1. Siyasi psixologiyanın mövzusu Tədqiqat metodları


 Rismanın siyasi psixoloji tipologiyası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix12.02.2023
ölçüsü0,64 Mb.
#83969
1   ...   8   9   10   11   12   13   14   15   ...   36
psixologiya

15. Rismanın siyasi psixoloji tipologiyası 
Liderlik ən çox araşdırılan və tədqiqatlar aparılan mövzulardan biri olub, əsrlər boyu 
insanların elmi və praktiki maraq obyektinə çevrilmişdir.. Liderlik bir sosial fenomen 
olaraq bəşəriyyəti bütün mövcudluğu boyunca müşayiət edir. Lider qrupun özünütəşkilat 
proseslərinə, qrup norma və dəyərlərinin formalaşmasına, ardıcılların davranışına 
əhəmiyyətli dərəcədə təsir göstərir... Lider, bir qayda olaraq. hadisə və proseslərə 
yaradıcı şəkildə yanaşma, insanların əhvalına, emosiyalarına təsir etmək qabiliyyətini 
özündə əks etdirir. Liderlər insanlara təsir göstərən, istiqamətləndirən, hərəkətə gətirən 
və motivasiya edən insanlar olaraq diqqəti çəkir. Tədqiqatların əsasında bir çox fərqli 
nəzəriyyələr meydana gəlmişdir. Bəziləri liderliyin anadangəlmə olduğunu bildirsə də, bir 


qrup tədqiqatçılar liderin lider kimi doğulmadığını və liderliyin zamanla formalaşıb 
inkişaf etdirilə biləcəyini iddia edir. Onlardan bəziləri şəxsi keyfiyyətləri, bəziləri 
qabiliyyətləri, digərləri isə situasiya (ətraf mühit) amillərinə diqqət yönəltmişlər. 
D.Risman 3 siyasi şəxsiyyət tipini müəyyənləşdirmişdir. 
“Laqeyd”. Ənənəvi cəmiyyətə “laqeyd tip” müvafiq gəlir. “Laqeyd”lərin tipik baxışı: siyasətlə 
kimsə başqası məşğul olmalıdır. Onlar hakimiyyətə meyl etmir, siyasətə görə şəxsi məsuliyyət 
hissi keçirmir, çox nadir hallarda siyasətə görə günahkarlıq hissi və ya frustrasiya yaşayırlar. 
“Nəsihətçi”. Rismana görə, bu – “daxilə istiqamətlənmiş xarakterin” əsasıdır. Onun davranışı 
güclü affektlə xarakterizə olunur. Bu ya özünütəkmilləşdirməyə meylli olan insanları, institutları 
mükəmməlləşdirməyə cəhd edən idealist, ya da pisin qarşısını almağa deyil, ən yaxşıya nail 
olmağa istiqamətlənən tipdir. “Daxili müşahidəçi” ( “digərlərinə istiqamətlənmiş”). Bu ya 
tamamilə qeyri-emosional, ya da öz emosiyalarına nəzarət edən və siyasətdən əyləncə və 
mənfəəət üçün istifadə edən insandır. Onu müəyyən məsələ və konkret məqsədlər 
maraqlandırmır. O daha çox digərlərini manipulyasiya etməklə məşğuldur. Onun üçün tipik olan 
baxış: “əgər mən siyasəti dəyişmək üçün heç nə edə bilmirəmsə, mənə yalnız onu anlamaq 
qalır”. Bu “siyasətin daxilində” olmağa cəhd edən realistdir, əgər o siyasətçiləri dəyişməyi 
bacarmırsa onlarla manipulyasiya etməyə başlayır. 

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin