1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri


Sistematiklik və ardıcıllıq prinsipi



Yüklə 165,89 Kb.
səhifə35/42
tarix09.01.2022
ölçüsü165,89 Kb.
#51129
1   ...   31   32   33   34   35   36   37   38   ...   42
təsviri incəsənət imtahan cavabı (1)-1

59. Sistematiklik və ardıcıllıq prinsipi

Sistematiklik və ardıcıllıq prinsipi —didaktikanın əsas prinsipidir və təlim prosesini elə qurmağı öyrədir ki. tərbiyə işi­ nin bütün tərəfləri ilə əhatə olunmuş olsun və əvvəllər əldə edil­ miş bilik və bacarıqlara əsaslanaraq yeni bilik və bacarıqların əldə edilməsi imkanına malik olsun. Bu prinsip elmlərin əsaslarına yiyələnən zaman elmin sistemini mühafizə etmək, bilik, bacarıq və vərdişləri aşılayarkən müəyyən ardıcılığa riayət etmədir. Bu prinsipə riayət etmədən sistemli elmlərə yiyələnmə də mümkün deyil. Elmlərin özlərinin sistemi də bunu tələb edir. Müxtəlif sniflərdə tədris edilən fənn aid olduğu, ifadə etdiyi elmin sistemi əsasında qurulur. Həmçinin proqramlar, dərs yükü, da məhz elmin sistemi əsasında qurulur. Digər tərəfdən təbiət və cəmiyyət hadisələri bir–birilə qarşılıqlı əlaqədə olduğu kimi onları əks etdirən elmlər də bir-birilə qarşılıqlı əlaqədədir. Bu bir-birilə əlaqədar elmlər də müəyyən sistem əsasında öyrədilməlidir. Mənimsənilmiş biliklər də müəyyən sistemlə bacarıq və vərdişlərə çevrilməlidir. Sistematiklik və ardıcıllıq aşağıdakı elmi müddəalara əsaslanır:



  • Xarici aləm bir-biri ilə qarşılıqlı əlaqədə olan cisim və ha­di­sə­lərin sis­te­mindən ibarətdir. Xarici aləmin mənzərəsi beyində an­caq dəqiq əks (ini­kas) olunan zaman insan həqiqi biliklərə yiyələnir.

  • Mütəşəkkil qaydada təşkil olunan təlim elmi biliklər sis­te­mi­­ni formalaşdırmağın universal vasitəsi və yoludur.

  • Elmi biliklər sistemi tədris materialının daxili məntiqi ilə ya­ra­dılır və şagirdlərin idraki imkanları ilə müəyyən olunur.

  • Təlim prosesində atılan hər bir addım arasında fasilələr, ar­dı­cıllığın pozulması halları və idarə olunmaz momentlər nə qədər az olar­sa, təlim prosesi bir o qədər uğurlu keçər və yüksək nəticələr ve­r­ə­r.

  • Vərdişlər sistematik tətbiq olunmazsa, öz keyfiyyətlərini iti­rə bilər.

  • Şagirdləri məntiqi təfəkkürə alışdırmasaq, onlar özlərinin fik­ri fəaliyyətində həmişə çətinlik çəkərlər.

  • Təlimdə sistem və ardıcıllıq gözlənilməzsə, şagirdlərin inki­şa­fı prosesi ləngiyər.


Yüklə 165,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin