Vulkan püskürmələri Vulkan püskürməsi - vulkanın qızğın qırıntıların, külün yer səthinə atması, maqmanın (yer kürəsinin içində ərgin halda olan kütlə) sürətlə çıxması, hansı ki yer səthinə axdıqdan sonra lavaya çevrilir.
Vulkan püskürməsi müvəqqəti - bir neçə saatdan bir çox illər müddətində ola bilər. Vulkan püskürməsi geofiziki fövqəladə vəziyyətlərə aid edilir, hansılar ki təbii fəlakətlərə gətirə bilər.
Vulkan – xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müaşiət olunur. Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir.
Vulkanların formaları:
- Qalxanvari vulkan;
- Gunbəzi vulkan;
- Qatlı vulkan;
- Mürəkkəb vulkan.
Vulkanların növləri:
- Sönmüş vulkan;
- Sönməmiş vulkan - aktiv vulkan.
Vulkanın ətrafa təsiri:
Vulkan püskürməsi genişmiqyaslı dağıntılara, insan itkilərinə və təbii fəlakətlərə gətirib çıxara bilər.
Tufan - çox şiddətli külək və leysan yağışları ilə səciyyəvidir. O, dəniz və quru üzərində atmosferin kəskin dəyişməsi nəticəsində baş verir.
Fırtınalar - güclü küləklər nəticəsində meydana gələn təbii hadisələrdən biridir. Yağışla birlikdə əsən şiddətli küləklər tufan, quraq və yağışsız havada əsən küləklər isə tayfun adlanır.
İldırım – bulud topalarından elektrostatik yüklərinin boşalmasıdır, ani şimşək, qəfil və çox güclü səslə müşayiət olunur.
İldırım boşalması böyük gərginliyin yaranması ilə xarakterizə olunur. Onun temperaturu 300 000 dərəcəyə qədər yüksəlir. İldırım vurması zamanı ağac parçalana və hətta yana bilər. Ağacın parçalanmasına səbəb ağacın daxilindəki nəmişliyin ani olaraq, buxarlanması nəticəsində baş verir.
İldırımın birbaşa insanın üstünə düşməsi ölüm ilə nəticələnə bilər. Hər il dünyada ildırım vurmasından təxminən 3000 insan həlak olur.
Qasırğa - isti iqlim qurşağında, ani təzyiq fərqlərindən qaynaqlanan və sürəti saatda 100-150 km-ə qədər çata bilən çox şiddətli küləklərdir. Zəlzələdən sonra ikinci yerdədir.
Leysan - qısamüddətli atmosfer yağıntısı. Adətən yağış halında qəflətən düşür.
İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. 1-2 saat müddətində olur. İldırımlarla və küləyin qısamüddətli güclənməsi ilə müşahidə olunur.
Quraqlıq - havanın yüksək hərarətinin və rütubətinin aşağı səviyyəsi zamanı uzun müddətli yağışın yağmaması nəticəsində torpaqda nəmişliyin ehtiyatının azalmasına səbəb olur ki, bu da məhsuldarlığın azalmasına və ya məhv olmasına gətirib çıxarır.
Havanın istiliyi, quruluğu buxarlanmanın səviyyəsini yüksəldir (atmosfer quraqlığı əmələ gəlir), torpaqda su ehtiyatı artmadığı şəraitdə su ehtiyatı azalır (torpaq quraqlığı əmələ gəlir.) Tədricən çaylar, göllər, bulaqlar, çeşmələr quruyur və hidroloji quraqlıq yaranır.
Güclü buzlaşma, dondurma