attestasiya və akkreditasiyanın keçirilməsi və digər vəzifələri
Təhsil Nazirliyi
reallaşdırır.
IV. “Təhsil iqtisadiyyatı” fəslində təhsil sistemində mülkiyyət
münasibətləri, təhsil müəssisələrinin
maliyyələşdirilməsi, orada sahibkarlıq
fəaliyyəti, keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi kimi məsələlər
nəzərdən keçirilir. Dövlət və bələdiyyə təhsil müəssisələri
dövlət və yerli büdcənin
vəsaitləri hesabına maliyyələşdirilir.
V. “Təhsil sahəsində beynəlxalq əlaqələr” fəslində təhsil sahəsində
beynəlxalq əməkdaşlıq və xarıcı əlaqələr, əcnəbilərin
təhsil almaq hüququ öz
əksini tapmışdır. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil
layihələrinin hazırlanması,
kadr mübadiləsi, birgə konfransların keçirilməsi,
müştərək mərkəzlər, filiallar, laboratoriyalar yaradılması və əməkdaşlığın qanunla
yol verilən digər formalarını həyata keçirə bilər.
Nəzərdən keçirilən Təhsil Qanunu təhsil sahəsində müvafiq qanunların və
digər normativ hüquqi aktların, o cümlədən
məktəb Nizamnaməsi və
əsasnamələrin qəbul edilməsində baza rolunu oynayır.
Dostları ilə paylaş: