1.Turizm statistikasının vəzifələri haqqında anlayış Statistika elminin hərtərəfli öyrənilməsi sosial və iqtisadi həyatda baş verə biləcək dəyişikliklərin dərk edilməsində xüsusi rol oynayır. Bu istiqamətdə zəruri komponentlərdən biri də onun vəzifələri və təşkili prinsipləri hesab olunmalıdır.Müasir dövrdə statistikanın xeyli sayda vəzifələri vardır ki, bunlardan əsas olanı respublikamızdakı sosial-iqtisadi 1 hadisələrin hərtərəfli işıqlandırılmasıdır. Bu hadisələrin dərk edilməsində ən qüdrətli vasitə olan statistikanın müasir şəraitdə əhəmiyyəti daha da artmışdır. Belə şəraitdə regional və ölkə səviyyəsində yeni göstəricilər sisteminin yaradılması zəruri ortaya çıxdı. Bütün bunlar beynəlxalq uçot və statistika təcrü bəsində qəbul edilmiş, bazarın tələblərini ödəyə bilən Milli Hesablar Sisteminə (MHS) keçidi zərurətə çevir-di. Respublika statistikasının təcrübəsində MHS-in tətbiqi ilk növbədə ölkənin uçot va statistika göstəriciləri sistemində bazarın tələblərinə uyğun dəyişikliklərin aparılmasını, onların müəyyənləşdirilməsi metodologiyasına və dövlət statistika formalarına yenidan baxılmasını nəzərdə tutur.1994-cü il 18 fevral tarixli Prezident Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının "Statistika haqqında Qanunu Milli Məclisdə təsdiq edilmişdir. Dövri olaraq həmin Qanuna dəyişikliklərin aparılması nəzərdə tutulmuş və həyatı keçirilmişdir ki, onlardan biri də Qanunun adına "Rəsmi" kəliməsinin əlavə olunması idi. Normativ tənzimləmə baxımında statistika işinin sistem- təşkili və həyata keçirilməsində bu sahəyə aid qəbul olunan Dövlət Proqramları mühüm əhəmiyyət kəsb edir. Dövlət Proq ramlarında nəzərdə tutulan ilkin vəzifələr həm də cari fəaliyyət dövrü üçün iş planları kimi də qiymətləndirilməlidir. Onlar üzra ümumiləşdirmələrin aparılması çoxsaylı bölmələrin zəruriliyinə diqqət çəkir ki, bunlardan mühüm olanlarına aid edilə bilər:
✓milli hesablar və iqtisadi balanslar sisteminin, sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanma- Si metodologiyasının təkmilləşdirilməsi;
✓ beynəlxalq standartlara uyğun olaraq statistika müşahi dələrinin və göstəricilərin metodologiya və proqram-ların təkmilləşdirilməsi;
✓ beynəlxalq statistikanın tələblərinə müvafiq olaraq müəssisələr statistikasına keçidin inkişaf etdirilməsi; ✓ iqtisadi-statistik təsnifat sisteminin inkişaf etdirilmə-sinə va beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara uyğun milli təsnifatların tətbiqi;
✓turizm statistikasının təkmilləşdirilməsi sahəsində həlli zaruri probləmlərin şərhi;
✓ statistika məlumatlarının nəşr edilməsi və yayılması üzrə işlərin təkmilləşdirilməsi və məlumatların qorun-masının təmin edilməsi;
✓ dovlat statistika sisteminin informasiya texnologiyası- nin, texniki və proqram-texnoloji təminatının təkmil- laşdirilmasi,
✓ statistika faaliyyətinin qanunvericilik aktlarının inkişaf etdirilmasi, DSK-nın strukturunun təkmilləşdirilməsi və statistik sistemin kadr potensialının möhkəmlən-masi,
✓ statistika sahəsində beynəlxalq alaqalari gücləndiril masi, DSK-nin BMT, Avropa Birliyi, Beynəlxalq Val- yuta Fondu, Dünya Bankı və s. beynəlxalq təşkilatların statistik xidmətlərilə geniş, hartarafli əməkdaşlıq və s.
Ölkəmizin müstəqillik əldə etməsində sonra ilk dəfə 1992- ci il 11 avqust tarixli prezident fərmanı ilə Azərbaycan Respublikasında beynəlxalq təcrübədə qabul edilmiş uçot va statistika standartları sisteminə keçid haqqında Dövlət Proqramı tasdiq edildi ki, bu da 1992-1997-ci illər ərzində reallaşdırıldı. Programin hayata keçirilməsinə rahbarlik Dövlət Statistika Komitəsinə həvalə edilmişdi. Registr ilk növbədə iqtisadiyyatda baş verən institutsional dayişikliklərin izlənməsi, ümumi və seçmə statistika müşahidələrinin təşkili üçün lazımdır.Müəssisələr registrinin əsas vəzifəsi - statistik müşahidə obyektlərinin məcmusunun tamlığının və düzgünlüyünün təmin edilməsidir. Planlı iqtisadiyyat dövründə ölkəmizdə müəssisələr registri olmamışdır. Müəssisələrin nisbi sayının az olması və tət- biq olunan ümumi uçot metodu statistika prosesini müəssisələr registri olmadan da təşkil etməyə imkan verirdi. Lakin, ölkəmiz- də bazar münasibətlərinin təşəkkül tapması və inkişafı təsərrüfat subyektlərinin sayının xeyli artması müəssisələrin fəaliyyətinin ənənəvi ümumi müşahidə metodu ilə öyrənilməsini mümkünsüz etdi. Beləliklə, müəssisələr registrinin yaradılması obyektiv zǝ- rurətə çevrildi. Müəssisələr registrinin əsas funksiyaları aşağıda- kılardır:
1. statistik müşahidə vahidlərinin baş məcmusunun formalaş- dırılması;
2. hər bir statistik uçot vahidi haqqında kəmiyyət göstəricilərinin əldə edilməsi;
3. riyazi statistika metodlarının tətbiqi;
4. bütün təsərrüfat subyektləri üzrə demoqrafik göstəricilərin formalaşdırılması və s.
Bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun olaraq statistika materiallarının komputerləşdirilməsi çox mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Statistik məlumatların topla mılması, işlənilməsi və ötürülməsi vasitələrinin və metodlarının inkişaf etdirilməsində yeni informasiya-kommunikasiya texno- logiyalarının tətbiqinə böyük ehtiyac vardır. Bu məqsədlə statis- tik hesabatların və informasiyanın maksimum avtomatlaşdırıl- mış işlənilməsi təmin edilməlidi