vəziyyətdən düzgün baş açmaq, gələcək addımları düzgün müəyyənləşdirmək və
yaranmış problemin optimal həlli yollarını tapmaq çətin olar.
Pedaqoji təhlil bütövlükdə idarəetmə sistemi baxımından mühüm rol
oynayır. Təhlil,
bir tərəfdən, sisteminkomponentlərinin vəziyyətini öyrənməyə,
gigər tərfdən isə onların qarşılıqlı münasibət və asılılıqlarını müəyyən etməyə
imkan verir. Vaxtında və lazımi səviyyədə aparılmayan təhlil idarəetmənin sonrakı
mərhələlərində yanlış hərəkət etməyə, fəaliyyətin məqsədini və planını
düzgün
müəyyənləşdirməməyə, əsassız qərar və ya proqram qəbul etməyə gətirib çıxara
bilər. Bunu nəzərə alaraq məktəb rəhbərləri pedaqoji təhlil qabiliyyətinə
yiyələnməli, pedaqoji fakt və hasisələri hərtərəfli araşdırmalı, müqayisə və
ümumiləşdirmələr aparmalı və pedaqoji prosesin səmərəli idarə olunmasına nail
olmalıdırlar. Bunun üçün analıtik təfəkkürə yiyələnmək lazım gəlir.
Vaxtilə böyük pedaqoq V.A.Suxomlinskinin rəhbərlik etdiyi Ukraynanın
Pavlış kənd məktəbində təzə fəaliyyətə başlayan ədəbiyyat müəlliməsinin dərsləri
alınmırdı: şagirdlər dərslərdə intizamsızlıq edir, müəllimin sözünə baxmır, kənar
işlə məşğul olurdular. Müəllimə də əsəbi hallar keçirir, onun öz peşəsinə marağı
tədricən sönürdü. V.A.Suxomlinski müəllimənin dərsində olur, tənəffüslərdə onun
uşaqlarla ünsiyyətinin müşahidə edir: məlum olur ki, müəllimə uşaqlarla kobud
davranır, onların üstünə qışqırır, tez – tez acıqlanır. Uşaqlarda müəlliməyə qarşı
inamsızlıq yaranmışdı. Direktorla söhbətində müəllimə özünə haqq qazandırır,
şagirdlərdən gileylənir, onları tənbəllikdə və intizamsızlıqda günahlandırırdı.
V.A.Suxomlinski vəziyyəti dəqqətlə təhlil edərək onun səbəbini müəllimin
uşaqlarla ünsiyyət qura bilməməsində, şagirdlərlə müəllim arasında mövcud olan
inamsızlıq mühitində görürdü. Buna görə də o, müəlliməyə şagirdlərlə yaxınlıq
etməyi, isti münasibət qurmağı, onların qəlbinə yol tapmağı, bu məqsədlə uşaqları
cəlb edən birgə maraqlı tədbirlər keçməyi məsləhət görür.
Müəllimə sinfi ekskursiyaya aparır, bəddi əsərlərin və filmlərin müzakirəsini
təşkil edir və digər birgə maraqlı tədbirlər keçirməyə başlayır, bir neçə aydan sonra
sinfin müəlliməyə münasibətində müsbət dəyişiklik baş verir: ona olan inamsızlıq
“buzu” tədricən əriməyə başlayır, tədricən şagirdlər müəllimə ilə ünsiyyətə can
atır,
dərslərdə sakit oturur, tapşırıqlarını yerinə yetirirlər. Çünki onların
müəlliməyə rəğbəti artmışdı. Müəllim üçün də siniflə işləmək maraqlı olurdu.
Əvvəllər o, dərslərdə sanki mücərrəd bir sinfə müraciət edir, bütün uşaqları bir
sifətdə görürdü. İndi isə hər bir şagirdi tanıyır, onların ağlına və qəlbinə müraciət
edirdi.
Bələliklə, direktorun düşünülmüş, şəriştəli pedaqoji təhlili yaranmış
vəziyyəti düzgün qiymətləndirməyə, məqsədi və çıxış yollarını düzgün
müəyyənləşdirməyə imkan vermiş oldu.
Pedaqoji təhlil idarəetmə dövriyyəsinin strukturunda çox mühüm yer tutur.
Bunsuz idarəetmə funksiyalarını reallaşdırmaq mümkün deyildir.
Mövcud
mənbələrdə
pedaqoji təhlilin üç növü qeyd edilir: parametrik, tematik və yekun
təhlil.
Praktik təhlil (yunanca “parametron”ölçülən deməkdir) hər hansı pedaqoji
hadisənin qiymətləndirilməsi ilə bağlı kəmiyyət təhlilidir. Bu təhlilin
məqsədi
pedaqoji prosesin gedişi haqqında gündəlik informasıyalar əldə etmək, real
vəziyyəti və prosesə təsir edən amilləri öyrənməkdən ibarətdir. Belə təhlil pedaqoji
prosesi tənzimləmək, müvafiq düzəliş və dəyişikliklər aparmaq imkanı verir.
Hazırda qabaqcıl məktəblərdə müsir texnikanın nailiyyətlərindən istifadə
etməklə məktəb
rəhbərləri elektron təhlillər, lövhələr tətbiq etməklə şagirdlərin
məktəb və siniflər üzrə dərsə davamiyyəti, gündəlik aldıqları qiymətlər və s. haqda
dəqiq məlimat əldə edirlər. Bu yolla müvafiq təhlillər aparır, mövcud çətinlik və
onların səbəblərini aşkara çıxarır, vəziyyətin daha da yaxınlaşması üçün tədbirlər
görürlər.
Parametrik təhlil çox müxtəlif
məsələləri əhatə edir: Məktəb və siniflər üzrə
gün, həftə və ay ərzində davamiyyət, təlim müvəffəqiyyəti, intizam, siniflər və
fənlər üzrə mənimsəmə səviyyəsi, sinifdənxaric
və məktəbdənkənar işlərlə
şagirdlərin əhatə dərəcəsi, məktəb, sinif və fənlər üzrə imtahanların yekunları və b.
məsələlər bu qəbildəndir. Parametrik təhlilin səmərəsi üçün bəzi
şərtlərə əməl
etmək lazımdır: təhlil müəyyən ardıcıllıqda aparılmalı; qeydə alınmalı, sistemə
salınmalı və işlənməlidir. Belə təhlil tematik təhlil üçün əlverişli zəmin yaradır.