1. Təhsili idarəetmənin ümumi əsaslari


Kollektivin tərbiyəsi yolları



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   28   29   30   31   32   33   34   35   36
tehsilin-idare-olunmasl

Kollektivin tərbiyəsi yolları. Kollektivi təşkil edib formalaşdırmaqla
yanaşı, onun tərbiyəsi qeydinə də qalmaq lazımdır. Əks halda böyük zəhmətlə
yaradılan kollektiv inkişaf etməz, zəifləyib dağıla bilər. Məktəb şagird
kollektivinin tərbiyəsi üçün müxtəlif yollardan istifadə edilir:
a) kollektiv qarşısında fərəhli məqsədlərin qoyulması;
b) məktəbdə tərbiyəvi ənənələrin yaradılması;
c) kollektivdə fəalların rolunun və sayının artırılması;
ç) kollektiv üzvləri arasında səmimi qarşılıqlı münasibətlərin yaradılması.
Kollektivin tərbiyəsinin əsas yolu onun qarşısında fərəhli məqsədlərin
qoyulmasıdır. Fərəhli məqsəd uğrunnda mübarizə kollektivi möhkəmlədir, onun
həyatına sevınc və gümrahlıq gətiriir. Tərbiyə işinin ustası A.S.Makarenko insan
həyatında sabahkı sevincin, fərəhli günün böyük stimul rolu oynadığını qeyd
edərək yazırdi ki, insanı həyatda yaşadan – onun sabahkı fərəhli günüdür – sabahkı
sevincidir: insanı tərbiyə etmək – onun sabahkı fərəhli gününü təmin edən
perspektiv yolları təyin etmək deməkdir.
A.S.Makarenko kollektiv qarşısında qoyulan fərəhli perspektiv məqsədlərin
üç növünü müəyyən etmişdi: yaxın, orta və uzaq perspektivlər.
Yaxın perspektiv yaxın vaxt (7 -10 gün) üçün qoyulan fərəhli məqsədlərdir.
Məsələn, kinoya, teatra, konsertə, gəzintiyə getmək, sinfi bayrama hazırlamaq,


məktəb həyətində gül – çiçək əkmək, idman yarışına hazırlaşmaq və s. belə
perspektiv məqsədlər kollektiv səy və birgə sevinc doğurduqda daha böyük
tərbiyəvi təsirə malik olur.
Orta perspektiv nisbətən çox (2 – 3 ay) vaxt tələb edən fərəhli məqsədlərdir.
Məsələn, səyahətə hazırlaşmaq, olimpiadaya hazırlaşmaq, məktəb və rayon
miqyasında futbol və ya voleybol yarışı keçirmək, buraxılış gecəsinə hazırlaşmaq,
yay düşərgəsinə hazırlaşmaq və s. orta perspektivlərin ildə 2 – 3 – dən olması
məsləhət deyildir, çünki bu tədbirlərə ciddi hazırlaşmaq lazım gəlir. Belə
məqsədlərin icrasına daha çox şagirdi cəlb etmək, bütün qüvvələri səfərbərliyə
almaq əsas şərtdir: tədbirin planlaşdırılması, təşkili, təhlili hamının iştirakı və
fəallığı ilə olduqda kollektivi daha çox möhkəmlədir.
Uzaq perspektiv uzun müddət (1 – 2 il) üçün qarşıya qoyulan fərəhli
məqsədlərdir. Məsələn, məktəbdə sex və emalatxanalar yaratmaq, ictimai – faydalı
məhsul istehsal etmək, məktəb həyətini, qəsəbəni abadlaşdırmaq və s. Şagirdləri
məktəbin perspektiv məqsədlərinə, onun uğurları və çiçəklənməsi naminə
mübarizəyə, ümumxalq və dövlət əhəmiyyətli işlərə cəlb etmək lazımdır. Bu,
yeniyetmə və gənclərin vətəndaşlıq, şəxsi ləyaqət və qürur hisslərinin
formalaşması baxımından əhəmiyyətlidir.
Kollektivin tərbiyəsində ənənələrin rolu da böyükdür. Ənənə dedikdə, dövri
olaraq təkrarlanan və hamı tərəfindən qəbul edilən möhkəm qaydalar başa düşülür.
Ənənə kollektivi birləşdirir, onun həyatına gümrahlıq, gözəllik verir.
A.S.Makarenko ənənəni “ictimai yapışqan” adlandırıb qeyd edirdi ki, heç nə ənənə
qədər kollektivi möhkəmlətmir.
Məktəb təcrübnəsində ənənələr iki tipli özünü göstərir: daxili intizam
qaydaları ilə bağlı və kütləvi tədbirlərlə bağlı ənənələr. Birinci hala məktəbin rejim
və intizam qaydalarının illərlə təkrar olunub möhkəm adət şəklinə düşməsi
nəticəsində yaranan ənənələr daxildir. Kütləvi tədbirlərlə bağlı ənənələr dövri
olaraq təkrarlanan və təntənəli şəkildə keçirilən kütləvi tədbirlərdir.
Kollektivi inkişaf etdirməyin bir yolu da fəalların rolunu artırmaq üçün
qayğı göstərməkdən ibarətdir. Fəallar kollektivin canlı özəyini təşkil edir,


tərbiyəçinin yaxın köməkçisi kimi çıxış edirlər. Onlar kollektivin gündəlik
həyatında yaxından iştirak edir, təşəbbüs göstərir, öz yoldaşları üçün nümunə
olurlar.
Fəalların iki növü ayırd edilir: işlək fəallar və ehtiyat fəallar. Birincilər
kollektivin aparıcı qüvvəsi kimi çıxış edirsə, ikincilər ehtiyat qüvvə rolunu
oynayırlar.
Kollektivin tərbiyəsində şəxsiyyətlərarası səmimi arşılıqlı münasibətlərin
yaradılması, yoldaşlıq və dostluğun möhkəmləndirilməsi də mühüm şərtdir.
Kollektivdə münasibətlər qarşılıqlı rəğbət, hörmət, bərabərlik, yoldaşlıq və
dostluğa əsaslanmalıdır. Belə münasibətlər kollektivi birləşdirir, onu
mehribanlaşdırır və möhkəmləndirir.
Məktəbdə müxtəlif yaşlı şagirdlər arasında səmimi münasibətlərin
yaranmasına da qayğı göstərmək lazımdır. Bu işdə ümumməktəb tədbirləri (oyun
və yarışlar, iməciliklər, bayramlara birgə hazırlıq və s.) ilə yanaşı, böyük
sagirdlərin kiçiklər üzərində həm kollektiv (siniflər üzrə), həm də fərdi hamilik
etmələri mühüm əhəmiyyət kəsb edir.

Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin