s., magistratura, doktorantura, məktəbdənkənar təlim və tərbiyə, sərbəst təhsil,
ixtisasartırına və kadrların yenidən hazırlanması daxildir.
Məktəbəqədər tərbiyə müəssisələri. Məktəbəqədər tərbiyə müəssisələrinə
körpələr evi, körpələr evi-bağçalar, uşaq bağçaları, ailə-bağçalar, məktəb-bağçalar,
bağça-internatlar, uşaq evləri və s, daxildir.
Məktəbəqədər uşaq müəssisələrində evdarlıq, vətənpərvərliklə bağlı oyunlar,
xor mahnıları, dövlət rəmzləri, himn öyrədilir və s.
Ümumtəhsil məktəbləri. Ümumtəhsil məktəbi üç pillədən: ibtidai təhsildən
(I-IV siniflər), əsas təhsildən (V-IX siniflər), orta təhsildən (X-XI siniflər) ibarətdir.
Üçüncü pilləni başa vuranlar tam orta təhsil alırlar.
İbtidai təhsil 6 yaşdan başlayır. Əsas təhsil məcburidir. Ümumtəhsil
məktəblərinin üçüncü (orta təhsil) pilləsində təlim təbiət-riyaziyyat və humanitar
təmayüllər üzrə aparılır. Xüsusi istedada malik şagirdlər üçün ixtisas sinifləri açılır.
İşləyən gənclərin təhsil ala bilməsi üçün ümumtəhsil müəssisələri
bazasında axşam və qiyabi təhsil sinifləri, qrupları açılır.
Sosial yardıma və saqlamlıqlarının bərpasına ehtiyacı olan
uşaqlar üçün
Dostları ilə paylaş: