1. Təhsili idarəetmənin ümumi əsaslari


Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə10/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
tehsilin-idare-olunmasl

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi. Hər bir təhsil öz
Nizamnaməsi əsasında fəaliyyət göstərir. Həmin nizamnamələr isə Nümunəvi
Nizamnaməyə uyğun olaraq tərtib olunur. Ümumtəhsil məktəbinin Nümunəvi
Nizamnaməsi (bundan sonra məktəb nizamnaməsi kimi işlənəcək) Təhsil
Qanununa uyğun hazırlanmışvə respublikanın bütün ümumtəhsil məktəblərinin
fəaliyyətini tənzimləyir. Bu Nizamnamə hər bir ümumtəhsil nəktəbi üçün fərdi
nizamnamənin hazırlanmasında əsas hesab olunur. 
2011 – ci il 13 yanvar tarixində təsdiq edilmiş məktəb nizamnaməsi 12
bölmədən ibarətdir.
“Ümumi müdəalar” adlanan I bölmə ümumtəhsil məktəbin yaradılması,
mülkiyyət formaları (dövlət, bələdiyyə və özəl məktəblər), tədris dili, məktəbdə
psixoloji, tibbi və iaşə xidmətinin təçkili, məktəbin inzibati və maliyyə - təsərrüfat
fəaliyyətinini mövcud qanunvericilik çərcivəsində həyata keçirməkdə sərbəstliyi və
s. məsələlər öz əksini tapmışdır.


II bölmədə ümumtəhsil məktəbinin strukturu nəzərdən keçirilir: məktəbdə
ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər), tam orta (X-XI siniflər) təhsil
səviyyələri müəyyən edilir. 5 yaşlı uşaqlar üçün məktəbdə hazırlıq sinifləri açıla
bilər. 6 yaşlı uşaqlar I sinfə qəbul olunur. Siniflərdə şagirdlərin sayı 20 nəfər
olmaqla müəyyən edilir.
III bölmədə ümumtəhsil məktəbinin fəaliyyətinin əsasları öz əksini
tapmışdır. Burada ümumtəhsil məktəbinin ümumi vəzifəsi ilə yanaşı, onun ayrı –
ayrı səviyyələrinin (ibtidai, ümumi orta və tam orta təsilin) vəzifələri də müəyyən
edilmişdir. məktəbdə bir qayda olaraq, əyani təhsil forması həyata keçirilir. Zəruri
hallarda digər təhsilalma formaları da həyata keçirilir (fərdi təhsil, sərbəst
(eksternat) təhsil, evdə təhsil və s.).
IV bölmə ümumtəhsil məktəbində təlim - tərbiyə prosesinin təşkili
məsələlərini əhatə edir. Dərs ili iki yarımilə bölünür, il ərzində üç tətil müəyyən
edilir, I sinifdə əlavə 6 günlük tətil verilir. Dərslər hazırlıq siniflərdə 35 dəq., digər
siniflərdə 45 dəq. Keçirilir. İbtidai təlimdə şagirdlərin təkrar sinifdə saxlanmasına
yol vermir (uzun müddət xəstəlik, yaxud məktəbdən yayınma hallarından başqa).
V bölmə ümumtəhsil məktəbinin idarə olunmaasına həsr edilir. Məktəbdə ali
idarəetmə orqanı olan pedaqoji şuradan əlavə digər özünüidarə orqanları (ümumi
yığıncaq, elmi – metodik, şagird və valideyn şuraları) yaradıla bilər. Məktəbə
Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor rəhbərlik edir. Direktorun və
digər rəhbər, pedaqoji və texniki işçilərin hüquq və vəzifələri məktəbin öz
nizamnaməsi ilə müəyyən olunur.
VI – IX bölmələrdə ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin
iştirakçıları, təhsilalanların, təhsilverənlərin və valideynlərin hüquq və vəzifələri öz
əksini tapmışdır.
Nizamnamədə habelə umumtehsil məktəbinin maliyyə - təsərrüfat fəaliyyəti,
maddi – texniki bazası (X bölmə), umumtəhsil məktəbinə aid sənədlər (XI bölmə),
ümumtəhsil məktəbinin beynəlxalq əlaqələri (XII bölmə) müəyyən edilmişdir.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin