1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə8/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
tehsilin-idare-olunmasl

Təhsil qanunu. Təhsilin idarə edilməsində rəhbər tutulan və başlıca dövlət
sənədi olan Azərbaycan Respublikasının Təhsil Qanunu Azərbaycan Respublikası
Milli Məclisi tərəfindən 2009 – cu ilin 19 iyun tarixində qəbul olunmuş, həmin ilin
5 sentyabrında qüvvəyə minmişdir. Təhsil Qanunu vətəndaşların Konstitisiya ilə
təsbit edilmiş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas
prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən
edir. Təhsil Qanunu 6 fəsildən ibarətdir. I fəsildə ümumi müddaəlar, II fəsildə
təhsil sistemi, III fəsildə təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin
hüquq və vəzifələri, sosial müdafiəsi, IV fəsildə təhsil iqtisadiyyatı, V fəsildə təhsil
sahəsində beynəlxalq əlaqələr, VI fəsildə keçid və yekun müddəaları öz əksini
tapmışdır.
I “Ümumi müddalar” fəslində nəzərdən keçirilən anlayışlar təhsili
idarəetmə nəzəriyyəsinin əsas anlayış və kateqoriyarını əhatə edir. Onları bir neçə
qrupa bölmək olar: - təhsil müəssisələrinin tipləri və növləri ilə bağlı anlayışlar
(gimnaziya, lisey, kollec, institut, universitet, akademiya və s.); - təhsilin
formalarını əks etdirən anlayışlar (formal, qeyri – formal, informal təhsil);
təhsilalma formalarını əks etdirən anlayışlar (əyani, qiyabi, distant, sərbəst
(eksternat) təhsil, evdə təhsil, fərdi təhsil); - təhsilin məzmunu ilə bağlı anlayışlar


(təhsil, təhsil proqramı (kurikulum), tədris planı, təhsil krediti və s.); - ali təhsilin
pillələri, elmi dərəcə və adları əks etdirən anlayışlar (bakalavriat, magistratura,
doktorantura, rezidentura, adyunktura, tyutor, həkim – mütəxəssis, fəlsəfə doktoru,
dosent, elmlər doktoru, professor və s.); - təhsil müəssisələrinin açılışı,
fəaliyyətlərininin qiymətləndirilməsi, onlara nəzarətlə bağlı anlayışlar (lisenziya,
attestasiya, akkreditasiya, sertifikat, nostrifikasiya və s.).
Təhsil qanunvericiliyinin başlıca məqsədi vətəndaşların təhsil hüququnun
təmin edilməsindən, təhsil sisteminin inkişafı üçün hüquqi təminatların
yaradılmasından ibarətdir. Təhsilin əsas məqsədi kimi milli – mənəvi və
ümumbəşəri dəyərlərə yiyələnən, dərin bilikli, müstəqil və yaradıcı düşünən
vətəndaş – şəxsiyyətlər yetişdirmək, onların ictimai və səmərəli əmək fəaliyyətinə
hazırlamaq tələbi qoyulmuşdur.
Təhsil Qanunu təhsil sahəsində dövlət standartlarını müəyyən etmişdir. Bu
standartlar müəyyən dövr üçün (5 ildən az olmayaraq) təhsil sahəsində vahid
dövlət tələblərini əks etdirən ümumi normalar məcmusundan ibarətdir. Təhsil
müəssisələrinin fəaliyyətinin, təhsil səviyyəsinin qiymətləndirilməsində, habelə
attestasiya və akreditasiyada dövlət təhsil standartları əsas götürülür.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin