1. Təhsili idarəetmənin ümumi əsaslari


II. “Azərbaycan Respublikasının təhsil sistemi”



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə9/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   5   6   7   8   9   10   11   12   ...   36
tehsilin-idare-olunmasl

II. “Azərbaycan Respublikasının təhsil sistemi” fəslində təhsil sisteminin
quruluşu, təhsilin keyfiyyət səviyyəsi, məzmunu, formaları, pillələri və səviyyələri,
təhsil meəssisəsi, onun tipləri və növləri, orada iaşə və tibb xidməti kimi məsələlər
nəzərdən keçirilir.
III. “Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları,
vəzifələri və sosial müdafiəsi” fəslində təhsil sahəsində dövlətin vəzifələri
müəyyən edilir. Təhsil müəssisələrinin nümunəvi nizamnamələrinin, dövlət təhsil
standartlarının və proqramlarının, təhsil haqqında dövlət sənədlərinin
nümunələrinin və onların verilməsi qaydalarının, attestasiyanın aparılması
qaydalarının, pedaqoji işçilərin dərs yükü normalarının müəyyən edilməsi və
təsdiqi və s. vəzifələri Nazirlər Kabineti həyata keçirir. Təsdiq edilmiş normativ
sənədlərin, proqram və nizamnamələrin icrasına nəzarəti, təhsil müəssisələrində


attestasiya və akkreditasiyanın keçirilməsi və digər vəzifələri Təhsil Nazirliyi
reallaşdırır.
IV. “Təhsil iqtisadiyyatı” fəslində təhsil sistemində mülkiyyət
münasibətləri, təhsil müəssisələrinin maliyyələşdirilməsi, orada sahibkarlıq
fəaliyyəti, keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi kimi məsələlər
nəzərdən keçirilir. Dövlət və bələdiyyə təhsil müəssisələri dövlət və yerli büdcənin
vəsaitləri hesabına maliyyələşdirilir.
V. “Təhsil sahəsində beynəlxalq əlaqələr” fəslində təhsil sahəsində
beynəlxalq əməkdaşlıq və xarıcı əlaqələr, əcnəbilərin təhsil almaq hüququ öz
əksini tapmışdır. Təhsil müəssisəsi beynəlxalq səviyyəli birgə elm və təhsil
layihələrinin hazırlanması, kadr mübadiləsi, birgə konfransların keçirilməsi,
müştərək mərkəzlər, filiallar, laboratoriyalar yaradılması və əməkdaşlığın qanunla
yol verilən digər formalarını həyata keçirə bilər.
Nəzərdən keçirilən Təhsil Qanunu təhsil sahəsində müvafiq qanunların və
digər normativ hüquqi aktların, o cümlədən məktəb Nizamnaməsi və
əsasnamələrin qəbul edilməsində baza rolunu oynayır. 

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin