56. Naturadan rəsm məşğələlərinin tədrisi metodikası.
İbtidai siniflərdə naturadan rəsm dərsləri təsviri sənət üçün ayrılan saatların əksəriyyətini təşkil edir.Ən əvvəl ona görə ki, bu dərs əyani təlim metodlarına əsaslanaraq apanlır.Şagirdlər bu dərs vasitəsi ilə daha tez daha dərindən mənimsəyir.Naturadan rəsm dərslərində şagird təkcə gördüyü əşyanı təsvir etmir, həm də əşya haqqında biliklərini əşyanın doğruluğu emosional hissləri də təsvir etməyə çalışır..Naturadan rəsmdə həm də görmə yaddaşı əqli düşüncədə böyük rol oynayır. Şagird çəkəcəyi əşya rəsmini müşahidə edir.Naturadan rəsm dərsləri aşağıdakı quruluşa malikdir:
1. Dərsin təşkili mərhələsi - Buraya sinifin təşkili, nizam intizamın bərpası, rəsm ləvazimatlarının vəziyyəti və s.daxildir. Əyani vəsait və əlavə didaktik materialların mövcudluğu yoxlanılır və təlim üçün hazır vəziyyətə gətirilir.Əgər müəllim evə tapşırıq verilmişdisə, onları yoxlayır səhvləri düzəldir.Yoxlamanı partaların arası ilə gəzərək aparır, qiymətlər sinif jurnalında qeyd edilir.
2. Yeni materialın izahı- Müəllim mövzunu elan edir, onun məqsəd və vəzifələrini yerinə yetiririlmə yollarını izah edir. Bu zaman müəllimin izahıəyani vəsaitəvə ya müəllimin lövhədə çəkdiyirəsmə əsaslanır.Naturadan rəsmdə görmə duyğuları fəal iştirak edir. Şagirdin rəsmi mənimsəmə səviyyəsi, şagirdin çəkdiyi rəsmin naturaya bənzəmə və oxşama dərəcəsi ilə müəyyənləşdirilir.
3. Şagirdlərin müstəqil işi- Müəllimin izahı və şagirdlərin başa düşmə dərəcəsi müəyyənləşdikdən sonra onlar şəkli müstəqil sürətdə çəkməyə başlayırlar.Müəllim şagirdlərin işinə nəzarət edir.Fərdi göstərişlər verir, zəif işləyən şagirdlərin işinə düzəlişlər edir, bəzən işi dayandırır və ümumi izahatlar verir.
Naturadan rəsm zamanı müəllimin əsas diqqət mərkəzində qalmalı olan vəzifələr:
Müəllim rəsmin çox xırda çəkilməsinə icazə verməməlidir;
Rəsmin kağız üzərində (kompanovkası) yerləşdirilməsi formata uyğun olmalıdır;
Naturanın detallarının nisbəti gözlənilməlidir;
Rəsmin bütün hissələri eyni vaxtda tamamlanmalıdır;
Eyni zamanda dərsin gedişinə nəzarət etməlidir ki, hansısa şagird işini tez qurtarıb digərlərinə mane olmasın, buna görədə belə şagirdlərə tapşırıq verilməlidir;
Zəif şagirdlərin rəsmi normal qurtarmasına şərait yaratmaq lazımdır.
4. İşin nəticələrinin təhlili və dərsin tamamlanması- Şagirdlərin rəsmlərini dərsin sonunda təhlil olunarsa bu çox yaxşı nəticə verər.Bu zaman yaxşı işləri göstərməklə yanaşı, zəif işlərin nöqsanları göstərilir, xarakterik nöqsanlar qeyd olunur, aradan qaldırılması yolları göstərilir. İşin nəticələri həm dəftərdə, həm də jurnalda qeyd edilməlidir. Dərsin daha səmərəli təşkilində müəllimin bir gün əvvəl hazırladığı plan - konspekt mühüm rol oynayır. Plan- konspekt belə hazırlanır:
1.Dərsin növü (məsələn: Naturadan rəsm);
2.Dərsin mövzusu;
3.Məqsədi;
4. Təchizat (həm müəllim, həm də şagirdlər üçün);
5. Dərsin gedişi (yeni mövzunun izahı, müstəqil iş təhlil və evə tapşırıq);
6. İstifadə olunan ədəbiyyat.. Naturadan rəsm dərslərində uşaqlar aşağıdakı işləri bacarmalıdırlar:
1.Rəsm tapşırıqlarından və ləvazimatlarından düzgün istifadə etməyi;
2.Naturanın rəsminin çəkilməsi zamanı, əşyaların forma və rənglərini düzgün qavramaq görmək və düzgün əks etdirmək belə ki, naturaya baxanda alınan təəsüratı tamaşaçı rəsmə baxanda da alsın;
3.Rəsmin əsas qanunlarını (perspektiva, işıq – kölgə, konstruksiya, nisbət və s.) qanunlarının mənimsənilməsi və iş zamanı tətbiq edilərək rəsm çəkilməsi;
4.Rəsmin kompozisiyasını qaralama rəsm və eskizlə müəyyənləşdirmək;Naturadan rəsm dərsləri metodik mülahizələrə uyğun hər sinifin dərk etmə xüsusiyyətinə görə qurularsa, təlimdə müsbət nəticələrin alınması labüddür. Nəzərə almaq lazımdır ki, göstərdiyimiz bu metodik mülahizələr ibtidai siniflərdə də təsviri sənətin tədrisinə də müəyyən istiqamət götürməyə kömək edir və bunlardan bəhrələnməklə müəllim öz işlərini dövrün müasir tələblərinə uyğun qura bilər.
Dostları ilə paylaş: |