MÖVZU 3. TƏHSİLİN İDARƏ OLUNMASININ BİR ELM SAHƏSİ KİMİ
TƏŞƏKKÜLÜ VƏ İNKİŞAFI TARİXİNDƏN.
Əhatə olunacaq məsələlər
1. Təhsilin idarə edilməsinin metodoloji və nəzəri əsasları.
2. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi və təhsil sahəsində dövlət
siyasətinin əsas prinsipləri.
3. Təhsilin idarə edilməsinin yaranma və inkişafı tarixindən.
4. Təhsilin idarə edilməsinin əsaslarının formalaşdırılması.
1. Məktəbin idarəolunması ilə bağlı bütün məsələlərin məcmuu -
məktəbşünaslıq adlanır.Məktəbşünaslıq - pedaqoji elmin məktəbin
idarəolunmasının məqsədi, məzmunu və metodlarını, məktəbə rəhbərlik sistemini
özündə ehtiva edən bir sahəsidir.Başqa sözlə, məktəbşünaslıq-xalq və dövlət
tərəfindən məktəbin qarşısına qoyulan vəzifələri uğurla həll etmək məqsədilə
həyata keçirilən təşkilati-pedaqoji tədbirlər sistemidir.Məktəbşünaslığın mövzusu
məktəb işinin təşkili və idarəolunmasının məqsədyönlü prosesi, obyekti ümumi
təhsil sisteminin və məktəbin idarəolunması üzrə təhsil orqanları və məktəb
rəhbərliyinin çoxcəhətli fəaliyyətidir. "İdarə etmək-fəaliyyət göstərmək, təsir
etməkdir"(Stendal).
Təhsilin idarə edilməsinin metodoloji əsasını:
-1) Azərbaycan dövlətinin qanunvericiliyi;
2) ölkəmizdə məktəbə rəhbərlik və onun idarəolunması təcrübəsi;
3) pedaqoji elminin tarixi irsi təşkil edir.
Məktəbə rəhbərlik sosial xarakter daşıyır, cəmiyyətin və dövlətin irəli sürdüyü
məsələlərin kompleks həlli ilə bağlıdır.Azərbaycan Respublikasının Konstitusiyası,
Təhsil Qanunu, təhsillə bağlı dövlət başçısının fərman və sərəncamları, Milli
Məclisin qərarları, respublika hökumətinin qərar və sərəncamları ilə ifadə edilən -
qanunvericilik sistemini məktəbə rəhbərlik və onun idarəedilməsinin əsasını təşkil
edir.Orta əsrlərdə məktəb və mədrəsələrin, XIX əsrin 30-cu illərindən rus-tatar
məktəblərinin, Sovet hakimiyyəti illərində ümumtəhsil məktəblərinin
idarəedilməsinin mütərəqqi ənənələri və tarixi təcrübəsi, Azərbaycan pedaqoji
fikrinin görkəmli nümayəndələri N.Gəncəvi, N.Tusi, M.Füzuli, A.Bakıxanov,
M.Ş.Vazeh, M.F.Axundov, H.Zərdabi, S.Ə.Şirvani, F.Köçərli, R.Əfəndiyev,
N.Nərimanov, M.Ə.Sabir, C.Məmmədquluzadə, F.Ağazadə, M.T.Sidqi,
Ü.Hacıbəyov, S.S.Axundov, Ə.Seyidov, M.Mehdizadə və başqalarının pedaqoji
irsi məktəbin idarəolunması və ona rəhbərliyin əsas mənbələrindəndir.
2. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli
ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət
edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və
yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;
milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran,
nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli
mütəхəssis-kadrlar hazırlamaq;
sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim
artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək
fəaliyyətinə hazırlamaq.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan
hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və
insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul
оlunması;
demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin
dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların
genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;
bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar
yaradılması və təhsil hüququnun təmin оlunması;
millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların
dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması
və inkişaf etdirilməsi;
keyfiyyətlilik – təhsilin mövcud standartlara, nоrmalara, sоsial-iqtisadi tələblərə,
şəхsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;
səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və sоn
nəticəyə istiqamətlənən müasir metоdlarla təşkili;
fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris prоqramları və
planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı
pillələri arasında sıх dialektik qarşılıqlı əlaqənin təmin оlunması və оnun insanın
bütün həyatı bоyu ardıcıl davam etməsi;
varislik – təhsil sahəsində əldə оlunmuş bilik və təcrübənin ardıcıl оlaraq növbəti
nəslə (dövrə) ötürülməsi;
liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişləndirilməsi;
inteqrasiya – milli təhsil sisteminin dünya təhsil sisteminə səmərəli fоrmada
qоşulması, uyğunlaşması və qоvuşması əsasında inkişafı.
Müstəqil Azərbaycan Respublikasında təhsilə üstün strateji
əhəmiyyətli sahə kimi çox yüksək qiymət verilir.
Azərbaycan Respublikasının Təhsil Qanununda (2009) deyilir: “Azərbaycan
Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın,
cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet
fəaliyyət sahəsidir”.
Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlxalq
konvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq
müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin
prioritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya olaraq inkişaf edir.
Çoxpilləli təhsilə keçid prosesində pedaqoji, psixoloji fənnlərə üstün
əhəmiyyətli fənnlər kimi yanaşılması təhsili idarəetmənin əsaslarının daha
dərindən öyrənilməsini zəruri edmişdir. Bu səbəbdən də ali pedaqoji
müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan tələbələrin yüksək
ixtisaslı kadrlar kimi həyata hazırlanmasının əsas şərtlərindən birini də onların
təhsilinin təşkili və təhsili idarəetmə şərtlərindən birini də onların təhsilinin təşkili
və təhsili idarəetmə bacarıqlarınadərindən yiyələnmələri təşkil edir.
Azərbaycan Respublikasının Təhsil Qanununun 33-cü maddəsində deyilir
ki,təhsil verənlərin hüquqlarından biri də, təhsil müəssisəsinin Nizamnaməsinə
uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak
etməkdir.
Bu baxımdan ali pedaqoji təhsil müəssisələrində pedaqogikanın müstəqil bir
bölməsi kimi tədris olunan məktəbşünaslıq-təhsilşünaslıq çox əhəmiyyətli rola
malikdir.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra məktəbşünaslığın mövzu
dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş və o daha geniş tədris-metodiki, ictimai
məzmun daşıyaraq yeni istiqamətlə təhsilşünaslıqla zənginləşmişdir. Yəni bu gün
məktəbşünaslıq-təhsilşünaslıq olaraq məktəb işi, təhsilin təşkili və idarə edilməsi
ilə yanaşı, həm də təhsil sahəsində keyfiyyətin yüksəldilməsi, dövlətin təhsil
siyasətinin nəzəiyyəi və praktikasının işlənib hazırlanması, təhsilin yeni
məzmununun forma və metodlarının müəyyənləşdirilməsi, nəhayət beynəlxalq
standartlara uyğunlaşdırılmasında, pedaqogika elminin ən yaxın köməkçisinə
çevrilmişdir.
Məktəbşünaslıq eyni amanda təhsil sisteminin idarə edilməsinin strukturu,
obyekt və subyektlərin arasında sosial, inzibati, hüquqi, əmək və etik münasibətləri
tənzimləyən, təhsil prosesində didaktik prinsiplərə və optimal metodlara istinad
olunması imkanlarını oynayır.
Hər bir təhsil işçisinə çoxdan məlumdur ki, məktəbdə təlim-tərbiyə işinin
planlaşdırılması, metodik işin təşkili, məktəbdaxili rəhbərlik və nəzarətin necə
qurulmasından çox asılıdır. Bu məsələlərin düzgün optimal həlli yollarını məhz
məktəbşünaslıq öyrənir.
Məktəbşünaslıq kursu məktəb rəhbərlərinin məktəb Nizamnaməsindən irəli
gələn funksiyalarını və bu funksiyalaraın məqsədəuyğun bölüşdürülməsi və
əlaqələndirilməsini (koordinasiyası), pedaqoji əməyin elmi təşkilinin prinsiplərini
aydınlaşdırır, məktəbin tam demokratik, kollegial idarə edilməsinə istiqamət verir.
Bu səbəbdən də ali pedaqoji təhsil müəssissələrinin tədris planlarında
məktəbşünaslığın tədrisinə xeyli yer ayrılmışdır. Lakin uzun illərdən bəri
pedaqogika fənninin daxilində məktəbşünaslığın tədrisi istənilən effekti vermir.
Pedaqogika dərsliklərində verilmiş məktəbşünaslığa dair məhdud materiallar bu
fənnin bütün problemlərini indiki təhsil siyasətinin tələbləri baxımından tələbələrə-
gələcək kadrlara ətraflı şəkildə mənimsətməyə imkan vermir.
Buna görə də seçmə fənn- məktəbşünaslıq (Təhsili idarəetmənin əsasları)
adlı bir fənnin (kursun) tədrisinin öyrənilməsi çox əhəmiyyətlidir. Seçmə fəndə:
( 20 saat mühazirə, 20 saat seminar, 20 saat laborator məşğələ). Təhsili
idarəetmənin ümumi əsasları; Məktəbşünaslığın planlaşdırılması; Məktəbdaxili
rəhbərlik; Məktəbdaxili nəzarət; Məktəbin kollegial idarəetmə orqanları; Məktəbdə
metodiki iş; Müəllimlərin ixtisasının artırılması və attestasiyası; Məktəb sənədləri,
məktəbin tədris maddi bazası və maliyyə- təsərrüfat fəaliyyəti; pedaqoji əməyin
elmi təşkili və s. məsələləri öyrənir.
Kursun tədrisində tələbələrə öyrədilməlidir ki, Azərbaycan Respublikasında
Təhsil sisteminə rəhbərlik əsasən vertikal istiqamətdə, yəni yuxarıdan aşağıya
doğru həyata keçirilir. Ölkəmizdə təhsil sisteminin başında respublika Təhsil
Nazirliyi durur. Nazirliyin kollegiyasının qərarları və nazirin əmrləri təhsil
sisteminin bütün vəsilələrində icra edilir.
Təhsil sisteminin vəsilələrinə aiddir: Azərbayca Təhsil Nazirliyi, Naxçıvan
Muxtar Respublikasının Təhsil Nazirliyi, Şəhər Təhsil Şöbəsi, Rayon Təhsil
Şöbəsi ayrı-ayrı təhsil müəssisələrinin direktorluğu və ya rektorluğu.
Sadalanan orqanların və onların tərkibindəki qurumların işmiləri təhsilin
rəhbərləri hesab edilir.
Tədris müəssisələrində, məsələn, orta ümumtəhsil məktəbində və ya ali
məktəbdə də təhsilə rəhbərlik edən şəxslər var. Orta ümumtəhsil məktəblərində
direktor və onun müavinləri, məktəbdə ictimai əsaslarda fəaliyyət göstərən
qurumların başında duran şəxslər, yaxud ali məktəblərdə rektor və prorektorlar,
dekanlar və kafedra müdirləri də təhsil rəhbərlərinə aiddir.
Respublikamızda indiyədək təhsil rəhbərləri ayrıca ixtisas sahibləri kimi
hazırlanmamışdır. Təhsil sahəsində rəhbər vəzifələrə adamlar ya müsabiqələr yolu
ilə seçilmiş, yaxud müəllimlərdən ən bacarıqlıları müəyyənləşdirilərək təyin
edilmişdir.
Son zamanlar bəzi xarici ölkələrdə təhsilə rəhbərlik edəcək mütəxəssislər
hazırlanmasına başlanmış və belə mütəxəssislərə təhsil meneceri deyilmişdir.
Azərbaycan Respublikasında da təhsilə rəhbərlik edəcək kadrların
hazırlanması üzərində düşünülür. Bu yeni meyl reallaşdırlanadək biz indidən
ümumtəhsil məktəbində pedaqoji prosesə xidmət mövqeyindən təhsilə rəhbərliyin
bəzi məsələləri ilə tələbələrimizi tanış etmək istərdik. Bu kursun əsas
vəzifələrindən biridir. Bu günkü tələbə gələcəyin sahibi və idarəedicisir.
Azərbaycanda təhsilə üstün strateji əhəmiyyətli sahə kimi yanaşılması,
fasiəsiz, milli təhsil konsepsiyasının həyata keçirilməsi təhsilin milli bəşəri
inteqrasiyasına nail olmaqla onun dünya standartlarına uyğunlaşdırılması
Azərbaycan Respublikasının təhsil siyasətinin əsas mahiyyətini təşkil edir. Bunlar
isə təhsilin idarə edilməsi qarşısında yeni tələblər qoyur.
Təhsilin bütün vəsilələrinə, ocümlədən məktəbə, pedaqoji prosesə, hadisə və
obyektlərə rəhbbərlik edərkən təhsilin özünəməxsus qanunauyğunluqlarını nəzərə
almaq vacibdir. Pedaqoji rəhbərlik, təhsili idarəetmə müəyyən əhəmiyyətə
malikdir.
Təhsili idarəetmənin obyektinə bütün təhsil sistemi, o cümlədən tədris, elmi-
tədqiqat və məktəbdənkənar uşaq müəssisələri, təhsil şöbələri və s. daxildir.
Tədris-tərbiyə prosesini idarə etməkdə əsas məqsəd şəxsiyyətin inkişafını təmin
etməkdir. Tərbiyə, təlin və təhsil prosesi dövlət təhsil sistemi, ictimai təşkilatlar,
ayrı-ayrı vəzifəli şəxslər, eləcə də özəl müəssisələrdə rəhbərlər tərəfindən idarə
olunur. Azərbaycan Respublikasında təhsili idarəetmə sisteminə Respublika Təhsil
Nazirliyi, Naxşıvan Respublikasının Təhsil Nazirliyi, Təhsili rayon (şəhər) şöbələri
daxildir ki, bunların fəaliyyətini Respublika Təhsil Nazirliyi tənzimləyir. Nazirlik
bütün tip məktəblər, pedaqoji universitet və institutlar, orta ixtisas məktəbləri üçün
tədris planı və proqramları hazırlayır,təsdiq edir. Təhsil Nazirliyi həm də təhsil
qanununun yerinə yetirilməsinə, məktəblərin maddi bazasına, müəllimlərin,
məktəb rəhbərlərinin ixtiasının artırılmsına, elmi-pedaqoji tədqiqatların
istiqamətləndirilməsinə və s. nəzarət edir, bunlar üçün məsuliyyət daşıyır.
|