1. Təhsili idarəetmənin ümumi əsaslari


MÖVZU 5. MƏKTƏBDAXİLİ İDARƏETMƏ



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə15/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
tehsilin-idare-olunmasl

MÖVZU 5. MƏKTƏBDAXİLİ İDARƏETMƏ.
Əhatə olunacaq məsələlər
1. Məktəbə rəhbərlik və onun idarə olunmasının əsas mahiyyəti.
2. Məktəbə rəhbərliyin əsas prinsipləri.
3. İdarəetmənin elmilik prinsipi: mahiyyəti və prinsipin tətbiqinə verilən tələblər.
4. Məktəbə rəhbərlik və onun idarəolunmasının qarşılıqlı əlaqəsi prinsipi.
Ümumtəhsil məktəbinin qarşısında duran vəzifələrin uğurla həyata
keçirilməsi məktəbin idarəolunması, ona rəhbərlik edilməsi səviyyəsindən
əhəmiyyətli dərəcədə asılıdır. İdarəetmə sosial mənada, müəyyən obyektə təşkilatı,
planlı və sistemli şəkildə təsir etmək kimi anlaşılır. Bu təsir müəssisənin
fəaliyyətinin keyfiyyət xüsusiyyətlərinin nizama salınması və qorumnası, gələcək
inkişafı və təkmilləşdirilməsini təmin edir.Ümumtəhsil məktəbi gənc nəslin təlim-
tərbiyəsini həyata keçirən müəssisə, daim dinamik inkişaf edən, uşaqlardan və
yaşlılardan ibarət kollektivdir. ölkəmizdə məktəbin idarəolunması dövlətin,
cəmiyyətin idarəedilməsi prinsipləri əsasında həyata keçirilir. Çünki məktəb
cəmiyyətin özəyidir.Respublikada təhsili idarə etmək və ona rəhbərlik sahəsində
dövlət və ictimai özünüidarə sistemi yaradılmışdır. İdarəetmə və rəhbərlik nədir?
Bu anlayışlar bir-birindən nə ilə fərqlənir?
Məktəbşünaslıqda "idarəetmə" anlayışı optimal nəticə əldə etmək məqsədilə
məktəb işlərini mütəşəkkil, planlı, müntəzəm təşkil və təmin etmək, məktəb
daxilində baş verən münasibətləri, mürəkkəb psixoloji, pedaqoji və metodik
prosesləri şüurlu surətdə tənzimləməkdir.
İdarəetmə ilə əlaqədar işlər bir neçə mərhələdən ibarət olur. Məsələn, hər bir iş
məqsəddən başlandığı kimi, idarəetmə də həmişə elmi cəhətdən əsaslandırılmıış
məqsədin irəli sürülməsindən başlanır. Sonra vəziyyət öyrənilir və müvafiq
məlumat əldə edilir. Həmin məlumat əsasında görüləcək işin proqramı tutulur. Bu
proqram üzrə işin təşkili təmin olunur. Daha sonra, işin gedişi nəzarətdə saxlanılır,
yeri gəldikcə stimullaşdırılır, təshih işi aparılır, pedaqoji təsir edilir, əks əlaqələr


yaradılır və s. Nəhayət, işin sonunda əldə edilən məlumat ümumiləşdirilir, təhlil
edilib qiymətləndirilir və gələcək fəaliyyət üçün müvafiq nəticələr çıxarılır.
Əlbəttə, bütün bu mərhələlərdə idarə edən tərəf - yəni rəhbərlik aparıcı qüvvə kimi
çıxış edir.
Məktəbin rəhbərliyi nəyi idarə edir?
1) Təlim-tərbiyə prosesinin təşkili və aparılmasını (icbari təhsilin yerinə
yetirilməsi; siniflərin komplektləşdirilməsi, vaxtında IX sinfə çatdırılma, bütün
fənlər üzrə ixtisaslı müəllimlərlə təmin olunma, fənlərin tədrisi vəziyyəti və
şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyəti, metodbirləşmələrin işi, tədris
proqramlarının yerinə yetirilməsi, fakültativ məşğələlərin təşkili və keçirilməsi,
peşəyönümü işinin təşkili, sinifdənxaric və məktəbdənkənar tədbirlər, məktəb
sənədləri, qərar, sərəncam, əmr və s. icrası və i.x.);
2) Tədris-maddi bazanı və maliyyə-təsərrüfat fəaliyyətini (məktəbin binası,
otaqları, qurğuları, maşınlar, inventar-avadanlığı, kommunikasiyalar, kitabxanası,
tərtibatı, məktəb muzeyləri, ərazisi və orada olan idman - sağlamlıq qurğuları,
coğrafiya meydançası, laboratoriya və fənn kabinetləri, atıcılıq tiri, yanğına qarşı
su hovuzu, smetaya əsasən ayrılmış vəsaitin səmərəli xərclənməsi, dərs
bölgüsünün obyektiv aparılması, statistik hesabatların hazırlanması və s.) idarə
edir.
"Rəhbərlik" daha geniş anlayışdır. Məktəbşünaslıq baxımından o, məktəbi
idarəetmənin əsas xətlərini, başlıca vəzifələrini müəyyən etmək, işə istiqamət
vermək, başcılıq etmək deməkdir. Buradan aydın olur ki, rəhbər - idarəetməni
həyata keçirən şəxsdir. Başqa sözlə, əmr etmək, qərar qəbul etmək, sərəncam
vermək səlahiyyəti verilən şəxsdir. (O, şəxsiyyət olsa daha gözəl olar)
İdarəetmənin obyektivliyi rəhbərdən çox asılıdır. Məktəbin özünüidarəsinin ali
orqanı məktəbin ümumi yığıncağı - konfransdır. Konfranslar arasında ali ictimai
özünüidarə orqanı məktəb şurasıdır. Təlim-tərbiyə prosesini inkişaf etdirmək və
təkmilləşdirmək, müəllimlərin və tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meyilini
yüksəltmək məqsədilə məktəbdə pedaqoji şura yaradılır. Məktəbə direktor başçılıq
edir. Məktəb həyatının əsas məsələləri demokratik prinsiplər əsasında kollegial


orqanlarda - məktəb və pedaqoji şuralarda həll edilir. İdarəedici tərəf - rəhbər və
kollegial orqan nə qədər çevik, səriştəli və peşəkar fəaliyyət göstərərsə, məktəbin
idarəetmə işləri də bir o qədər müvəffəqiyyətlə gedər.Məktəb rəhbərinin işi
kollegial orqan olan məktəb və pedaqoji şuraların işi ilə vəhdət təşkil edir.
Məktəbdə başqa kollegial qurumlar da fəaliyyət göstərir. Bu kollegial qurumlar
müvafiq əsasnamələrə uyğun fəaliyyət göstərirlər.Məsələn, ibtidai sinif
müəllimlərinin, sinif rəhbərlərinin və fənn müəllimlərinin metodbirləşmələri,
valideyn komitəsi, valideyn-müəllim assosiasiyası, həmkarlar təşkilatı, şagird
birliyi təşkilatı, digər növ şagird özünüidarə orqanları və s.Bəzi məktəblərdə
kollegial orqan kimi direktoryanı müşavirə də fəaliyyət göstərir. Bütün bu kollegial
orqanlar demokratik idarəetmənin ümumi strukturunun komponentləridir. Məktəb
işinin keyfiyyətini yüksəltməklə bağlı məsələlərin həllində onların hər biri öz
imkanı və səlahiyyəti dairəsində fəaliyyət göstərir. İdarəetmə və rəhbərlikdə
demokratik iş üslubu təhsil şuralarının - ictimai özünüidarə orqanlarına, şagirdlərin
fəaliyyətinin və özfəaliyyətinin hər vasitə ilə inkişaf etdirilərək maksimum
dərəcədə özünütəşkilinə və özünüidarəsinə keçməsində, kollegial orqanların
əməkdaşlığında, məktəb şuralarının tərkibinə müxtəlif kateqoriyalardan olan
nümayəndələrin seçilməsində, onların hər birinin rəyinə hörmətlə yanaşılması
əsasında həyata keçirilir. Demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan
inzibati-amirlik üsullarını rədd edir, idarəetmə və rəhbərliyi əməkdaşlıq üzərində
qərarlaşdırır, məktəbi uşaqlar üçün sevinc məktəbinə və sözün əsl mənasında,
tərbiyə ocağına çevirir. Əlbəttə bu, məktəb rəhbərlərinin məsuliyyətini əsla
azaltmır. Bu adamların hər biri idarəetmə və rəhbərlik baxımından öhdələrinə
düşən rolu yüksək səviyyədə yerinə yetirməyə borcludur. Həmin rol, vəzifə və
hüquqlar orta ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsində və digər normativ
sənədlərdə konkret şəkildə əks etdirilmişdir. Məsələn, direktor pedaqoji kadrların
düzgün seçilib yerləşdirilməsini təmin etməli, onların öz ixtisaslarını artırmaq,
elmi-nəzəri, təcrübi, mənəvi və mədəni səviyyələrini yüksəltmələri üçün əlverişli
şərait yaratmalı, şagirdlərin intizamına, təlim-tərbiyə işlərinin keyfiyyətinə,
məktəbdəki şagird özünüidarə orqanlarının və valideyn komitəsinin, valideyn-


müəllim assosiasiyasının tədbirlərinə, sinifdənxaric və məktəbdənkənar işlərin
məzmun və təşkilinə nəzarəti həyata keçirməli, məktəbin təmiri, maddi-texniki
bazasının zənginləşdirilməsi, ayrılmış maliyyə vəsaitinin düzgün xərclənməsi və
sair bu kimi mühüm işlərin qayğısına qalmalıdır.
İdarəetmənin və rəhbərliyin prinsiplərindən biri də aşkarlıq və
obyektivlikdir. Aşkarlıq və obyektivlik demokratiyanın təzahür formasıdır.
Aşkarlıq - hər şeyin hamı üçün aydın olması deməkdir. Təcrübə göstərir ki,
məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur və ictimai bəlaya
çevrilir. Aşkarlıq və obyektivlik olmayan yerdə təlim-tərbiyə işlərinin vəziyyətini
düzgün müəyyənləşdirmək, pedaqoji kollektivin, yaxud ayrı-ayrı müəllimlərin və
ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə qiymətləndirmək, işdə müvəffəqiyyətə
nail olmaq mümkün deyildir. Bu prinsip nəzarət üçün xüsusilə vacibdir. Nəzarətdə
aşkarlıq və obyektivlik fakt və hadisələri dərindən və elmi surətdə təhlil etməyi,
prinsipial olmağı, subyektivliyə yol verməməyi, ədalətli mövqe tutmağı tələb edir.
Məktəb rəhbərinin davranışı, iş yoldaşlarına və başqa adamlara münasibəti də
obyektivlik və prinsipiallığı ilə fərqlənməlidir. Bütün cəhətlərdən onun şəxsiyyəti
insanlara müsbət mənada tərbiyələndirici təsir göstərməlidir.
Ən vacib prinsiplər sırasında elmilik mühüm yer tutur. ümumiyyətlə, yaxşı
idarəetmə və rəhbərlik üçün peşəkarlıq, səriştəlilik, təcrübə, işgüzarlıq, dərin bilik
və bunların vəhdəti çox vacibdir. Bu vəhdət isə pedaqogika, psixologiya və
sosiologiya elmlərinin nailiyyətlərinə yiyələndikdə və onları təcrübədə tətbiq
etdıkdə yaranır. Bu keyfiyyətlər məktəb rəhbərləri, xüsusilə direktor üçün
səciyyəvi olmalıdır. Məktəb rəhbərləri geniş dünyagörüşünə, zəngin məlumata,
yeni üsullar axtarmaq, tapmaq, işdə tətbiq etmək qabiliyyətinə malik olmalı,
mürəkkəb təşkilati və pedaqoji məsələləri yaradıcılıqla və operativ surətdə həll
etməyi bacarmalıdırlar.Elmi idarəetmə-cəmiyyətin inkişaf qanunauyğunluqlarını,
mütərəqqi meyillərini dərk etmək və üzə çıxarmaq, obyektiv imkanları nəzərə
almaqla mütərəqqi meyillərə müvafiq onu istiqamətləndirməkdir.
Əgər məktəbin direktoru ümumən idarəetmənin, xüsusilə məktəb kollektivinə
rəhbərliyin elmi-nəzəri və praktik əsaslarını bilirsə o, işini elmi nailiyyətlərə və


qabaqcıl təcrübəyə əsaslanaraq dəqiq qurur, idarəetmə metodlarını ağılla tətbiq
edirsə, onda pedaqoji kollektivlə rəhbərlik arasında qarşılıqlı anlaşma yaranır,
müəllimlərin əməyi səmərəli təşkil olunur, onların elmi-nəzəri səviyyəsi və
peşəkarlığı yüksəlir.İdarəetmə işinə elmi yanaşma mövcud vəziyyəti obyektiv
qiymətləndirməyi təmin edir, məktəb kollektivinin fəaliyyətinə təkanverici təsir
etməyə imkan yaradır. Əldə edilən nailiyyətəri elmi mövqedən ümumiləşdirmək
bacarığı, real perspektiv planlar işləməyə, pedaqoji kollektivin qüvvəsini onun
(planın) yerinə yetirilməsinə istiqamətləndirməyə kömək edir, məktəblilərin təlim-
tərbiyəsinin səviyyəsini daha da yüksəltmək üçün yeni yollar açır. İdarəetmə və
rəhbərliyin prinsiplərindən biri də planlaşdırma və nəzarətdir. Planlaşdırma
idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə sistemində planlaşdırmanın mühüm rol
oynadığı sübuta ehtiyacı olmayan bir həqiqətdir. Hər bir iş planlaşdırmadan
başlanır. Plan ölçüdür, meyardır, mayakdır, kompasdır. Planlaşdırma - şagirdlərin
təlim-tərbiyəsini daha da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin
müəyyənləşdirilməsi və sistemləşdirilməsidir. Bəs nəzarət nədir? Nəzarət
idarəetmənin əsas tərkib hissələrindəndir. O, öz ifadəsini qəbul edilmiş qanunların,
qərarların, sərəncamların, əsasnamələrin, qaydaların, təlimatların, əmrlərin və s.
icrasının tələbə uyğunluğunu yoxlamaq deməkdir.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin