Konstitusiyada
vətəndaşların hüquqları ilə yanaşı
vəzifələri də göstərilmidir.
Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından
bilavasitə irəli gələn vəzifələr daşıyır.
Konstitusiya
din və dövlət arasındakı münasibətləri də tənzimləyir.
Azərbaycan Respublikasında
din dövlətdən ayrıdır. Bütün dini etiqatlar dövlət
qarşısında
bərabərdir; insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə
zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği
qadağandır; dövlət təhsil
sistemi dünyəvi xarakter daşıyır.
Konstitusiyada
dövlət dili ilə bağlı xüsusi maddə vardır. Orada göstərilir ki,
Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan dilidir.
Azərbaycan
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir; Azərbaycan Respublikası
əhalinin danışdığı
başqa dillərin sərbəst işlədilməsini və inkişafınıda təmin edir.
Dostları ilə paylaş: