərindən birinin olması onun tamlığının şərtihesab olunur. Lakin bunlardan birinin və ya bir hissəsininüstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir.


Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin