1. Şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri: qabiliyyətlər



Yüklə 134,17 Kb.
səhifə23/37
tarix29.10.2022
ölçüsü134,17 Kb.
#66745
1   ...   19   20   21   22   23   24   25   26   ...   37
1. xsiyy tin f rdi-psixoloji x susiyy tl ri qabiliyy tl r

21. Qavrayış
Cisim və hadisələrin hiss üzvlərinə bilavasitə təsiri nəticəsində onların insan beynində bütövlükdə inikasından ibarət olan psixi prosesə qavrayış deyilir. Həm duyğu, həm də qavrayış hər ikisi hissi idrak prossesləridir. Varlığın, aləmin dərki duyğu və qavrayışdan başlanır. Bunların hər ikisi cisimlərin, hadisələrin insanın duyğu üzvlərinə bilavasitə təsiri zamanı əmələ gəlir. duyğu hal-hazırki anda hiss üzvlərimizə bilavasitə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin inikasından ibarət olan sadə psixi prossesdir
Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar.
1. Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir.
2. tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir.
3. sabitliyi. Qavrayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur. Bu daha çox görmə qavrayışında özünü büruzə verir. Məsələn, eyni bir karandaş həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır. Yaxud, biz qarşımızdakı boşqabı üstdən dairə şəklində, yandan baxanda isə ellepis şəklində görməli idik. Lakin biz onu hansı tərəfdən baxmağımıza baxmayaraq dairə şəklində qavrayırıq. Bu qavrayışın sabitliyi ilə əlaqədardır
4. Qavrayışın mənalılığı xüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir cəhətdir. Qavrayış zamanı yaranan obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa da, bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə malik olur. Qavrayış obyekti, hətta bizə naməlum olarsa, biz onun məlum predmetlərə oxşar olan cəhətlərini axtarır, tapır, onu müəyyən cisimlər qrupuna aid etməyə cəhd edirik.
Appersepsiya. Qavrayış təkcə qıcıqlandırıcılardan asılı deyil, həm də qavrayanın özündən də asılıdır. Qavrayan adamın şəxsiyyətinin xüsusiyyəti, onun qavranılan obyektə münasibəti, tələbatları, maraqları, arzu və hissləri həmişə qavrayışda bu və ya başqa şəkildə özünü büruzə verir. Qavrayışın insanın psixi həyatının məzmunundan, şəxsiyyətinin xüsusiyyətlərindən asılılığına appersepsiya deyilir. Appersepsiya hadisəsi də qavrayışın mühüm xüsusiyyətlərindəndir. Appersepsiya hər şeydən əvvəl insanın bilikləri ilə, onun həyat təcrübəsi ilə, onun keçmiş fəaliyyəti ilə bağlı olur.
Məsələn, biz bilmədiyimiz bir dildə olan sözü qavrayarkən onu tanımırıq, ancaq ana dilində o qədər də səlis tələffüz edilməyən sözü eşitdikdə onu anlayırıq.
Qavrayış bir neçə nöqteyi-nəzərdən təsnif olunur.

Yüklə 134,17 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin