təhlilin
məzmunu məktəb həyatının əsas istiqamətlərini əhatə edir: təlimin
keyfiyyəti, şagirdlərin tərbiyəlilik səviyyəsi, sağlamlıq vəziyyəti, sinifdənxaric və
məktəbdənkənar işlərin, ailə və ictimaiyyətlə işin səmərəliliyi, kollegial orqanların
işi, məktəbin maddi – texniki bazasının möhkəmləndirilməsi və s.
Yekun təhlilin əhatəliliyi, elmiliyi, nəticələrin reallığı və qiymətləndirmənin
obyektivliyi onun təsirini artıran
şərtlərdəndir. Belə təhlil növbəti dərs ilində
pedaqoji prosesin daha yaxşı planlaşdırılmasına şərait yaradır.
Pedaqoji təhlil habelə pedaqoji prosesin vəziyyəti, şəraiti, üstün və kəsirli
cəhətlərini aşkara çıxarmağa, başqa sözlə, prosesin diaqnostikasını həyata
keçirməyə imkan verir.
Pedaqoji diaqnostika – gələcək məqsədlər baxımından
mövcud imkanları qiymətləndirməyə, məqsədin reallaşdırılmasına kömək və ya
mane olacaq amilləri müəyyənləşdirməyə yönələn idarərtmə funksiyasıdır. Onun
son məqsədi pedaqoji prosesin düzgün proqnozlaşdırılmasından ibarətdir.
Dostları ilə paylaş: