1. Təhsili idarəetmənin ümumi əsaslari


MÖVZU 14. MƏKTƏBİN MALİYYƏ - TƏSƏRRÜFAT FƏALİYYƏTİ



Yüklə 464,64 Kb.
Pdf görüntüsü
səhifə34/36
tarix14.05.2023
ölçüsü464,64 Kb.
#113481
1   ...   28   29   30   31   32   33   34   35   36
tehsilin-idare-olunmasl

MÖVZU 14. MƏKTƏBİN MALİYYƏ - TƏSƏRRÜFAT FƏALİYYƏTİ,
MADDİ - TEXNİKİ BAZASI.
Əhatə olunacaq məsələlər
1. Təlim-tərbiyə işinin keyfiyyətinin məktəbin maliyyə təsərrüfat fəaliy-
yətinə rəhbərlikdən asılılığı.
2. Məktəbin maddi-texniki bazası.
3. Məktəb sənədləri və onların qruplaşdırılması.
4. Məktəbin bücəsi və təsərrüfat təminatı. 
Müasir dövrdə təhsilin yüksək səviyyədə idarə edilməsi məktəb sənədləri ilə
işin təşkilini, eləcədə məktəbin tədris maddi bazası və maliyyə-təsərrüfat
fəaliyyətinin daim nəzarətdə saxlanılmasını və təkmilləşdirilməsini tələb edir.
Nümunəvi məktəblərin təcrübəsi göstərir ki, idarəetmədə çox şey məktəb
sənədlərinin aparılmasından və hesaba alınmasından asılıdır. Görülmüş işlərin
qeydiyyatı məktəbin fəaliyyət salnaməsinə çevrilir, təlim-tərbiyə işinin necə həyata
keçirilməsi dövlətin təhsil siyasəti haqqında müəyyən fikir mənbəyi olur.
Görülmüş işlərin qeydiyyatı, həyata keçirilmiş fəaliyyətin, onu təmin edən
nəzarətin və son nəticədə əldə edilmiş nəticələrin yaddaşa köçürülməsidir. Tədris,
maliyyə-təsərrüfat işlərinin sənədləşdirilməsi keyfiyyət göstəricisi və məktəbdə
aparılmış işlərin nəticəsinin kəmiyyət xarakteristikasıdır.
Hər bir məktəb rəhbərləri şagirdlərin “Əlifba” kitabının aparılmasına,
onların şəxsi işlərinin düzgün doldurulmasına xüsusi diqqət yetirir.
Direktorun tədris işləri üzrə müavini sinif jurnallarının səliqəli və müntəzəm
doldurulmasına nəzarət edir. Məktəb sənədlərinin səliqəli, müntəzəm aparılmasına,
təlimata müvafiq istifadəsinə və mühafizəsinə məktəb direktoru və ştat vahidində
olan digər məsul şəxslər məsuliyyət daşıyırlar. 
Ümumtəhsil məktəbində tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədləri
istifadə edilir.Tədris-pedaqoji sənədlərə şagirdin şəxsi işi, sinif jurnalı,
dərsdənkənar məşğələ jurnalı, günüuzadılmış qrup jurnalı, ümumi orta təhsil


haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, tam orta təhsil haqqında
attestat blanklarının, qızıl və gümüş medalların uçotu və verilməsi kitabı, şagird
kontingentinə dair əlifba kitabı, pedaqoji işçilərin uçotu kitabı, pedaqoji şuranın
protokol kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin uçotu
kitabı aiddir. Maliyyə-təsərrüfat sənədlərinə məktəbin texniki pasportu, daxil olan
inventar və materialların uçotu kitabı, əsas vəsaitlərin qeydiyyatı kitabı, məktəb
daxilində inventar və materialların paylanmasının uçotu kitabı, kitabxana fondunun
uçotu kitabı aiddir. Tədris-pedaqoji və maliyyə-təsərrüfat sənədlərinin düzgün
aparılmasına, habelə məktəbə məxsus əmlakın mühafizəsi və təyinatına görə
istifadəsinə cavabdehlik daşıyan şəxslər qanunvericiliyə əsasən məktəb
direktorunun əmri ilə təyin olunurlar. Pedaqoji və digər kateqoriyadan olan işçilər,
təhsilalanlar və onların valideynləri (digər qanuni nümayəndələri) məktəbin əsas
vəsaitlərinin, inventar-avadanlıqlarının və digər əmlakının korlanmasına görə
qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Ümumtəhsil məktəbi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və
hüquqi şəxslərə ödənişli müxtəlif təhsil xidmətləri göstərmək, fiziki və hüquqi
şəxslərdən ianələr və könüllü yardımlar almaq hüququna malikdir. Bu
mənbələrdən əldə olunan vəsait və digər əmlak dövlət təhsil müəssisəsinə
büdcədən ayrılan vəsaitlərin miqdarına təsir göstərmir və onun nizamnaməsinə
uyğun olaraq sərbəst istifadə edilir.
Dövlət ümumtəhsil məktəbinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə
normativlərinə əsasən həyata keçirilir.Təhsil sahəsinin inkişafının prioritet
istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı
ilə azkomplektli dövlət ümumtəhsil məktəbi mövcud normativlərdən üstün
maliyyələşdirilə bilər. Dövlət və bələdiyyə ümumtəhsil məktəbləri aşağıdakı
mənbələrdən maliyyələşdirilir:
qanunvericiliyə uyğun olaraq dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;
hüquqi və fiziki şəxslərin qanunvericiliyə uyğun verilən qrantları, vəsiyyət olunan
vəsaitləri, ianələri və yardımları;
təhsil, istehsal, eləcə də qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə


edilən vəsaitlər;
dövlət orqanları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə
əldə olunan vəsaitlər;
məktəbin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın,
nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın
satışından qanunvericiliyə uyğun olaraq əldə edilən vəsaitlər;
beynəlxalq əməkdaşlıq nəticəsində qanunvericiliyə uyğun olaraq əldə edilən qrant
və vəsaitlər;
qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.
Özəl ümumtəhsil məktəbi aşağıdakı mənbələrdən maliyyə-ləşdirilir:
təhsil xidmətlərinə görə əldə edilən vəsaitlər;
təsisçilərin (himayəçilərin) vəsaitləri;
qanunvericiliyə uyğun olaraq aldıqları qrant və kreditlərin məbləğləri;
hüquqi və fiziki şəxslərin ianələri, yardımları, vəsiyyət etdikləri əmlak və
bağışladıqları hədiyyələr;
təhsil, istehsal, məsləhət xidmətlərindən və qanunvericiliklə müəyyən edilmiş
digər xidmətlərdən əldə edilən vəsaitlər;
qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına əldə olunan
vəsaitlər.
Ümumtəhsil məktəbinin maddi-texniki bazasına binalar, torpaq sahələri, müxtəlif
qurğular, maşın və avadanlıqlar, tibb, iaşə və idman obyektləri və digər əmlak
daxildir. Ümumtəhsil məktəbi istifadəsində olan maddi-texniki bazanın və əmlakın
saxlanması, qorunması və onlardan səmərəli istifadə edilməsi üçün məsuliyyət
daşıyır. Ümumtəhsil məktəbi göstərdiyi xidmətlərdən əldə etdiyi vəsait hesabına
avadanlıq və digər vasitələr ala bilər. Dövlət ümumtəhsil məktəbinin
büdcədənkənar mənbələrdən daxil olan vəsaitlər hesabına əldə etdiyi əmlak
qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxildir. Ümumtəhsil məktəbinin
əmlakı özəlləşdirilə və icarəyə verilə bilməz.


Müasir dövrdə təhsilin yüksək səviyyədə idarə edilməsi məktəb sənədləri ilə
işin təşkilini, eləcə də məktəbin tədris maddi bazası və maliyyə-təsərrüfat
fəaliyyətinin daim nəzarətdə saxlanmasını və təkmilləşdirilməsini tələb edir.
Nümunəvi məktəblərin təcrübəsi göstərir ki, idarəetmədə çox şey məktəb
sənədlərinin aparılmasından və hesaba alınmasından asılıdır. Görülmüş işlərin
qeydiyyatı məktəbin fəaliyyət səlnaməsinə çevrilir, təlim-tərbiyə işini necə həyata
keçirilməsi dövlətin təhsil siyasəti haqqında müəyyən fikir mənbəyi olur. Görülmüş
işlərin qeydiyyatı həyata keçirilmiş fəaliyyətin və onu təmin edən nəzarətin və son
nəticədə əldə edilmiş nəticələrin yaddaşa köçürülməsidir. Tədris, maliyyə-
təsərrüfat işlərinin sənədləşdirilməsi keyfiyyət göstəricisi və məktəbdə aparılmış
işlərin nəticəsinin kəmiyyət xarakteristikasıdır.
Hər bir məktəb rəhbəri şagirdlərin «Əlifba» kitabının aparılmasına, onların
şəxsi işlərin düzgün doldurulmasına xüsusi diqqət yetirir.
Direktorun tədris işləri üzrə müavini sinif jurnallarının səliqəli və müntəzəm
doldurulmasına nəzarət edir. Məktəb sənədlərinin səliqəli, müntəzəm aparılmasına,
təlimata müvafiq istifadəsinə və mühafizəsinə məktəb direktoru və ştat vahidində
olan digər məsul şəxslər məsuliyyət daşıyırlar.
Məktəb sənədlərinə aşağıdakılar daxildir:
1.
MH-1 (məktəb hesabatı) - tədris ilinin əvvəlində doldurulur.
2. MH-2 şagirdlərin dərs ili ərzində təlim müvəffəqiyyətini əksetdirir.
3. MH-3 dərs ilinə aidhesabatlarvə s.
Aşağıdakı sənədlər məktəbdə saxlanılır:
1. «Əlifba» kitabı. Burada şagirdlərin adı, familiyası yazılır, sinifdən-sinfə
keçmələri göstərilir. Bu kitab 50 il saxlanılır.
2. Şagirdlərin şəxsi işləri (şagirdlər məktəbi bitirdikdən sonra 3 il saxlanılır).
3. Sinif jurnalı (5 il saxlanılır).
4. Fakültativlər (maraq dərsləri) üçün jurnallar (5 il saxlanılır).
5. Günüuzadılmış qruplar üçün jurnallar (5 il saxlanılır).
6. Orta təhsil haqqında attestatların verilməsinə dair kitablar(50 il saxlanılır).
7. Məktəbin əmr kitabı (75 il saxlanılır).


8. Pedaqoji şuranın protokolları kitabı (daim saxlanılır).
9. Pedaqojiheyətin şəxsi tərkibini hesabaalmakitabı (75 ilsaxlanılır).
Müasir təhsili yeni tipli məktəbsiz təsəvvür etmək mümkün deyildir.
Azərbaycan Respublikasında çoxşaxəli müasir tədris avadanlıqları, tədris-
kommunikasiya sistemi ilə təchiz edilmiş müasir məktəb şəbəkəsini təşkil edir.
Müasir məktəblərin nümunəvi fəaliyyəti, məktəb işinin yüksək səviyyədə təşkili
ilə sıx bağlıdır. Nümunəvi təhsil ocaqlarında adətən bu məsələ yüksək səviyyədə
təşkil edilir.
Hər bir məktəbin lazım olan qədər otaqları, laboratoriyaları olmalı və bunlar
müasir texniki avadanlıqlarla təchiz edilməlidir. Məktəbin idman salonu, yeməkxana
və ya bufeti, tədris-təsərrüfat avadanlığı (təlimin əyani və texniki vəsaitləri, tədris-
təsərrüfat inventarları və s.) olmalıdır.
Hər bir məktəbin müntəzəm olaraq belə avadanlıqlarla təchizi və təzələnməsi
məktəb direktorunun və müvafiq rayon təhsil şöbələrinin üzərinə düşür.
Bununla yanaşı, təhsil şəbəkəsinin tədris-maddi bazasının mühafizəsi və
möhkəmləndirilməsinə qayğı bütün pedaqoji kollektivin borcudur.
Məktəbin direktoru pedaqoji kollektivlə birlikdə bazasının saxlanmasını və
zənginləşməsini təmin edir. Məktəbin təmirinə yerli icra hakimiyyətləri vəsait ayırır,
hami təşkilatlar, cəmiyyətlər isə bu işə kömək edirlər.
Hər bir məktəbin maliyyə-təsərrüfat işlərinin uçotu, müəllimlərin əməyinin
hesablanması və qiymətləndirilməsi, müxtəlif hami təşkilatlar, xeyriyyəçilər və
özəl bölmələr tərəfindən yardımlar və s. tədris-maddi işə yönəldilməsi hər bir
məktəbin müasirliyi üçün çox vacibdir.



Yüklə 464,64 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin