1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə18/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   14   15   16   17   18   19   20   21   ...   36
tehsilin-idare-olunmasl

Tematik təhlil pedaqoji prosesə sistemli yanaşma ilə bağlıdır. Parametrik
təhlildən fərqli olaraq tematik təhlil ayrılıqda görülmüş hər hansı bir pedaqoji
hadisə və prosesideyil, onların sistemini öyrənmək məqsədi güdür. Hər hansı fənn
üzrə mənimsəmənin keyfiyyətini öyrənmək üçün müəllimin təkcə bir dərsinin
müşahidəsi və təhlili kifayət deyildir; müəllimin dərslərini ardıcıl və sistemli
şəkildə müşahidə etmək, bunun əsasında mənimsəmə keyfiyyətini təhlil edib
aydınlaşdırmaq lazımdır.
Tematik təhlilin məzmunu çoxcəhətlidir: müəllim – şagird münasibətlərinin
humanistləşdirilməsi; müəllim şagird əməkdaşlığı; dərsdə şagirdlərin müstəqil işi;
təlimin inkişafetdirici funksiyasının həyata keçirilməsi; dərsin tərbiyəedici təsirinin
gücləndirilməsi üzrə iş sistemi və s. bu kimi məsələlər tematik təhlilin predmeti ola
bilər.
Tematik təhlilin materialları daha geniş təhlil üçün, o cümlədən, yekun təhlil
üçün əsas verir.
Yekun təhlil pedaqoji prosesin müəyyən bir dövr üçün əsas nəticələrini,
onları doğuran şərtləri, uğursuzluğun səbəblərini öyrənmək məqsədi güdür. Belə
təhlil, adətən, yarımillik və illik aparılır və öyrənilən məsələ ilə bağlı aydınlıq
yaradır. Yekun təhlil üçün müxtəlif materiallardan istifadə edilir: parametrik və
tematik təhlillər, təlim və tərbiyə prosesləri ilə bağlı yoxlama materialları, ayrı –
ayrı sahələr üzrə məhsul şəxslərin məlumat və hesabatları, məktəb sənədlərinin
araşdırılmasından əldə olunan məlumatlar və s. Yekun təhlil məktəbə rəhbərliyin
səmərəli təşkilinə kömək göstərir.
Göründüyü kimi, pedaqoji təhlilin hər üçü növü özünəməxsus vəzifələri
yerinə yetirir və məktəbin idarə olunmasında mühüm rol oynayır. Pedaqoji
təhlilin obyektləri çoxdur. Onların içərisində təlim, tərbiyə və məktəbin idarə
edilməsi ilə bağlı təhlillər əsas yer tutur.
1. Təlim işlərinin təhlilinin başlıca mövzusunu dərslərin təhlili təşkil edir.
Çünki dərslər həm təlimin, həm də tərbiyə işi təşkilinin əsas formasıdır. Məktəb
rəhbərləri müəllimlərin dərslərinin dinlənilməsi və təhlili ilə gündəlik məşğul
olurlar. Məktəb direktoru bu məqsədlə hər gün 2 saat vaxt sərf edir. Müxtəlif fənlər


üzrə dərslərin müşahidəsi və təhlili müəllimlərin elmi – metodik hazırlığı, pedaqoji
ustalığı, şagirdlərlə ünsiyyəti, dərslərə yaradıcı yanaşma səviyyəsi haqqında zəruri
informasiyalar əldə etməyə imkan verir.
Pedaqoji ədəbiyyatda dərslərin təhlilinin üç növü ayird edilir: geniş, qısa və
aspekt təhlil.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin