1. Təhsili idarəetmənin ümumi əsaslari



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə29/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
tehsilin-idare-olunmasl

1. İdeya inamı. Məktəb kollektivi çoxcəhətli münasibətlərdə, əməkdə,
şagirdlərin şüurunda yüksək idealları əks etdirməlidir. Kollektivin məqsədlərində
ümumxalq maraqları öz əksini tapmalıdır. İdeya inamı kollektivin hərəkətverici
qüvvəsi kimi o zaman çıxış edə bilər ki, yüksək ideyalar insanın fikir, hiss və
fəaliyyətinin vəhdətinə əsaslansın və həyata keçirilsin.
2. Məktəb kollektivinin ideya və təşkilatı əsaslarının birıiyi. Bu prinsip
kollektivin işinin məzmun və formalarını birgə qüvvə ilə - məktəbdə fəaliyyət
göstərən bütün təşkilat və qurumların səyı ilə müəyyən etməyi və birgə həyata
keçirməyi nəzərdə tutur. 
3. Pedaqoqun rəhbər rolu. Tərbiyəedici qüvvə kimi kollektiv o zaman
səmərəli fəaliyyət göstərir ki, o, böyük ideallarla yaşayan, təcrübəli, müdrik
insanlar tərəfindən düzgün istiqamətləndirilmiş olsun.
4. Məktəbdə müəllim və şagirdlər arasında, habelə müəllimlərin və
şagirdlərin öz aralarında münasibətlərin zənginliyi. Müəllim və şagirdlərin
maraqlarında və mənəvi təlabatlarında ümumilik, qarşılıqlı mənəvi zənginləşmə
prosesi müəllim məktəb kollektivinin əsas xüsusiyyəti olmalıdır.
5. Tərbiyəçi və tərbiyə olunanların mənəvi həyatının parlaq ifadə
olunmuş vətəndaşlıq sahəsi. Müəllim və şagirdlər təkcə sinifdə - dərsdə
görüşməməlidirlər. Məktəbdə ancaq münasibətlərin bu sahəsi mövcud olarsa,
məktəb kollektivi tərbiyə qüvvəsi kimi çıxış edə bilməz. Müəllim və şagird həm də
iki vətəndaş kimi qarşılıqlı təsirdə olmalıdırlar; yalnız belə şəraitdə onlar tərbiyəçi
və tərbiyə olunan kimi fəaliyyət göstərə bilərlər.
6. Özfəaliyyət, yaradıcılıq və təşəbbüskarlıq – bu prinsiplər məktəbdə
kollektiv üxvləri arasında rəngarən münasibətlərin əsasını təşkil etməlidir. Yalnız
kollektivin hər bir üzvünün tərbiyə prosesində gündəlik fəal iştirakı şəraitində
həqiqi özfəaliyyət, yaradıcılıq və təşəbbüskarlıq mümkündür.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin