Monumental boyakarlıqəsərləribir qayda olaraq, memarlıqla əlaqədar yaranmış və inkişaf etmişdir.Belə təsvirlər müxtəlif binaları daxildən və xaricdən bəzəyir.Monumental boyakarlıqda müxtəlif bedii-texniki materiallardan və üsullar-dan istifadə edilmişdir.Bunlara freska, mozaika, vitraj və yağlı divar boyakarlığı nümunələrini göstərmək olar.Freska - “nəm” deməkdir, suvağı qurmamış divarda sulu boyalarla işlənir. Mozaika - qeyri-şəffaf, xırda rəngli şüşə parçalarının kompozisiya əsasında yaş suvağ üzərinə düzülməsi ilə yaradılan təsvirdir.Vitraj - “şüşə deməkdir, ondan əsasən binlann qapı və pəncərələrinin de-korativ və dekorativ-süjetli kompozisiyalarla bəzədilməsitİə istifadə olunur.